GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Chevrolet” şirkəti müştərisini “oyuna salıb”

“Chevrolet” şirkəti müştərisini “oyuna salıb”

Tarix: 19-04-2017, 17:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 733
“Chevrolet” şirkəti müştərisini “oyuna salıb”

Səbuhi Kərimov: “Onu da vurğulayım ki, nəqliyyat vasitəsinin aparılması üçün ortada hər hansı məhkəmə qərarı olmayıb”

Son illər banklarla müştəriləri, bəzi şirkətlərlə ayrı–ayrı şəxslər arasında yaşanan qalmaqallar, uzanan məhkəmə çəkişmələri və s. nəinki əksər mətbu nəşrlərin, hətta televiziya kanallarının da gündəmini zəbt edən mövzulardan birinə çevrilməkdədir. Belə bir problemlər haqda az-çox araşdırmalar apardıqda o da bəlli olur ki, yaşanan olayların əmələ gəlməsində hansısa tərəfin birbaşa günahı olmur. Bəzən də elə hallar olur ki, bank tərəfi, yaxud da şirkətlər üzərinə düşən öhdəlik prinsipləri lazımınca yerinə yetirmədiyindən, son anda tərəflər arasında qarşıdurmalar da əmələ gəlir. Məsələn, bir neçə gün bundan öncə Goranboy rayonu Qazanbulaq qəsəbə sakini Kərimov Səbuhi Füzuli oğlu, “Gündəm Xəbər”ə ünvanladığı müraciətində qeyd edir ki, “mən 2015-ci ilin dekabr ayında “Chevrolet” şirkətindən 2265 manat ilkin ödəniş etməklə, hər ay da 370 manat ödəmək şərtilə üç il müddətinə, dövlət nömrə nişanı 99-AU-975 olan “AEVO” markalı nəqliyyat vasitəsini kreditə götürdüm. 2016-cı ilin noyabr ayına kimi müəyyən hallarda gecikmələr olsa da, üstüstə 2200 manat kredit pul da ödədim. Nəqliyyat vasitəsini kreditə götürdükdən sonra, onun nömrəsini almağa 300 manat xərcim də çıxdı.
Ötən ilin başlanğıcından manatın devolvasiyaya uğraması, şəxsi həyatımda əmələ gələn müəyyən çətinliklər səbəbindən, aylıq kreditimi heç cür ödəyə bilmədim. Müəyyən gecikmələr əmələ gəldiyindən “Chevrolet” şirkətinin əməkdaşı Araz adlı şəxs mənə zəng edərək “kreditini ödəyə bilmirsənsə maşını gətir sataq və sənin pullarını qaytaraq” desə də, mən onun təklifinə razı olmadım. Qarşı tərəfin etdiyi telefon zəngindən sonra qohum-əqrəbadan pul axtarmağ başladım ki, gecikmiş kredit borclarımı ödəyə bilim. Təəssüflər olsun ki, həmin günlərdə az məbləğdə pul tapa bildim ki, bu da kecikmiş borclarımı ödəməyə imkan vermədi. Mənim qarşı tərəflə telefon danışığımdan bir neçə gün sonra, təqribən 15-20 gün bundan öncə Araz adlı şəxs bir neçə şəxslə, müvəqqəti yaşadığım Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ev-65, mən-54 ünvana gələrək, kreditə götürdüyüm “Chevrolet”i gecə saat 3-4 radələrində aparır. Onu da vurğulayım ki, nəqliyyat vasitəsinin aparılması üçün ortada hər hansı məhkəmə qərarı olmayıb. Belə bir addımın atılması da, olduqca ciddi qanun pozuntusu olur.
Hətta əldə etdiyim şifahi məlumatlara görə, avtomobilimi aparan şəxslər çox keçmir ki, onu başqa bir şəxsə də satırlar. İndi şirəkətin əməkdaşı Araz adlı şəxs vaxtilə verdiyi vədinə əməl etmir və pullarımı da qaytarmır. İndi mən nə etməliyəm, onu bilmirəm? Belə olan halda üstüstə verdiyim 5165 manat pulum da batır. Axı, mən imkansız şəxsəm, bu gün güc-bəla ilə dolanışığımı birtəhər təmin edirəm”.
Səbuhi Kərimovun “Gündəm Xəbər”ə ünvanladığı müraciətini əsas tutaraq, üç-dörd gün bundan öncə “Chevrolet” şirkətinin əməkdaşı Araz adlı şəxslə əlaqə saxladıq ki, problemlərin varlığına münasibətini öyrənə bilək. Düzdür, o, telefon zəngimizə cavab verdi və “mən şirkətdə işləyirəm, amma Səbuhi Kərimov adlı şəxsi tanımıram” dedi. Onun belə bir cavabı, bu gün də bizi düşündürməkdədir. Çünki, şikayətçi şəxsin bildirdiyinə görə o, dəfələrlə Araz adlı şəxslə danışıb və kredit ödənişləri, yaxud da digər məsələlərlə bağlı müzakirələr də aparıblar. Bu da onu söyləməyə əsas verir ki, qarşı tərəfin “mən şirkətdə işləyirəm, amma Səbuhi Kərimov adlı şəxsi tanımıram” cavabı, olduqca ciddi şübhələrə yol açır. Odur ki, bir mətbu orqan olaraq yaşanan problemin varlığını diqqətdə saxlayıb, müəyyən araşdırmalarımızı da aparacağıq. Çalışacağıq ki, növbəti saylarımızda daha ətraflı açıqlamalarla çıxış edək. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “NBCBank”ASC müştərisini “oyuna salıb”

    “NBCBank”ASC müştərisini “oyuna salıb” ...

    18-08-2016, 23:56

  • 
  • Sahibkardan bəzi xəbər portallarına müraciət

    Sahibkardan bəzi xəbər portallarına müraciət ...

    14-11-2016, 16:50

  • 
  • “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin işbirliyi, müştərini “oyuna salıb”

    “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin ...

    16-05-2016, 14:37

  • 
  • “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin işbirliyi, müştərini “oyuna salıb”

    “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin ...

    16-05-2015, 14:54

  • 
  • “Baku Bus” MMC-dən əlillərə “xor münasibət”

    “Baku Bus” MMC-dən əlillərə “xor münasibət” ...

    16-11-2015, 13:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu