GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Altı övlad anasının axan göz yaşları “ürəkləri dağıdır”

Altı övlad anasının axan göz yaşları “ürəkləri dağıdır”

Tarix: 12-10-2017, 09:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 816
Altı övlad anasının axan göz yaşları “ürəkləri dağıdır”


“Onlar həmin sənədi Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb xəstəxanasından alırlar”

Hələ bir müddət bundan öncə “Gündəm Xəbər” qəzetində və Gündəmxeber.az saytında Bakı şəhəri, Nərimanov rayonu Koroğlu Rəhimov 2A ev-72 ünvanda yaşayan Musayeva Tamella Gümüş qızıgilin ailəsinin üz-üzə qaldıqları problemlərlə bağlı açıqlamalar dərc etmişdik. İşıq üzü görən açıqlamalarda adı çəkilən xanımın iki doğma qardaşının eyni gündə dünyalarını dəyişmələri və baş verənlərlə bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən lazımi araşdırmaların aparılmamasından bəhs etmişdik. Onu da vurğulayaq ki, işıq üzü görən məqalələrin hər biri Tamella Musayevanın redaksiyamıza təqdim etdiyi müraciətlər əsasında hazırlanmışdı. Bu günlərdə isə, xanım Musayeva təqdim etdiyi müraciətində üz-üzə qaldığı növbəti problemlərindən bəhs etməklə bərabər, onların ictimailəşdirilməsini də xahiş edir. O, bu dəfəki müraciətində bildirir ki, “mən 1988-ci ildə Ermənistandan məcburu köçkün düşənlərdənəm. Məcburi köçkün həyatı yaşasam da, illər uzunu halal zəhmətimin müqabilində yığdığım pulları, təkbaşına böyütdüyüm övladlarımın gələcəyi üçün xərcləməyi nəzərdə tuturdum. Amma, belə bir arzumu heç cür həyata keçirə bilmədim. Çünki, əslən Cəbrayıl rayonunun Mahmudlu kəndindən olan və bizimlə qonşuluqda yaşayan Musayeva Nəzakət Qulu qızı və onun həyat yoldaşı Musayev Əlövsət İsrafil oğlu, müəyyən yollarla olan-qalan pulllarımı əlimdən aldılar. Belə ki, onlar 2014-cü ilin 15 noyabr günü yaxın qohumları Asəf Nəsirov adlı şəxsin iştirakı ilə bizə gəldilər və qızım Türanənəyə torpaq sahəsi almaq məqsədilə məndən 7400 manat, qonşuluqda kirayədə yaşayan qızımdan isə 4700 manat pul aldılar. Onu da vurğulayım ki, məndə müəyyən məbləğdə pulun olması haqda qonşularım Zaur Fətəliyev, onun həyat yoldaşı Məmmədova Simarə Qəhrəman qızı və əslən Zəngilan rayonundan olan digər qonşum İsmayılova Xalidə Murad qızı məlumatlı olduqlarından, məhz onlar Nəzakət Musayevanı pul almaq məqsədilə üstümə göndərmişdilər. O, müəyyən adlar adı altında həmin pulları məndən teztələsik alaraq Zaur Fətəliyevə məxsus mənzilə daxil oldu və dərhal pulları Simarə Məmmədovaya verərək, arxamca da baxıb gülməyə başladı. Onu da vurğulayım ki, Zaur Fətəliyev əvvəllər qızım Xəyalədən 6 min manat borca pul almışdı. Az sonra o, aldığı pulları qızıma qaytarır. Başqa şəxsdən aldığı borc pulları isə qaytara bilmədiyi üçün, məni tora salmaq planını düzüb qoşur və qonşularımı üstümə göndərir. Həmin vaxt torpaq sahəsi almaq məqsədilə onlar məni aldada bildilər və pullarımı da ələ keçirdilər. Baş verənlər ümumilikdə iki həftə ərzində baş verdi. Elə ki, onlara verdiyim pullara görə peşman oldum, o halda pullarımı geri tələb etməyə başladım.

Altı övlad anasının axan göz yaşları “ürəkləri dağıdır”


Səhəri gün doğum günüm olduğundan, onlar iki ədəd tort, bir qazan plov gətirib bizə gəldilər. Yəqin ki, məqsədləri bir daha məni ələ almaq, hansısa məqsədlərini həyata keçirmək idi. Az sonra Nəzakət Musayeva bizə bir sumka pal-paltar gətirərək “mən bunları satacağam, malları Dubaydan gətirmişəm, övladların üçün nə lazım olsa məndən al” dedi. Həmin vaxt ondan bir dəst paltar aldım. Ümumiyyətlə, mən Nəzakət Musayevanı və onun baldızı Şərafət adlı xanımı normal bir qadın və alverlə məşğul olan şəxs kimi tanımışam. Elə ki, mənim ona pul verdiyim gündən onbeş gün vaxt keçdi, o halda Nəzakət Musayevanın həyat yoldaşı Əlövsət Musayev və onun yaxın qohumu Asəf Nəsirov, 2014-cü ilin dekabr ayında mənimlə telefon əlaqəsi saxlayaraq “səndən aldığımız pulları planlı şəkildə almışıq, bil ki, həmin pulları geri qaytarmayacağıq” dedilər. Dərhal hər iki şəxslə bağlı Nərimanov RPİ-nin 18-ci polis bölməsinə şikayət etdim və bölməyə üz tutdum. O zaman hər iki şəxsi polis bölməsində gördüm. Onlar məndən əvvəl yazılı izahat vermişdilər ki, “Nəzakət Musayevanın Tamella Musayevadan aldığı pulları, o, evə gedərkən “Gilovar” restoranının yaxınlığındakı ağaclar arasından iki nəfər maskalı şəxs çıxmış və onun boğazına puçaq çəkərək pulları ondan alıb qaçmışlar”.
Bölmədə Nəzakət Musayeva pulları aldığını bildirir və o, guya həmin pulları əvvəllər tanıdığı Vəsilə adlı qadına verir. Səbəb də o olur ki, guya Vəsilə adlı qadın onun həyat yoldaşı Əlövsət İsrafil oğlu ilə “aşnadır”. Onun məqsədi o olur ki, Vəsilə onun həyat yoldaşından kənarlaşsın və onlara hansısa formada xələl yetirməsin. Baş verənlərlə bağlı müəyyən araşdırmalar aparılarkən, həmin vaxtlarda Koroğlu Rəhimov küçəsi adlanan ərazilər üzrə sahə müvəkkili işləyən Qələndər müəllim bildirdi ki, “mən 6 saylı İnfeksiya Xəstəxanasının qarşısındakı kameralara baxış keçirdim, o zaman bəlli oldu ki, həqiqətən də Nəzakət Musayeva pulları Vəsilə adlı qadına verir. Yəni, kamerada olan görüntülər onu sübut edir ki, Nəzakətin söylədikləri həqiqətdir”.

Altı övlad anasının axan göz yaşları “ürəkləri dağıdır”


18–ci polis bölməsinə etdiyim şikayətlə bağlı əvvəlcə cinayət işi qaldırıldı və iş materialları ilk əvvəl Kənan adlı təhqiqatçı da olsa da, bir qədər vaxt keçdikdən sonra isə, cinayət axtarış şöbəsinin əməkdaşı olan Qələndər müəllimə verildi. Hər iki vəzifə sahibi üstüstə məni 4 ay getgələ saldılar, belə olan halda dəfələrlə DİN-nin 102 xidmətinə zəng etməyə məcbur oldum. Etdiyim müraciətimə baxmayaraq, bir kimsə mənə köməklik etmədi. Bir qədər vaxt keçdikdən sonra isə, hər iki polis əməkdaşı təkilif etdilər ki, “sizdən alınmış pulların yalnız 2 minini sənə verə bilərik, artığını qaytarmağa gücümüz çatmır”. Mən onların təklifini qəbul etmədim, belə olan halda söhbətə vəkilimi çağırdılar. Onu da bildirim ki, Qələndər müəllim telefon vasitəsilə mənə bildirdi ki, “baş verənlərlə bağlı dəqiq məlumata malikəm, amma sirri açmayacağam”. O halda sual oluna bilər ki, görəsən adı çəkilən polis əməkdaşının bildiyi sirri açmamaqda məqsədi nədir? Həmin gün və ondan sonrakı vaxtlarda nümayəndələrim olan Anar və Natiq adlı şəxslər hüquqlarımı lazımınca qorumadılar, Nərimanov rayon Məhkəməsində də işlərimə soyuq münasibət bildirdilər. Məhkəməyə etdiyim 7 aylıq şikayətdən sonra, Nəzakət Musayeva özünə ruhi-əsəb xəstəsi olması barədə “sənəd” düzəldir və ona belə bir sənədin düzəldilməsində nümayəndəsi Abbasav Etiqad İsaq oğlu lazımınca köməklik edir. Yəni, onlar həmin sənədi Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb xəstəxanasından alırlar. Elə ki, məhkəmə prosesi keçirilirdi, o zaman Nəzakət rola girirdi və hakimin göstərdiyi 50 manata 1 manat , 100 manata isə bir şirvan deyirdi. Guya o, əllərindən də şikəsdir deyə rola girirdi. Ağ kağıza qol çək dedikdə o, özünü əlil hesab edir və qol çəkə bilməyəcəyini də bildirirdi. O, pulları alarkən bütün əlyazmalara onun özü qol çəkmişdi.

Altı övlad anasının axan göz yaşları “ürəkləri dağıdır”


Elə ki, əvvəllər ona aldığın pulları kimə vermişdin, hara xərcləmişdin deyə sual edirdik, o halda o, “1000 manatını baldızım Şəlaləyə vermişəm, 1000 manatına anama paltaryuyan maşın almışam, 3 min manatını polisdə işləyən qardaşımın övladı xərcəng xəstəsi olduğu üçün ona xərcləmişik, 3 minini Montin qəsəbəsindəki mağazasına mal almaq üçün əmimoğluna vermişdim, qalanını da baldızım Şərafətlə mal gətirib satmağa yönəltmişdim”. Onu da bildirim ki, mən Nəzakətə pul verənə qədər onların həyətində qiyməti təqribən min manat dəyərində olan bir maşın görmüşdüm ki, onlar da həmin maşınla meyvə-tərəvəz satırdılar. Elə ki, pulu ona verdim o halda eşitdim ki, Nəzakət oğluna ağ rəngli bahalı avtomobil alıb. Pullarımı qaytarın dedikdə, dərhal həmin maşını yoxa çıxartdılar. Bir neçə gündən sonra isə, həmin avtomobili Nəzakət Musayevanın baldızı Şərafətin sürdüyünü gördüm. Hansı ki, həmin vaxta kimi onun heç vaxt maşını olmamışdı. Bir müddət keçdikdən sonra isə, həmin avtomobili onun həyat yoldaşı, hansı ki, taksi fəaliyyəti ilə məşğul olan Əlövsət Musayevin “Abu Arena” adlı şadlıq sarayının qarşısında idarə etdiyini gördüm. Nəzakət Musayevanın 1 saylı Ruhi-əsəb dispanserindən aldığı “xəstəlik sənədi”, mənim keçirilən bütün məhkəmə proseslərində uduzmağıma səbəb oldu. Onun qızı Musayeva Röya Əlövsət qızı, oğlu Musayev Rövşən Əlövsət oğlu analarının həqiqətən də “xəstə olması” olması barədə sənədə qol çəkərək, onu bibiləri Şəlalənin qəyyumu kimi sənədləşdirirlər.
Hər kəs bilməlidir ki, Nəzakət Musayeva saxta yollarla özünə xəstəlik sənədi düzəldir və belə bir yolla həm dövləti aldadaraq müavinət alır, həm də altı övlad anasının pullarını dələduzluq yolu ilə ələ keçirərək mənimsəyir. Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdin Hüseynov və Ali Məhkəmənin hakimi Tatyana Qodman, Nəzakət Musayevanın saxta yollarla aldığı “xəstəlik sənədi”nə görə mənə heç cür köməklik edə bilmədilər və çıxarılmış qətnamələrin hər biri də qüvvədə saxlandı. Hakimlər Nəzakət Musayevaya yalnız onu dedilər ki, “sən pulları alarkən ağıllı olmusan, pulların geri qaytarılması tələb olunduqda isə dəli olursan”.

Altı övlad anasının axan göz yaşları “ürəkləri dağıdır”


Bir məqama da toxunum ki, bir müddət bundan əvvəl Nəzakət Musayeva və onun qızı Röya Gənclik metrosunun yaxınlığında “Mol” marketin qarşısında 133 saylı marşuruta minib satmağa mal gətirməyə gedərkən, qızlarım Xəyalə və Arzu ilə əlbəyaxa olurlar. Onlar hər iki qızıma bədən xəsarəti yetirməklə bərabər, qızlarımdan birinin mobil telefonunu da sındırırlar. Baş verən olayla bağlı DİN-nin 102 xidmətinə məlumat versəm də, həmin vaxt onlarla bağlı heç bir tədbir görmədilər. Az sonra 18-ci polis bölməsinin təhqiqatçısı Emin müəllim qızlarımı 5 saylı xəstəxanaya aparır və onların bədən xəsarəti almaları haqda həkim rəyi də alır. Hadisə baş verən vaxtlarda etdiyim şikayət istintaqa göndərilsə də, az sonra bu şikayətimə də məhəl qoyan olmadı. İndu sual oluna bilər ki, 1 saylı Ruhi-Əsəb Xəstəxanasında qeydiyyatda olan “bu xəstə”, adı çəkilən müəssisədə müalicə olunmalıdır, yoxsa alver işi ilə məşğul olmalıdır?
Bundan əlavə, yaşadığımız mənzildən kimlərsə telefonlarımızı da oğurladılar, amma bölmə əməkdaşları baş verən oğurluq faktını araşdırmadılar. Bizim qonşuluğumuzda yaşayan Əlövsətin bacısı Əzizə İsrafil qızı, Nəzakət Musayevanın məndən pullar almasını etdiraf edir, amma onun həmin pulları kimə verdiyini açıqlamır. Cinayət axtarış şöbəsinin əməkdaşı olan Qələndər müəllim isə mənə bildirir ki, “yaşadağınız binada bir neçə nəfər var, onlar bizə işverənlik edirlər”.
Bundan əlavə onu da bildirim ki, bizim qonşuluğumuzda yaşayan Nəsibə adlı qadından da, vaxtilə Nəzakət Musayeva müxtəlif adlar adı altında pul alıbmış. Həmin qadının etdiyi şikayətdən sonra, Qələndər müəllim hər kəsin gözü qarşısında Nəzakətdən pulları geri aldı və Nəsibə xanımın özünə qaytardı. Amma o, mənim pullarımın geri qaytarılması üçün heç cür köməklik göstərmədi. Elə ki, bir müddət bundan əvvəl pullarımı Nəzakət Musayevadan geri tələb etdim, o halda onun qızı və oğlu, həmçinin həyat yoldaşı məni təhqir etdilər və başımı divara da çırpdılar. Onların mənə bədən xəsarət yetirmələri haqda həkimdən arayışı alsam da, bununla bağlı şikayət etsəm də, cinayət axtarış şöbəsinin əməkdaşı olan Qələndər müəllim, guya özüm yıxılmışam deyə sənədləşməni düzüb qoşdu. Nəzakətgil qızlarımı döyərkən onların hər bir hərəkəti mobil telefonla çəkilmişdir. Qızlarım xəsarət aldıqdan sonra onlar bir müddət xəstəxanada müalicə də olundular. Nəzkət Musayevanın “ruhi-əsəb xəstəsi” olması haqda sənəd düzəltməsi onun həyat yoldaşı Əlövsət Musayevin ağlına gəlmədiyi halda, həmin sənədi onun vəkili Etiqad Abbasov düzüb qoşur. Hakimlər də həmin sənəd əsasında qərar çıxartmalı olurlar. Elşən.
Kürəkənim Seyidov Pərvin Mirhəsən oğlu da, bir qrup şəxslərin iştirakı və polis əməkdaşlarının düzüb-qoşduqları planlar əsasında “tora salındı”. Belə ki, o, özünə şəxsi avtomobil almışdı, həmin şəxslər də kürəkənimə məxsus avtomobili ələ keçirmək fikirinə düşürlər. Belə ki, onlar kafelərdən birində yeyib-içirlər və kafeyə borcları əmələ gəlir. Həmin vaxt belə bir qərara gəlirlər ki, dostlarından birinə məxsus mobil telefonu Pərvin Seyidova məxsus şəxsiyyət vəsiqəsi ilə satsınlar və əldə olunan pulla kafeyə olan borcu ödəsinlər. Sən demə həmin mobil telefon oğurluq telefonu imiş və belə bir addımın atılması da öncədən planlaşdırılıbmış. Bu cür planın düzülüb-qoşulmasında da Qələndər müəllimin “barmağı” mühüm rol oynayır. Az sonra kürəkənimi həbs etdilər və barəsində toplanmış iş materiallarında, guya onun əvvəllər də məhbəs həyatı yaşadığı qeyd olunur. Amma, o, heç vaxt məhbəs həyatı yaşamayıb. Bu minvalla ona Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 6 il iş verdilər. Düzdür, Pərvin Seyidova 6 il azadlıqdan məhrumetmə cəzası versələr də, o cəzasının yarısını çəkib azadlığa çıxa bildi. Onu da bildirim ki, kürəkənim həbs olunan zaman onun atası ürəyindən əməliyyat olunmalı idi, elə ki, Pərvin “tora salındı”, o halda əməliyyat üçün nəzərdə tutulan pulları xərcləməyə məcbur olduq. Azadlığa çıxana kimi isə, atası artıq dünyasını dəyişmişdi”. Bu bir ananın fəryadı, altı övlad anasının axan göz yaşlarıdır.
Məqalədə qeyd olunanlar və Tamella Musayevanın vurğuladıqları onu deməyə əsas verir ki, bu məmləkətdə haqqın qalib gələcəyi, əzilənlərin haqlarının bərpa olunacağı gün heç də uzaqda deyil. Bir daha onu vurğulamaq istəyirik ki, məqalədə sadalananlar şikayətçi xanımın ünvanladığı müraciət əsasında dərc olunub. Odur ki, açıqlamada adı çəkilən hər kəsin mövqeyini də dinləməyə hazırıq.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abşeronda müəmmalı ölümlər və açılmayan həqiqətlər

    Abşeronda müəmmalı ölümlər və açılmayan həqiqətlər ...

    22-09-2017, 20:31

  • 
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55

  • 
  • Qarşı tərəfin mövqe açıqlaması

    Qarşı tərəfin mövqe açıqlaması ...

    2-11-2015, 15:04

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    14-04-2015, 22:10

  • 
  • Ruhi-əsəb xəstəxanasından gətirilən qadın öldü

    Ruhi-əsəb xəstəxanasından gətirilən qadın öldü ...

    31-07-2017, 18:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu