GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yazıçıdan məhkəmə sədrinə sərt ittiham

Yazıçıdan məhkəmə sədrinə sərt ittiham

Tarix: 13-09-2017, 17:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 781
Yazıçıdan məhkəmə sədrinə sərt ittiham


İmişli məhkəməsinin sədri nədən oliqarxı və baş redaktoru müdafiə edir?

İmişli şəhəri, Sevil Qazıyeva küçəsi, 6 ünvanında yaşayan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 21 kitab müəllifi Usub Usubov (Yusif Cəfərli) Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, müraciətin surətini Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasına, Milli Məclis sədrinin 1-ci müavini, Məhkəmə-Hüquq Şurasının Ziyafət Əsgərova da ünvanlayıb. Redaksiyamıza daxil olan müraciətdə Usub Usubov bildirir ki, Bakı şəhəri, 529-cu məhəllədə yerləşən “Azərbaycan" nəşriyyatında fəaliyyət göstərən, əslində isə İmişlidə yalnız bir-iki oliqarx-məmur və yaşadığı rayonun bir neçə kəndində yaşayan şer yazan bir neçə nəfərə xidmət göstərən “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev onun haqqında adıçəkilən qəzetin 17 iyul və 15 avqust 2017-ci il tarixli saylarında böhtan, yalan dolu yazılar yazıb. Şikayıtçi həmin yazılarda şərəf və ləyaqətinin təhqir edildiyini bildirib: “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev barəmdə bu cür yazıları davam etdirəcəyini bildirib. Mənə böhtan atdığına, şərəf və ləyaqətimi təhqir etdiyinə görə İmişli rayon məhkəməsində həm mülkü, həm də xüsusi ittiham qaydasında iddia qaldırmışam. İddiamda Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə onun məsuliyyətinə cəlb edilməsini xahiş etmişdim. Lakin İmişli rayon Məhkəməsinin sədri Qurban Hacıyevin təkidi nəticəsində Ülvi Qənbərov mənim şikayətimi icraata belə götürmədi".

Şikayətçi Usub Usubov bildiri ki, Məhkəmə sədri Qurban Hacıyev bilərəkdən onun iddia ərizələrini ayrı-ayrı hakimlərə verib: "Mülkü üzrə iş müraciətim İmişliyə yeni təyin olunmuş hakim Aqşin Əfəndiyevin icraatına verilmişdi. 29.08.2017-ci il tarixdə Aqşin Əfəndiyev məndən tələb etdi ki, xüsusi ittiham qaydasında Ülvi Qənbərov tərəfindən icraata götürülməyən işdən apelyasiya şikayəti verməkdən imtina edim. Dedi ki, yalnız bundan sonra sənin iddiana baxaram. Bu tələbin qarşısında daha İmişlinin 3 hakimindən heç birinə sözüm yoxdur. Bunlar mənə illər uzunu baxdığım “Üç muşketyor” filminin qəhrəmanlarını, eləcə də adını çəkərkən, varlığımı sarsıdan, qəlbimi üşüdən “Həqiqət və reallıq” qəzetinin redaktoru və daimi ona müsahibələr verən məmur-oliqarxı xatırlatdı. Artıq hesab edirəm ki, mülki iddiaya baxmaqdan imtina edən hakim Aqşin Əfəndiyev də İmişli rayon Məhkəməsinin sədri Qurban Hacıyevin təsiri altına düşüb".

