GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Binə” yarmarkasının sahibinin qardaşı niyə oğurlanıb?

“Binə” yarmarkasının sahibinin qardaşı niyə oğurlanıb?

Tarix: 28-08-2017, 23:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 646
“Binə” yarmarkasının sahibinin qardaşı niyə oğurlanıb?


18 il əvvəl törədilən adam oğurluğu cinayətinin sirri açılır

Bakıda 1999-cu ildə oğurluqda təqsirli bilinən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və dəstənin əvvəllər məhkum olunmuş üzvləri ifadə veriblər. İttihama görə, Məzahir Süleymanovun da üzvü olduğu dəstənin üzvləri 17 il əvvəl mühakimə olunublar. Dəstə üzvləri 5-14 il müddətinə azadlıqdan məhrum ediliblər və cəzalarını çəkərək azadlığa çıxıblar. Məzahir Süleymanov isə ölkədən qaçaraq istintaqdan yayınmağı bacarıb. Bu səbəbdən onun mühakiməsi həmin dövrdə baş tutmayıb. Bildirək ki, dəstənin başçılarından biri olan kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur. Oğurlanan Tofiq Hüseynovun qardaşı Məmmədmirzə Hüseynov o zaman “Binə” yarmarkasının sahiblərindən biri olub. İstintaq sənədlərinə görə, Məzahir Süleymanov və dəstənin digər üzvləri 1999-cu ildə Bakı şəhər sakini Tofiq Hüseynovu oğurlayıb və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi barədə plan hazırlayıblar. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar. Dəstənin əsas üzvləri Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev və dəstənin başqa şəxsləri həmin il istintaqa cəlb ediliblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov, Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar. İş adamı Məmmədmirzə Hüseynovun qardaşı Tofiq Hüseynovun oğurlanması üçün ediləcək silahlı basqına hazırlıqla əlaqədar Ülfət Xudiyev təşkilatçı kimi Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Mübariz Azayev və Müslüm Yəhyayevlə birlikdə bandanın digər üzvləri ilə telefon əlaqələri, şəxsi görüşlər vasitəsi ilə apardıqları müzakirələrdən sonra vəzifə bölgüsü aparıblar. Plana əsasən Tofiq Hüseynovun idarə etdiyi maşının hərəkət marşurutu Vidadi Qasımov, Yaşar Cəfərov və Tanrıverdi Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib. Daha sonra dəstənin 4 nəfər üzvü 6 dekabr 1999-cu ildə saat 23 radələrində pusqu qurublar. Dəstə üzvləri “VAZ- 2107” markalı maşında Tofiq Hüseynovun hərəkət edəcəyi yolda gözləyiblər. Tanrıverdi Süleymanov “VAZ- 2107”-də olan Yaşar Cəfərova zəng edib və Tofiq Hüseynovun “Mercedes 230” markalı maşını ilə gəldiyini xəbər verib. Binə qəsəbəsində, xəqani küçəsinin girəcəyində, Tofiq Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib. Dəstə üzvləri Tofiq Hüseynovun maşınını əhatəyə alıb. Yaşar Cəfərov əlində olan tapançanı Tofiq Hüseynovun başına dayayıb və maşının arxa oturacağına keçməsini tələb edib. Bu zaman Tofiq Hüseynovun başına küt alətlərlə zərbələr endirilib. Yaranmış dava zamanı Tofiq Hüseynov bir neçə bıçaq zərbəsi də alıb. Tofiq Hüseynovun əllərini və ayaqlarını bağlayan dəstə üzvləri onu öz maşınının arxa oturacağına yerləşdiriblər. Onu oğurlayaraq dəstənin digər üzvləri Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evlərinə gətiriblər. 13 gün müddətində bu ünvanda saxlanılan Tofiq Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah işləyən Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib. Məzahir Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan Tofiq Hüseynovun keşiyini çəkiblər. Bu günlər ərzində Tofiq Hüseynov dəstə üzvləri tərəfindən döyülüb. Tofiq Hüseynov oğurlanan zaman üzərində olan qol saatı, nağd pulu və telefonu da dəstə üzvləri tərəfindən ələ keçirilib. Tofiq Hüseynovun qardaşı Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. Elyar Həsənov Məmmədmirzə Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün pul tələb edib. Məmmədmirzə Hüseynovdan tələb edilən məbləğ 1 milyon 500 min dollar olub. İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədəki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış. Amma dəstə üzvləri niyyətlərinə çata bilməyib və hüquqmühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs ediliblər. Cinayət işi üzrə şahid qismində ifadə verən Mübariz Azayev bildirib ki, törətdiyi əmələ görə 14 il həbs cəzasına məhkum edilib. O, təqsirləndirilən şəxsi tanımadığını deyib. Mübariz Azayevin sözlərinə görə, uzun illər güləşlə məşul olub, həbsdən çıxdıqdan sonra da güləş müəllimi işləməyə başlayıb. Digər şahid Nizami Qasımov qeyd edib ki, bu əməli törətdiyi üçün 5 il həbsxana həyatı yaşayıb. O, nə özünün, nə də bu işə görə həbs edilən qardaşı Vidadi Qasımovun günahı olduğunu deyib. Nizami Qasımovun sözlərinə görə, bu işdə adı keçən Yaşar Cəfərov qardaşının dostu olub: “Yaşar bir neçə gün yaşamaq üçün qardaşımdan ev istəyib. Qardaşım da mənim Keşlədə olan evimin yerini ona göstərib. Onlar da həmin evdə oğurlanan şəxsi saxlayıblar. Qardaşım və mən bu işdən xəbərsiz olmuşuq”. Daha sonra hazırda Respublika Klinik Xəstəxanasında cərrah işləyən professor Sahib Hüseynov ifadə verib. O, deyib ki, oğurlanan Tofiq Hüseynovun gizli saxlanıldığı evə gedərək onu müalicə edib. Sahib Hüseynov bildirib ki, bu səbəbdən barəsində cinayət işi açılsa da, sonradan bu işə xitam verilib. Cərrah deyib ki, Tanrıverdi adlı həkim dostu ona zəng edərək bir nəfər xəstə olduğunu və ona baxmasını xahiş edib: “Mən dedim ki, xətəxanaya gətirsinlər. Amma bildirdilər ki, xəstəxanalıq bir şey yoxdur. Sonra məni həmin evə apardılar. Gecə olduğundan hər yer qaranlıq idi. Xəstəyə baxanda ağır xəsarəti yox idi. Amma daxildə nəsə probleminin olacağından ehtiyat etdiyim üçün onun xəstəxanaya aparılmasını məsləhət gördüm. Amma onun xəstəxanaya aparılıb-aparılmamasını bilməmişəm”. Sahib Hüseynov bildirib ki, Tofiq Hüseynovun yanına gedərkən əllərinin və ayaqlarının bağlı olduğunu görməyib: “Tofiq Hüseynovun oğurlanması, işgəncə görməsi ilə bağlı mənə heç bir söz deməyiblər. Orada olan vaxtı zərərçəkmişin özü də bu barədə mənə bir söz deməyib.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu

    Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu ...

    20-02-2015, 13:05

  • 
  • Əcnıbinin evindən 6 min avro oğurlandı: Oğurluğu törədən qadın cəzalandırıldı

    Əcnıbinin evindən 6 min avro oğurlandı: Oğurluğu ...

    9-04-2017, 22:03

  • 
  • Narkoman yoldaşını öldürənə hökm oxundu

    Narkoman yoldaşını öldürənə hökm oxundu ...

    17-01-2017, 17:55

  • 
  • 18 yaşlı dəstə başçısına cəza verildi

    18 yaşlı dəstə başçısına cəza verildi ...

    22-10-2016, 00:13

  • 
  • Jurnalistin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynov azadlığa buraxılıb

    Jurnalistin ölümündə təqsirləndirilən futbolçu ...

    12-10-2016, 20:33


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu