Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, ötən ilin mayın 2-də Yasamal rayonunda evdə tək yaşayan 41 yaşlı Mirzə Hüseynovun meyitini qonşular aşkarlayıb.
Məlum olub ki, əvvəllər məhkum olununan və bir neçə il əvvəl həbsdən azad edilən Mirzə Hüseynov həmin ünvanda
tənha yaşayırmış. Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Cavadov tərəfindən törədildiyi məlum olub və o, həbs edilib. Elçin Cavadovun narkotik istifadəçisi olub.
Həmin gün Elçin Mirzə Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəlib. Onların arasında mübahisə qanlı cinayət hadisəsi ilə nəticələnib.
Elçin Cavadov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Elçin Cavadov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?