GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Alternativ yolların olmamasında Nəqliyyat Nazirliyi ilə Yol Polisi maraqlıdır

Alternativ yolların olmamasında Nəqliyyat Nazirliyi ilə Yol Polisi maraqlıdır

Tarix: 18-07-2014, 22:52 Bölmə :Manşet Baxış: 0
Alternativ yolların olmamasında Nəqliyyat Nazirliyi ilə Yol Polisi maraqlıdır


Alternativ yolların olmamasında Nəqliyyat Nazirliyi ilə Yol Polisi maraqlıdır
Azər Allahverənov: "Azərbaycanda çox məsələlər kimi, alternativ yol məsələsi də müəyyən icra qurumlarının maraqlarına uyğun tərzdə icra olunur"

Azərbaycanda, xüsusən də paytaxtda hər gün yol təmir işlərinin getdiyi mənzərənin şahidi oluruq. Bu zaman avtomobillər mənzil başına çatmaq üçün çox çətinliklərə qatlaşmalı olurlar. Belə ki, müəyyən bir yol təmirə dayanaraq bağlanır, bu zaman müvafiq qurumlar, Nəqliyyat Nazirliyi, Yol Polisi avtomobillərin başqa ərazilərdən sərbəst hərəkəti və tıxacın yaranmaması üçün onları alternetiv yollarla təmin etməlidir. Lakin ölkəmizdə bu prosesin şahidi olmuruq. Bu da alternativ yolların olmamasından qaynaqlanır. Yuxarıda adları qeyd olunan qurumlar bu problemin həllini sürücülərin öz öhdəsinə buraxır. Bunun da nəticəsində hətta heç zaman tıxacla üzləşməyən yollar belə həmin prosesin qurbanı olur. Belə ki, sürücü öz bildiyi formada, yəni nizamsız şəkildə alternativ yol axtarışına çıxır. Bu zaman o hətta avtomobil yoluna aid olmayan yaşayış binaları ərazisindəki yollardan da belə istifadə edir. Belədə yeni ərazilərdə tıxac yaratmaları bir yana, binalarda yaşayan sakinləri də səs-küylə narahat edirlər. Hazırda belə bir vəziyyət özünü Bakının Zərifə Əliyeva küçəsindən keçən yolda göstərir. Bu ərazidə məskunlaşan sakinlər sözügedən mənzərədən yaxa qurtarmaq istəsələr də, alternativ yolların olmaması onları bu narahatçılıqdan yan keçmək imkanından məhrum edib. Azərbaycandan fərqli olaraq, bir sıra ölkələrdə yollar təmirə dayanan zaman sürücülərə alternativ yollar təklif olunur. Hətta keçmiş sovet şinelindən çıxmış bəzi ölkələrdə də alternativ yol məsələsi öz həllini tapıb. Azərbaycanda isə müstəqillik dövründən üzü bəri dəfələrlə bu məsələ qaldırılsa da, müvafiq qurumlar problemi həll etmirlər ki, etmirlər. Görünür, alternativ yolların olmaması fonunda tıxacların yaranması, bu zaman hansısa yol hərəkəti hadisəsinin baş verməsi prosesə cavabdeh olan Nəqliyyat Nazirliyi, Yol Polisi kimi qurumların maraq dairəsidədir. Ona görə də alternativ yollar yaratmaq məsələsi heç yadlarına da düşmür. Çünki, problemlərin çözülməməsi fonunda yarana biləcək yuxarıda qeyd etdiyimiz hadisələrdən şəxsi maraqları naminə istifadə etmək imkanı qazanırlar. Məsələn, təmir fonunda, sürücünün öz düşüncəsinə uyğun olaraq başqa yoldan istifadə etməsi tıxac yaratmaqla bahəm, həmin yolun da tez bir zamanda dağılmasına gətirib çıxarır. Bu hal isə yol tikinti işlərinə baxan Nəqliyyat Nazirliyi üçün sanki göydəndüşmədir. Belə ki, nazirlik sözügedən yolun bərpası adı ilə də büdcədən yeni-yeni vəsaitlərin qoparılmasına və bu zaman digər yol infrastrukturuna xərclənən pullar kimi, onun da bir hissəsinin özləri tərəfindən mənimsənilməsinə nail olur. Alternativ yolların olmaması Yol Polisinə isə avtomobillərin daha tez-tez qaydaları pozması baxımından sərf edir. Nə qədər ki, cavabdeh rəsmi qurumlar şəxsi maraqlarını cəmiyyətin, dövlətin mənafeyindən üstün tutacaq, alternativ yol məsələsi də həll olunmamış qalacaq. Yəni alternativ yolların mövcudluğu prosesə cavabdeh qurumların çörək ağacını müəyyən qədər kəsə biləcəyindən, onlar buna getməkdə tələsmirlər.
Ekspert Azər Allahverənov bildirdi ki, alternativ yol məsələsinə cavabdeh icra qurumlarının maraqları baxımından yanaşılaraq baxılır: "Alternativ yollar həqiqətən də paytaxtda yox dərəcəsindədir. Sadəcə olaraq yol infrastrukturu var. Hansısa yol təmir tikinti işləri ilə əlaqədar olaraq bağlanırsa, yol polisi, Nəqliyyat Nazirliyi kimi qurumlar nəqliyyat vasitələrinin sahiblərinə alternativ yollardan istifadə etməklə bağlı müraciət edirlər ki, təmir olunan yol ərazisində tıxaclar yaranmasın. Amma məsələ ondadır ki, alternativ yollar dedikdə, ölkəmizdə bu məsələ nəqliyyat sahiblərinin öz ixtiyarına buraxılır. Yəni, hansı alternativ adlanacaq yoldan istifadə etməyi sürücülərin özləri müəyyənləşdirməlidir. Bizdə alternativ yol məsələsinə iki cür yanaşılır. Bir məqamda yuxarıda da qeyd etdiyim kimi, nəqliyyat vasitələri sahibləri özləri üçün alternativ yollar axtarır. Hətta çox zaman elə olur ki, onlar bir nöqtədən digərinə çatmaq üçün dairəvi yollar vasitəsi ilə uzun bir məsafəni qət etməli olurlar. İkinci yanaşma isə ondan ibarətdir ki, yolların təmirini həyata keçirən təşkilatlarla, yol infrastrukturunun idarə olunması ilə məşğul olan qurumlar hansı yoldan müvəqqəti olaraq alternativ yol kimi istifadə etməklə bağlı müştərək qərara gəlirlər. Bu zaman yollarda müvəqqəti nişanların qoyulması, müəyyən mənada hərəkət istiqamətinin dəyişdirilməsi, ara yollarda nəqliyyat vasitələrinin hərəkətinin yeni qaydalarla nizamlanması kimi məsələlər həyata keçirildikdə, həmin ikinci yanaşmanın şahidi oluruq. Rusiyada 9 may paradından iki həftə öncə Kreml ətrafı ərazilərində məşqlər başlayır. Bu zaman da böyük bir ərazi perimetr üzrə paradda iştirak edən müxtəlif hərbi maşınlarla yüklənir. Belə olan halda həmin perimetr üzrə bütün yollarda nəqliyyat vasitələrinin hərəkəti dayandırılır. Faktiki olaraq, nəqliyyat vasitələrinə alternativ yollar da verilir. Həmin perimetrə yaxın ərazilərdə müəyyən mənada yol hərəkətinin dəyişdirilməsi, yeni nişanların dövriyyəyə buraxılması hesabına nəqliyyat vasitələrinə alternativ yollar verilir. Sürücülərə bu barədə bir neçə həftə öncədən məlumat da verilir. Bu hal mütəşəkkil yanaşma hesab olunur. Amma, Azərbaycanda təəssüf ki, daha çox birinci yanaşmaya üstünlük verilir. Yol infrastrukturu ölkəmizdə düzgün qurulub. Lakin məsələ ondadır ki, müəyyən məqamlarda, xüsusən də yolların təmir-tikintisi zamanı həmin dediyim ikinci yanaşmanı tətbiq etmək vacib olsa da, bu edilmir. Belə vəziyyəti də onunla əsaslandırmağa çalışırlar ki, yol infrastrukturunda sürücüyə alternativ yollar vermək üçün elə də geniş imkanlar yoxdur. Lakin Azərbaycanda çox məsələlər kimi, alternativ yol məsələsi də müəyyən icra qurumlarının maraqlarına uyğun tərzdə icra olunur. Bu fonda da, həmin icra qurumları nəqliyyat vasitələri sahibləri və sərnişinlərin maraqlarını arxa plana keçirirlər. Nəticədə də yolların təmirindən nəqliyyat sahibləri, habelə əhali əziyyət çəkir. Müvafiq qurumlar tərəfindən məsələyə mütəşəkkil şəkildə yanaşılsa, problemi çözmək mümkündür".


Həsən İslamov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yol polisi sürücülərə xəbərdarlıq etdi

    Yol polisi sürücülərə xəbərdarlıq etdi ...

    14-12-2016, 23:46

  • 
  • Sədərək TM-nin 50 qəpiklik mənimsəmələri

    Sədərək TM-nin 50 qəpiklik mənimsəmələri ...

    18-07-2014, 22:48

  • 
  • Nəqliyyat Nazirliyinin səlahiyyəti Dövlət Yol Polisinə verilir

    Nəqliyyat Nazirliyinin səlahiyyəti Dövlət Yol ...

    17-09-2015, 20:28

  • 
  • Azərbaycan ödənişli yolların tətbiqinə hazırlaşır

    Azərbaycan ödənişli yolların tətbiqinə hazırlaşır ...

    2-08-2013, 14:29

  • 
  • Bu maşınlar yollara buraxılmayacaq - Yol polisi xəbərdarlıq etdi

    Bu maşınlar yollara buraxılmayacaq - Yol polisi ...

    4-12-2015, 18:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (279)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu