GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanlı terrorçu İŞİD komandirini aldadıb 100 dollar aldı və Suriyadan qaçdı

Azərbaycanlı terrorçu İŞİD komandirini aldadıb 100 dollar aldı və Suriyadan qaçdı

Tarix: 9-10-2017, 11:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 357
Azərbaycanlı terrorçu İŞİD komandirini aldadıb 100 dollar aldı və Suriyadan qaçdı


Cihad adı altında Suriya torpaqlarına üz tutan “mücahidlər”in əksəriyyəti bir-birlərini yaxından tanıyıblar. Yaxın Şərqdə cərayan edən qanlı hadisələr, 2012-ci ildən üzü bəri xilafət yaratmaq istəyən qüvvələr barədə mətbuatdan oxuyub, internetdə yayımlanan videoları izləyib, öz aralarında dini mövzularla bağlı söhbətlər aparıblar. Hər bir müsəlmanın cihadda iştirakının vacib olduğunu düşünən gənclər beləcə bir-birinin ardınca Suriyaya yollanıblar.

Kimi “Cəbhət-ən-Nusra”ya, kimi “Azəri camaatı” na, kimisi isə “Ömər Şişani”nin (“Çeçen” ləqəbi ilə tanınan, milliyyətcə gürcü olan, Suriyaya gəldikdən sonra Ömər Şişani adını alan Tarxan Batiraşvili nəzərdə tutulur. Ömər Şişani İŞİD-in Suriyadakı komandiri kimi tanınıb. O, ötən ilin 10 iyul tarixində ABŞ-ın Suriyanın Əş Səddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb – vitualaz.org) rəhbərlik etdiyi “Muhacirun” qruplaşmasına qoşulublar.

“Mücahidlər”in ailələrinə əqidə yoldaşları arasında nüfuzlu dindar kimi tanınan yaşı 40-ı haqlamış Süleyman (şəxsiyyəti istintaqa məlum deyil - red.) adlı şəxs maddi köməklik göstərib. Cihada getmək istəyənlər üçün isə “Abdul Rəşid”in evi bir növ məntəqə rolunu oynayıb…

Həmin “məntəqə”dən Suriya yollanan, “Ömər Şişani”nin başçılıq etdiyi “Muhacirun” qruplaşmasına qoşulanlardan biri də Qəhrəmanov olub. Artmada baş verənləri görüncə isə dərin stress keçirən Qəhrəmanov fikrindən daşınıb və Azərbaycana dönməyi qərara alıb.

Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Rahib Salmanov sədrlik edib.

Qaraçuxurdan Suriyaya uzanan yol

İstintaqla müəyyən edilib ki, Afiq Süleymanov Suriya ərazisində Azərbaycandan olan tanışları ilə birlikdə “Cəbhət-ən-Nusra”adlı cinayətkar birliyin tərkibinə daxil olub. Həmin birliyin üzvləri – Rəşadət Qasımov və şəxsiyyəti istintaqa “Süleyman” kimi məlum olan şəxsin maddi dəstəyi əsasında 2013-cü ilin mart ayında Ömər Şişaninin rəhbərlik etdiyi “Muhacirun” adlı silahlı birləşmənin tərkibində iştirak edib.

Belə ki, 2013-cü ilin fevral ayının sonlarında tanışı,“Cəbhət-ən-Nusra”nın üzvü R.Qasımova müraciət edərək ondan Suriyaya getmək üçün maddi yardım istəyib. R.Qasımov bu barədə təşkilatın digər üzvü olan Süleyman adlı şəxsə məlumat verib. Hər ikisi ümumilikdə A.Qəhrəmanova 350 manat verib. A.Qəhrəmanov pulu aldıqdan sonra 2013-cü ilin martın 2-də avtobusla İstanbul şəhərinə yola düşüb. Öncə Reyhani qəsəbəsində Vüsal adlı şəxsin köməkliyi ilə sərhədi qanunsuz olaraq keçib və Artma şəhərinə gedərək Ramal Əbilovun köməkliyi ilə “Muhacirun” silahlı birləşməsinə qoşulub. 20 gündən sonra isə geriyə - Azərbaycana qayıdıb.

İstintaq zamanı həmçinin məlum olub ki, R.Qasımov mütəmadi olaraq silahlı mqnaqişələrdə iştirak edən Ramal Əbilov, Fuad Xəlilzadə və Süleyman adlı şəxslərlə “Skype” vasitəsilə əlaqə saxlayıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Afiq Qəhrəmanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, 2011-ci ildən etibarən İslam dininin əhli-sünnə təriqətinin sələfi məzhəbinin qaydalarına uyğun ibadət etməyə başladığını, “Qaraçuxur” məscidinə gedərək mütəmadi olaraq orada namaz qıldığını, Vüsal adlı şəxslə də məsciddə tanış olduğunu, aralarında dostluq münasibətləri yaranıb. 2013-cü ildə Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmək qərarına gəliblər:”Vüsal zəng vurub Türkiyədə olduğunu dedi. Ona dedim ki, məni gözlə, yol pulu tapan kimi gələcəyım. Vüsal da məni gözləyəcəyinə söz verdi”.

“Ailə üzvlərimə heç nə deməyib yola düşdüm”

A.Qəhrəmanovun dini ləqəbi “Abdulrəşid” olan Rəşadət Qasımovla tanışlığı da “Qaraçuxur” məscidindən başlayıb. Suriyaya getmək üçün yol pulu olmadığını deyən A.Qəhrəmanov “Abdulrəşid” dən maddi köməklik istəyib. Həmçinin, cihada qoşulmaq, Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmək istədiyini deyib. “Abdulrəşid” ona yol pulu tapacağını bildirib. İki gün sonra “Abdulrəşid” onu evinə dəvət edib, ona cihada getmək üçün köməklik göstərəcək şəxsin və digər sələfi qardaşlarının da gələcəyini deyib, evinə dəvət edib:

“Rəşadətin evinə getdim. Orada onun ailəsindən başqa evdə Süleyman, Nazim, Şahin, Osman, Səbuhi adlı şəxslər də vardı. Evdə Süleyman və Rəşadətlə danışdıq. Süleyman cihada qoşulmağımı dəstəklədi və 350 manat pul verdi. Bilet alıb yola düşəcəyimi dedim. Səhəri gün Süleymanın verdiyi pulun 60 manatına bilet aldım. Ailə üzvlərinə heç nə demədən Türkiyəyə yola düşdüm”.

“Artma şəhərində “Ömər Şişani”nin dəstəsinə qoşulduq”

A.Qəhrəmanov ifadəsində yola düşməzdən öncə halallıq almaq üçün “Abdulrəşid”in evinə gəldiyini, cihada getmək üçün hazır olduğunu deyib və onlarla sağollaşıb:

“Türkiyədə Vüsalla görüşdük. Dörd gün İstanbulda oteldə qaldıq. Sonra Suriya sərhədindəki Reyhanlı yaşayış məntəqəsinə getdik və orada qaçaqçı vasitəsilə Suriyaya keçdik. Artma şəhərində “Ömər Şişani”nin dəstəsinə qoşulduq. Silahlı birləşçmənin rəhbərliyi pasportlarımızı əlimizdən aldılar. 15 gün Suriyada qaldım. Həmin müddətdə “Muhacirun”a Azərbaycandan olan “Abu Yəhya” ləqəbli Nicat Aşurov və “Abu Muslim” ləqəbli şəxslər gəlib-gedirdilər”.

“Məqsədim yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxarmaq idi”

A.Qəhrəmanov ifadəsində Suriyaya getməkdə məqsədinin yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxarmaq olduğunu deyib. Lakin Suriayada baş verənləri gördükdən sonra fikrindən daşınıb. Suriyada hökumət qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini, meyitləri və yaralıları görüncə stress keçirdiyini, Artmada on gün qaldıqdan sonra isə Azərbaycana qayıtmaq qərarına gəldiyini bildirib:

“Bu haqda yalnız Zöhrab adlı şəxsə dedim. O isə bu barədə heç kimə danışmamağımı tapşırdı. Dedi ki, “Muhacirun” rəhbərliyinə ailəni də buraya gətirmək məqsədilə getmək istədiyini söylə. Mən də o cür dedim. Ona görə də, pasportumu özümə qaytardılar. Azərbaycana qayıtmaq üçün yolpulunu isə Suriyada yaşayan, tanımadığım bir azərbaycanlı verdi. Ondan aldığım 100 dolları da götürüb qaçaq yolla sərhədi keçdim. 24 mart 2013-cü ildə Azərbaycana qayıtdım”.

Azərbaycanlı terrorçu İŞİD komandirini aldadıb 100 dollar aldı və Suriyadan qaçdı


“Əqidə yoldaşlarımla cihadda iştirak etməyi düşünürdük”

Təqsirləndirilən şəxs qismində dindirilən dini ləqəbi “Abdulrəşid” olan Rəşadət Qasımov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 17 ildən bəridir ki, İslam dininin əhli-sünnə vəl camaat təriqəti üzrə ibadət etdiyini, “Qaraçuxur” məscidinə gedib-gəldiyi vaxtlarda Afiq, Vüsal, Ramal, Süleyman, Səbuhi və Nazim adlı şəxslərlə tanış olduğunu, arabir məscidin yaxınlığındakı çayxanada dini mövzularla bağlı söhbətlər apardıqlarını göstərib. 2012-ci ilin payız aylarından etibarən Suriyada başlayan hadisələri əqidə yoldaşları ilə birgə mətbuatdan izlədiklərini deyib:

“Video materiallarda Bəşər Əsəd rejiminə xidmət edən əsgərlərin dinc əhaliyə işgəncə verərək öldürdüklərini gördükdən sonra həqiqətən də bu şəxsə qarşı aparılan hərbi əməliyyatların cihad olduğunu hesab etdim. Əqidə yoldaşlarımla Suriyaya gedərək cihadda iştirak etməyi düşünürdük. Bu söhbətlərdən sonra Ramal və Zöhrab döyüşmək üçün Suriyaya getdilər”.



“Suriya ordusuna qarşı döyüşməyin cihad olduğunu deyirdi”

R.Qasımov əqidə yoldaşlarının Suriyaya getdikdən sonra da onunla tez-tez əlaqə saxladıqlarını, onu Suriyaya dəvət etdiklərini, lakin getmədiyini göstərib: “Ramalla “Skype” vasitəsilə əlaqə saxlayırdıq. Ramal Suriya ordusuna qarşı döyüşməyin cihad olduğunu deyirdi, əqidə yoldaşlarımıza cihadda iştirak etməyi, döyüşməyi təklif edirdi. İki-üç dəfə Afiq Zöhrab və Şahinlə əlaqə saxlamasına şərait yaratmışdım. Ramil onlara hər bir müsəlmanın Suriyaya gələrək cihad edən qardaşlara köməklik göstərməyin vacib olduğunu deyirdi”.

“Abdulrəşid”in ifadəsinə görə, Afiq Qəhrəmanov döyüşmək üçün Suriyaya getmək istəsə də yol pulu tapa bilməyib. Hər dəfə ondan pul istədikdə isə “Abdulrəşid” ona pulu olmadığını, amma müsəlman qardaşlardan maddi yardım göstərmələrini xahiş edəcəyini deyib. Bu barədə “Qaraçuxur” məscidindən tanıdığı, cihadda iştirak edən müsəlmanların ailələrinə yardım edən Süleyman adlı şəxsə cihadda iştirak etmək üçün Suriyaya getməsinə köməklik göstərməsini xahiş edib:

Azərbaycanlı terrorçu İŞİD komandirini aldadıb 100 dollar aldı və Suriyadan qaçdı


“Süleymanın təxminən 40 yaşı olardı. Onun Suriyada döyüşən ailələrə hansı vəsait hesabına maddi köməklik etdiyini bilmirəm. Süleyman xahişimi yerə salmadı. Bu söhbətdən iki-üç gün sonra axşam namazından çıxarkən Afiqin Suriyaya getmək üçün yol pulu verə biləcəyini dedi. Ertəsi gün Süleymanla gprüşdükdə Afiqə 350 manat pul verdi. Bir aydan sonra Afiqin Suriyaya gedib qayıtdığını eşitdim”.

Məhkəmənin hökmü ilə R.Qasımov 11 il, A.Qəhrəmanov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İnarə Rafiqqızı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İŞİD komandanından atasına zəng: “Darıxma, tezliklə Rusiyaya hücuma başlayırıq...”

    İŞİD komandanından atasına zəng: “Darıxma, ...

    10-10-2014, 17:31

  • 
  • ABŞ “Əl-Nusra”nın türk komandirini öldürdü - FOTO

    ABŞ “Əl-Nusra”nın türk komandirini öldürdü - FOTO ...

    24-09-2014, 12:54

  • 
  • İŞİD "rəqib"lərini edam etdi

    İŞİD "rəqib"lərini edam etdi ...

    17-12-2015, 14:30

  • 
  • Mosul: İŞİD-in şəhər idarəçiliyi

    Mosul: İŞİD-in şəhər idarəçiliyi ...

    14-07-2016, 22:32

  • 
  • İŞİD-in İraq və Suriyadakı mövqelərinə daha 20 hava zərbəsi endirilib

    İŞİD-in İraq və Suriyadakı mövqelərinə daha 20 ...

    6-12-2014, 23:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu