Bu gün "Gündəm Xəbər"ə sürücülərdən daxil olan məlumata görə, M.Ə.Rəsulzadə adına qəsəbədən yol bağlanaraq Binəqədi və Mehdiabada gedən istiqaəmətdə avtomobilərin hərəkəti tamamilə dayanmışdır. Buna səbəb isə həmin ərazidə neçə illərdir davam edən təmir- bərpa işləri səbəb olmuşdur.
Hər kəsə məlumdur ki, həmin yolun yenidən bərpa olunması üçün Prezident İlham Əliyev tərəfindən milyonlarla pullar ayrılmışdır, lakin buna baxmayraq, həmin işə sahib olan müvafiq dövlət orqanları prezidentin yolların bərpası ücün ayırdığı pulları mənimsəmişdir. Ona gorə də bu gün əhali çox çətin duruma düşüb. İstifadə etdikləri nəqliyyat vasitələri sıradan çıxır və külli miqdarda yanacağ istifadə olunur. Bu da təbii ki, əhalinin büdcəsinə xeyli miqdarda ziyan vurur.
Redaksiyamıza məlumat verən sürücülər bildirdilər ki, bu korrupsioner və şərəfsiz məmurlardan nə vaxt canımızı qurtaracağımızı bilmirik. Ancaq onu bilirik ki, uzun illərdən bəri və bundan sonra da ziyan çəkə-çəkə həyatımıza davam edəcəyik.
Sorğu
Yeni dizaynımız necədir?