GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ruslan Məmmədovun “kassa cihadı”, Araz Dadaşevin isə açıqlamaları

Ruslan Məmmədovun “kassa cihadı”, Araz Dadaşevin isə açıqlamaları

Tarix: 29-08-2017, 14:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 635
Ruslan Məmmədovun “kassa cihadı”, Araz Dadaşevin isə açıqlamaları


“Belə bir açıqlamaları dinlədikdən sonra ona bildirdim ki, bu cür addımları yalnız mənəviyyatını itirən, əxlaqsızlıq əməllərinə qol qoyan və digər əməl sahibi olan şəxslər atırlar”

Son günlər bəzi media qurumlarında “Araz Dadaşev işi” gündəmi zəbt edən mövzulardan birinə çevrilib ki, belə bir halın varlığı da, artıq əksəriyyəti düşündürməkdədir. Biz də bir media qurumu olaraq qərara gəldik ki, yaşanan olaylarla bağlı lazımi məlumatları əldə etmək üçün qarşı tərəflə üzbəüz görüşək və bəzi qaranlıq mətləblərə aydınlıq gətirməyə də çalışaq. Düzdür, biz Araz Dadaşev adlı şəxsin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşaması haqda müəyyən məlumatlara malik olsaq da, onun hansı ünvanda yaşaması haqda nəsə bilmirdik. Elə ki, adı çəkilən qəsəbədə olduq və bir neçə sakindən onun hansı ünvanda yaşamasını soruşduq. O halda qəsəbə sakinləri bildirdilər ki, “Araz Dadaşev qəsəbəmizin ən nümunəvi və sayılıb-seçilən sakinlərindəndir. O, xeyriyyəçilik əməlləri ilə bu günə kimi neçə-neçə qəlbləri sevindirmiş, imkansızlara, xəstələrə əl tutmuş, yaşamaq ümidini itirənlərə ümiddə vermişdir. Onun xüsusilə Mərdəkan məscidinin təmir olunmasında, Ramazan ayında iftar süfrələrinin təşkil olunmasında və s. kimi addımların atılmasında təşəbbüskarlıq etməsi, bu gün də hər kəs tərəfindən qiymətləndirilməkdədir. Araz Dadaşevin DQ müharibəsinin qızğın çağlarında milli ordumuza ərzaqla, pul vəsaiti və s. ilə köməkliklər göstərməsi, hal-hazırda da unudulmur, hər kəs tərəfindən lazımınca dəyərləndirilir. O, RF-sı ərazisində qazandığı pullar hesabına Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə bir neçə mağazalar açdı ki, həmin mağazalar da kimlər üçün yeni iş yerləri oldu. Onun belə bir addımlar atmasına səbəb həm də o oldu ki, xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyev 1994-cü ildə RF-sı ərazisində və digər ölkələrdə yaşayan imkanlı iş adamlarını Azərbaycana dəvət etdi. Araz Dadaşev də həmin çağırışı əsas tutdu və topladığı kapitalı digər ölkələrə deyil, məhz doğulub boya-başa çatdığı Vətəninə qoymağa qərar verdi”.

Bəli, yerli sakinlərin Araz Dadaşev barəsində bu cür açıqlamalar səsləndirmələri, bizim də adı çəkilən şəxsin adı ətrafında fikir formalaşdırmağımıza səbəb oldu. Bu cür açıqlamalardan başqa, ərazidə “taksi” fəaliyyəti ilə məşğul olan sürücünün bizi adı çəkilən şəxsin ünvanına təmənnasız aparması, bir daha söyləninənləri tam təsdiq etməyə əsas verdi. Çünki, “taksi” fəaliyyəti ilə məşğul olan sürücü də, onun adı çəlilərkən bizimlə olduqca mehriban davrandı və ona qarşı böyük hörmətinin olduğunu da bildirdi. O halda dərk etdik ki, Araz Dadaşevə qarşı ictimai münasibət olduqca müsbətdir. Elə ki, həmin vaxt onun nümayəndəsi ilə əlaqə saxlayıb məqsədimizin mahiyyətini bildirdik, çox keçmədi ki, o, Araz Dadaşevin qeydiyyatına uyğun müvəqqəti yaşadığı mənzilində görüşümüzü təşkil etdi. Ümumi söhbət əsnasında məlum oldu ki, Dadaşev Araz Məcnun oğlu 1968-ci ildə Mərdəkan qəsəbəsində fəhlə ailəsində anadan olub və orta təhsilini qəsəbədəki 123 saylı orta məktəbdə fərqlənmə ilə başa vurub. Orta təhsilini başa vurduqdan sonra o, Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbini də fərqlənmə ilə başa vurur və az sonra, Azərbaycan Dövlət Konservatoriyasına göndəriş alır. Araz Dadaşev qısa müddət ərzində belə bir uğurlara nail olsa da, o, musiqi təhsilini davam etdirmir və 1987-ci ildə Naxçıvan Dövlət Konservatoriyasında orkestr-konsermestr vəzifəsinə təyin olunur. O, 1987-1989-cu illərdə isə, həqiqi hərbi xidmətdə olur və xidməti dövründə çavuş vəzifəsini də daşıyır. Elə ki, 1990-cı ildə xalqımızın İmperiya buxovlarından azad olması üçün milli-istiqlal mübarizəsi daha geniş vüsət alır, o zaman Araz Dadaşev də, azadlıq hərəkatının fəallarından biri olur. 20 Yanvar faciəsi baş verdikdən sonra digər fəallar kimi, o da aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülür. Çox keçmir ki, Araz Dadaşev qardaşının yaxın dostu Hafiz Mahmudovun dəvəti ilə Moskva şəhərinə gedir və ona məxsus firmada fəhlə işləməyə başlayır. Bu şəxs gülçülük təsərrüfatının incəliklərini mükəmməl bildiyinə görə, çox keçmir ki, həmin firmada menecer vəzifəsinə qədər yüksələ bilir. 1992-ci ildən başlayaraq o, özünə məxsus “Darı Vostoka” firmasında çalışır və Moskva Metropolitenində gülçülüklə məşğul olan liderlərdən birinə də çevrilir. Araz Dadaşev 1993-cü ildə Moskva şəhər sakini olan bir xanımla ailə həyatı qursa da, çox keçmir ki, valideyinləri onu həmin xanımdan ayrılmağa təkid edirlər. Belə bir səbəb üzündən də, adı çəkilən şəxs 1995-ci ildə həmin xanımdan ayrılır və 1996-cı ildə Mərdəkan qəsəbə sakini, kasıb bir ailənin övladı olan Lalə Dadaşevə ilə ailə həyatı qurur və 2007-ci ilə kimi Moskvada yaşayırlar. Birgə nigahlarından onların 4 övladı da dünyaya gəlir.

Araz Dadaşev bizimlə söhbətində bildirdi ki, “ikinci dəfə ailə həyatı qurmazdan öncə valideyinlərimə çatdırdım ki, məni kasıb ailənin övladı ilə evləndirin. Elə ki, Lalə Dadaşeva ilə nişanlı oldum, həmin vaxtlarda sevimli müəllimlərimdən biri mənimlə təsadüfən rastlaşdı və söhbətimiz zamanı “Lalə olduqca ötkəm xarakterli, xasiyyəti sənin xasiyyətinə uyğun gəlməyən bir xanımdır” dedikdə, çox götür-qoy etdim. Dərhal müəllimimin mövqeyini valideyinlərimə çatdırsam da, onlar nişanımızın pozulmasına imkan vermədilər. Həmin vaxtlarda Lalə Dadaşevanın valideyinləri mənə imkansız olduqlarını bildirdilər və toy mərasimi vaxtı mebel dəsti verə bilməyəcəklərini də söylədilər. Həmin vaxt onlara çatdırdım ki, mənə sizin mebel dəstiniz lazım deyil, mənə sağlam ailə lazımdır dedim. Beləliklə, 1997-ci ildə bir oğul övladımız dünyaya gəldi və 2000-ci ildə ailəmiz dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtlarda, övladımız dünyasını dəyişdi. Vaxtilə sevimli müəllimimin mənə verdiyi məsləhətlər yavaş-yavaş öz təsdiqini tapmağa başlayırdı. Bu gərginliyi yaxın qohumlarımız daha da artırırdı.

2000-ci ildə onun atası qucağımda dünyasını dəyişdi və həmin vaxt vəsiyyət edərək “çalış bizim ailənin qayğısına qal, uşaqlarımı yerbəyer elə” dedi. Mən onun vəsiyyətinə əməl edərək oğlu Ruslan Məmmədovu və digər qız övladının xoşbətliyi üçün əlimdən gələni etmişəm. Bir sözlə, bacardığım köməklikləri onlardan əsirgəmədim, onlara maddi və mənəvi dəstəyimi göstərdim. Hətta, bir müsəlman olaraq onları hər zaman haqq yoluna dəvət etdim, dini ayələri yerinə yetirməyə də çağırdım. Dəfələrlə ailəmiz ayrılmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtlarda, mən Lalənin atasının etdiyi vəsiyyətləri gözlərim önünə gətirdim və Allah-Təalanın ricasını əsas tutaraq, buna imkan verməməyə çalışdım. Biz 2007-ci ildə Bakıya qayıtdıq və övladlarımızın xalqımıza məxsus adət-ənənəyə uyğun tərbiyə olunmalarına, təhsil almalarına çalışdıq. Bu məqsədlə onlar 183 saylı orta məktəbdə təhsil almağa başladılar və daha yaxşı oxumaları üçün, onlara lazımi şərait də yaratdım. Bəli, bu gün onlar əlaçıdırlar. Təəssüflər olsun ki, 2013-cü ildə həm ailəmizin dağılmasının qarşısını almaq məqsədilə, həm də Hafis Mahmudovun miras məsələsi ilə bağlı Lalə Dadaşevaya Moskvaya qayıtmaq təklifini etsəm də, o, bu təklifimlə razı olmadı. Həmin vaxt o, mənə aid olan, eyni zamanda qismən aid olan var-dövlətimizin onun və qardaşının adına keçirilməsi üçün, məni müəyyən yollarla razı sala bildi. Yavaş-yavaş ailəmizin dağılmasını görürdüm və övladlarımın xatirinə belə bir addımımı atmağa vadar oldum. Bu minvalla 2013-cü ildə Moskvaya qayıtdım və əslən Qazaxıstandan olan və yetimlər evində böyümüş bir qadınla adət-ənənəmizə uyğun ailə həyatı qurdum. Həmin nigahdan da bu gün üç azyaşlı övladımız dünyaya gəlib.

2014-cü ildə Ruslan Məmmədovla görüşərkən o, mənə “şiələrə qarşı cihad elan etmişəm” dedikdə, dərhal ona sual etdim ki, bu nə cihaddır? Cavabında isə bildirdi ki, “mən obyektlərə kassa aparatları quraşdırıram və şiə mənsəbli iş adamlarına, ələlxüsus məşədi və kərbayıların işlərində olan nöqsanları vergi orqanı əməkdaşlarına çatdırıb onların cəzalandırılmalarına da nail oluram. Elə hallar olur ki, onlar 400 manat, hətta daha yuxarı məbləğdə cərimə də olunurlar. Belə olan halda həmin şəxslər mənim gücümü görüb sanki qarşımda çökürlər və problemlərini qaydaya salmaq üçün məndən xahiş də edirlər. Mən də tərəflər arasında vasitəçilik etməklə həm obyekt sahiblərinin problemlərini qaydaya salıram, həm də onların müəyyən yollarla pullarını alıram. Bundan əlavə, həmin şəxslərin mühasibatlıq işlərini ələ keçirməklə də pullar qazanıram. Belə bir səbəblər üzündəndir ki, bu gün müştərilərimin sayı olduqca çoxdur. O özünü müsəlman hesab etsə də, əslində onun məqsədi tamam fərqlidir. Belə ki, o dünyada, xüsusilə də Suriyada baş verən hadisələrdən təsirləndiyini söyləsə də, onun məqsədi bu ad altında varlanmaq, cibini çirkli pullar hesabına doldurmaqdan ibarətdir.

Ruslan Məmmədov onu da bildirdi ki, “vergi orqanları ilə əməkdaşlıq etdiyimdən, mən ştatdan kənar işçi də hesab olunuram. Hətta, elə hallar da olur ki, vergi əməkdaşları ilə birlikdə reydlər də keçiririk”. Onun belə bir açıqlamalarını dinlədikdən sonra ona bildirdim ki, bu cür addımları yalnız mənəviyyatını itirən, əxlaqsızlıq əməllərinə qol qoyan və digər əməl sahibi olan şəxslər atırlar. Sən kimlərəsə qarşı deyil, özünə və nəfsinə qarşı cihad etsən, yəqin ki, sənin üçün daha xeyrli olar. Ruslan Məmmədov əvvəllər dində düzgün əqidə sahibi olsa da, sonralar keçmiş sövetlər ölkələrində geniş yayılmış “Qurançı” dini sekta cərəyanına meylli şəxslərdəndir. Belə ki, bu sektanın davamçıları bütün mövcud hədis və alimlərin şəhrini təkzib edir və ancaq Qurani-Kərimin tərcüməsinə əsaslanmaqla özləri öz işləri barəsində hökm verirlər.

Onun belə bir açıqlamalarından sonra, Ruslanın yaşadığımız mənzilə gəlməsini tamamilə qadağan etdim. Buna baxmayaraq o, mən evdə olmadıqda yaşadığımız mənzilə gələr və həyat yoldaşıma, övladlarıma mənimlə bağlı qeybətlər edər, hətta ailəmizin dağılmasına da çalışarmış. Bundan əlavə o, bacısının təkidi ilə 2013-cü ildə onun adına keçirtdiyim və qismən mənə aid olan 24 sot torpaq sahəsini də geri qaytarmaqdan imtina edir. Mən RF-nın vətəndaşı olduğumdan Azərbaycanda torpaq sahəsi ala bilmərəm. Ona görə də vaxtilə mənə məxsus olan və qismən məxsus olan torpaq sahələrini Lalə Dadaşevanın təkidi ilə, onun və qardaşı Ruslan Məmmədovun adına keçirməyə məcbur olmuşdum. Bu addımımı ona görə atmışdım ki, əgər mənim başıma hər hansı bir iş gələrsə, var-dövlətim övladlarıma qalsın. 2014-cü ildə mən onu yaşadığımız mənzildən qovarkən, o, bacısı Lalə Dadaşevanın məndən ayrılması üçün ona təpkilər göstərməyə başlayır və 2016-cı ildə məqsədinə nail ola bilir. Belə ki, 29 may 2016-cı il tarixdə Ramazan ayı ilə əlaqədar Bakıya gələrkən, guya mən onun bacısını söymüşəm deyə, o, mənə mesaj göndərdi və məni diri-diri yerə basdıracağı ilə də hədələdi. Onun yazmış olduğu mesajdan hiddətlənərək mən də ona ağır cavablar verdim. Mənə ağır gələn o oldu ki, ona atalıq etdiyim, hər bir probleminin həllinə qarışdığım və vaxtilə pullarım, Moskvadan göndərdiyim dərmanlar hesabına əzələlərini böyüdən Ruslan Məmmədov, son anda üzümə “ağ oldu”. Maraqlı odur ki, həmin gün Ruslan Məmmədov mənim Bakıya gələcəyim haqda beş saat öncədən məlumatlı idi. Sonradan baş verən hadisələr onu sübut etdi ki, bacı-qardaşın əlbir olmalarında başlıca məqsəd, yalnız ailəmizin dağılmasına hesablanmış addımlar olub. Mən Bakıda olarkən Lalə Dadaşeva vaxtilə onun adına keçirtdiyim var-dövləti özümə qaytaracağını və məndən ayrılacağını bildirdi. Mən ona ailəmizin qorunması naminə tövbə edib fikirlərindən daşınmasını çatdırsam da, Lalə Dadaşeva israrından dönmədi və fikrində qəti olduğunu da bildirdi.

Onu da vurğulayım ki, ailəmizin dolanışığı naminə mən 2007-ci ildən 2013-cü ilə kimi özümə və qismən özümə aid torpaq sahələrində yüksək keyfiyyətli xiyar, pomidor yetişdirmişəm və həmin məhsullar keyfiyyətinə görə bazarda daha çox məşhur olub. Mən nəyə nail olmuşamsa, yalnız Allahın lütfi ilə ağır zəhmətimin müqabilində nail ola bilmişəm. Belə bir səbəblər üzündəndir ki, bu gün boyun nahiyəmdə dörd ədəd 6-9 mm-lik “qrija” da əmələ gəlib. Mən düz iyrimi il keçmiş həyat yoldaşım olan Lalə Dadaşevagilin ailəsinə həm qardaş, həm oğul, həm də kürəkən olmuşam. Belə bir addımlarımın qarşılığında isə keçmiş qaynənəm, onların qohumları bu ailəni qorumaq xahişimə “Laləyə onu bağışlayarsa, südümü ona halal etmərəm” deməsi, tamam başqa mətləblərdən xəbər verirdi. Sonrakı hadisələr də onu söyləməyə əsas verirdi ki, atılan addımlar qarşı tərəfdən öncədən planlaşdırılmış addımlardır”.

P.S. Mövzu bizim üçün də aktuallıq kəsb etdiyindən, bu yöndə araşdırmalarımız davam edəcək. Daha ətraflı növbəti saylarımızda. Odur ki, bizi izləməyi unutmayın.

"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ölkəni silkələyən yarım milyonluq “Dadaşev  işi” haqda polisə sensasion - Faktlar

    Ölkəni silkələyən yarım milyonluq “Dadaşev işi” ...

    21-08-2017, 16:06

  • 
  • Araz Ağalarov "Fənərbaxça" məsələsinə aydınlıq gətirdi

    Araz Ağalarov "Fənərbaxça" məsələsinə ...

    31-10-2013, 10:35

  • 
  • Araz çayı dondu

    Araz çayı dondu ...

    13-01-2014, 09:43

  • 
  • “Chevrolet” şirkəti müştərisini “oyuna salıb”

    “Chevrolet” şirkəti müştərisini “oyuna salıb” ...

    19-04-2017, 17:26

  • 
  • Araz Əlizadə səsvermənin nəticəsilə bağlı anlaşılmazlığa aydınlıq gətirdi

    Araz Əlizadə səsvermənin nəticəsilə bağlı ...

    2-11-2015, 15:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu