Dövlətin ayırdığı pullar Ramiz Yediyarov tərəfindən mənimsənilir
Dünya təcrübəsindən də məlumdur ki, nə qədər demokratik ölkə olursa-olsun həmin ölkələrdə də maliyyə mənimsəmələri, dövlətdən oğurluqlar mövcuddur. Bu qeyri-qanuni əməlləri təsadüf nəticəsində hansısa bir vəzifəyə gətirilən təmahkar məmurlar edir. Bizim ölkəmiz artıq surətli inkişaf etmiş ölkələr sırasındadır. Məhz ona görədir ki, Azərbaycan vətəndaşları bu inkişaf sahəsində özlərinin həyat şəraitlərini günü-gündən gözəlləşdirirlər. Dünyanın çox hissəsində müharibələr, münaqişələr getdiyi bir vatxda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bizim ölkəmiz yaşamaq üçün ən sakit və ən gözəl məkanlardan birinə çevrilmişdir. Ona görə də Azərbaycan vətəndaşları öz seçdikləri prezidentinə inanır və onu dəstəkləyirlər. Ancaq çox təəssüflər olsun ki, bəzi məmurlar hələ də öz çirkin əməllərindən əl çəkmək istəmir.Belə məmurlardan biri də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovdur. Hörmətli oxucular yəqin ki, sizdə bu məmurun adına hər gün mətbuatda rast gəldiyiniz üçün onun necə işlədiyini əyani olmasa da, qiyabi bilirsiniz. Artıq neçənci dəfədir ki, cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün dövlət proqramına uyğun olaraq Gədəbəy rayonu üçün də prezidentin ehtiyat fondundan kifayət qədər pullar ayırmışdır. Hər dəfə də gədəbəylilər prezidentin bu sərəncamını alqışlamışlar. Həmin ayrılan pullar Gədəbəy rayonunun abadlaşmasına, şəhərin gözəlləşməsinə kifayət edər. Ancaq prezidentin bu etimadını Gədəbəy RİH başçısı Ramiz Yediyarov doğrultmur.Belə ki, ayrılan vəsaitlər Ramiz Yediyarov və əlaltıları tərəfindən mənimsənilir. Bir faktı nəzərinizə çatdırım ki, kənd yolunun eni 2 metr yarımdan yuxarı deyil. Ancaq Ramiz Yediyarov Gədəbəy-Çalburun yolunun eni 2 metr yarım olduğu halda, yol örtüyü salınan zaman külli miqdarda pul mənimsədiyinə görə, həmin yolun enini kağız üzərində 7 metr, qalınlığını da iki dəfə artıraraq 18sm göstərmişdir. Dünya təcrübəsindən bilirik ki, 1 kilometr yolun salınmasına təxminən 400.000 və ən uzağı 1.000.000 dollar vəsait xərclənir. Və dünyanın heç bir ölkəsində 1 kilometrə 1 milyondan yuxarı pul xərclənmir. Ancaq adi bir kənd yolunun çəkilişinə Ramiz Yediyarov və əlaltıları guya 1 milyondan artıq vəsaiti xərcləyiblər. Dövlətin ayırdığı vəsaitləri bax beləcə mənimsəyirlər. Düzdür etdikləri bu cinayət əməllərinə görə yəqin ki, tezliklə cəzalarını alacaqlar. Ancaq indi dövlətin ayırdığı pulları elə mənimsəyiblər ki, gözləri sanki heç nəyi görmür. Ramiz Yediyarov kimi məmurların artıq qanun da yadından çıxıb. Belə olmasaydı Ramiz Yediyarov asfaltın qalınlığını 11 sm endirməzdi. Və yaxud şebel tökülmədən, yol trampovka olunmadan qumun üstündən asfalt örtüyü çəkdirməzdi. Görün neçə milyonlarla pul Ramiz Yediyarov tərəfindən necə mənimsənilir. Bu yaxınlarda Prezident İlham Əliyev Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Belə ki, əlli doqquz min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,9 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb. Bir qəzet olaraq aidiyyatı dövlət qurumlarından xahiş edirik ki, bu vəsaitin təyinatı üzrə xərclənməsinə özləri nəzarət etsin. Yoxsa əvvəlki vəsaitlər kimi bu pul da Ramiz Yediyarov tərəfindən talan ediləcək. Əvəzində isə əvvəlki yollar kimi 5 sm qalınlığında asfalt örtüyü töküləcək və 6 aydan sonra həmin yollar darmadağın olacaq. R.Yediyarov isə bu pulları mənimsəyib özü üçün rahat güzəran yaradacaq. Çünki bu gün Gədəbəyin məmurları demək olar ki, hamıdan yaxşı yaşayırlar. Təbii ki, bunların başında da heç bir şəristəsi olmayan Ramiz Yediyarov durur. Belə olmasaydı 24 saylı Yol İstismar İdarəsinin rəisi Firudin İbrahimov hər ayda bir bahalı maşın dəyişməzdi. Ümid edirik ki, belə məmurlar Azərbaycan qanunlarına muvafiq olaraq cəzalandırılacaqdır. Çünki bizim güclü dövlətimiz və onu layiqli idarə edən prezidentimiz var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?