Şikayətçi yazır ki, “Həqiqət və reallıq” qəzetinin 24 aprel-20 may 2017-ci il tarixli sayında İmişlidəki məmur-oliqarxın ifadəsini başlığa çıxaran baş redaktor İsrafil Quliyevi müdafiə edən şəxsin (Məhkəmə sədri nəzərdə tutulur- red.) qarşısında acizəm: "İmişlidəki Şəhidlər Xiyabanının yenidən qurulması işində öz fəaliyyəti barədə müsahibə verən məmur-oliqarx əslində yazıda şəkli verilmiş 1941-45-ci illər Böyük Vətən Müharibəsində həlak olanlara qurulmuş abidənin arxa tərəfində şəklə düşmüş onlarca şam ağaclarını kəsdirən, hasarı sökdürən və guya yasxana tikdirməyi planlaşdırdan şəxsdir. Hətta orada 5-6 kubik daşı hündürlüyündə tikinti işləri apartdırıb. Şəhidlər Xiyabanının və 1941-45-ci il müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş xatirə kompleksi ətrafındakı bu özbaşınalığa görə Yalavac kəndi və rayon ziyalıları mitinq keçirdilər. Bu mitinqdən sonra icra başçısı Vilyam Hacıyevin göstərişi ilə tikinti söküldü və 20-dək şam ağacı məhv oldu. Ekologiya İdarəsinin rəhbərliyi isə susdu. Yaddaşım məni aldatmırsa, Şəhidlər Xiyabanının baş daşlarını və qəbirüstü mərmərlərini Əlif adlı bir sahibkar düzəltdirmişdi. Amma “Həqiqət və reallıq” qəzetinin baş redakrotu unudur ki, onun dostu İmişli rayon icra hakimiyyətinin başçısının müavini olarkən başqa bir parkı satmaq üçün satılan parkdan 3 hektarını Şəhidlər Xiyabanına köçürülmüş və adını da "Mədəniyyət və Turizm Nazirliyinin istirahət parkının filialı" adlandırmışdı. “Həqiqət və reallıq” qəzeti öz səslərini o vaxt ucaltmalı idi. Ancaq bu qəzət indi mənə böhtan atır, yazdığım 300 səhifəlik “İmişlinin şəhid oğulları” kitabıma lağ edir. Şəhidlər haqqında yazdığım ağrılı-acılı ifadələrimi təhrif edir. Hesab edirəm ki, bu tək mənə yox, şəhidlərimizin ruhuna hörmətsizlikdir".

Usub Usubov daha sonra yazır: "Mən qışda 40 dərəcə şaxtada qapı-qapı düşüb şəhidlərimizin ailələri ilə görüşmüşəm. Onların müəllim kollektivlərindən müsahibələr götürmüşəm. Şəkillərini əldə etmişəm, hər biri haqqında sənədli oçerklər yazmışam. Kitab artıq sevilib, haqqında heç bir tənqidi fikir söylənməyib, evlərdə yadigar olaraq saxlanılır. Bu ahıl yaşımda belə böhtanla üzləşməyim, İmişlidə şagirdlərimin, evdə ailəmin qarşısında aciz duruma salınmağım o demək deyildir ki, mən şərəf və ləyaqətimi qoruya bilməyəcəyəm. “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyevi orda-burda fəxrlə danışır ki, mənim o cür arxa-dayağım var, heç kəs mənə "gözün üstə qaşın var" deyə bilməz. Ancaq mən bütün varlığımla inanıram ki, mənə atılan böhtanın cavabını mənim ölkəmin qanunları verəcək. Mənə qarşı qoçuluq edirlər. Bilmirlər ki, hər bir qoçun axırı qurbanlıqdır. Mən , “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyevin arxa-dayaq bildiyi oliqarxla üz-üzə gəlməkdən çəkinirəm. O, mühasibələrinin birində “Çox təəssüf ediləsi haldır ki, İmişlidə barmaqla sayılacaq imişlililəri sevməyən, öz şəxsi mənafelərini ümumi mənafedən üstün tutaraq BAŞÇIYA quyruq bulayan 5-6 nəfər şərəfsiz dəstə var. Mənim amalım o şərəfsizləri İmişlidən qovmaqdır” deyib. Əziz rəhbərlərim! Mən bu sözlərin sahibi “Həqiqət və reallıq”ın baş redaktoru İsrafil Quliyevə İmişli məhkəməsində qurulmuş məzhəkədə qalib ola bilərdimmi?"
Şikayətçi müraciətinin sonunda ölkə rəhbərliyinə xitabən yazır: " Bir daha sizdən xahiş edirəm ki, məni qəbul edəsiniz. Şərəf və ləyaqətimin alçaldılmasının, mənə atılmış böhtanın, yalanın cavabının qanunlarımız çərçivəsində verilməsinə köməklik göstərəsiniz".

Rahib Bəxtiyarov
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yazıçı oliqarxın təzyiqləri ilə üzləşib

    Yazıçı oliqarxın təzyiqləri ilə üzləşib ...

    29-08-2017, 13:36

  • 
  • Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verdi

    Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verdi ...

    27-08-2014, 13:14

  • 
  • Prezidentin şərəf və ləyaqətinin qorunması haqqında qanun layihəsi hazırlanır

    Prezidentin şərəf və ləyaqətinin qorunması ...

    4-10-2013, 13:18

  • 
  • Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının tərkibi dəyişdirildi

    Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına ...

    6-06-2017, 01:11

  • 
  • "Bu "Yeni Müsavat" üzərində qələbə deyil, bir oliqarxın..." - Ali Məhkəmə qəzetin şikayətini təmin etmədi

    "Bu "Yeni Müsavat" üzərində qələbə ...

    28-11-2014, 00:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu