“Gündəm Xəbər” qəzetinin 23-29 oktyabr 2015-ci il tarixli sayında “Lənkəran Dövlət Universitetində rüşvət qalmaqalı” başlıqlı məqalə işıq üzü görmüşdü. Məqalədə qeyd olunan təhsil ocağında kafedra müdiri vəzifəsini daşıyan Tofiq Paşayevin, Cəlal müəllim adlı şəxsi işə düzəltməyin müqabilində, ondan 5 min manat pul alması və həmin şəxsi işə düzəldə bilməməsindən söhbət açılırdı. Və hətta o da vurğulanırdı ki, Tofiq Paşayevin həmin şəxsi işə düzəldə bilməməsi qalsın bir yana, aldığı pulu da geri qaytarmaması, bu gün müəyyən söz-söhbətə səbəb olur.
Açıqlamanın işıq üzü görməsindən sonra, Cəlal müəllim redaksiyamıza təşrif buyurdu və bidirdi ki, “mənə Tofiq Paşayev işə düzəltmək məqsədilə vəd verməyib, mən də ona 5 min manat rüşvət verməmişəm”. Elə bu səbəbdən də, Cəlal müəllimin işıq üzü görən məqalədə sadalananlarla bağlı mövqeyini, çoxsaylı oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bildik.
Ş.Cəfəri
16 saylı Uşaq Poliklinikasında nələr baş verir?
Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasında nələrin yaşandığını dəqiqləşdirmək üçün, qeyd olunan ünvana baş çəkib, cəmi 15-20 dəqiqə vaxtı itirmək kifayət edər. Çünki, poliklinikanın baş həkimi Sevda xanım Vəzirovanın tətbiq etdiyi idarəçilik, ora üz tutanlara qarşı bəslədiyi münasibət, bu gün də əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə çevrilib. Məhz, ona görə ki, bir-iki gün bundan öncə həmin ünvanda olan və yaşanan iztirablar haqda məlumatları redaksiyamıza zəng edərək çatdıran sakin bildirdi ki, poliklinikada vaxtı keçmiş dərmanlardan istifadə, sanki adi hala çevrilib. Hələ, giriş qapısından içəri ayaq basan valideyinlərin “ilan qabığı” kimi soyulmalarını, “mənə heçnə çatmadı” deyən tibb bacılarını “yolkəsənliyi”ni demirik.
Odur ki, bu yöndə aparacağımız araşdırmalardan sonra əldə edəcəyimiz məlumatları, valideyinlərin problemlərin varlığına münasibətlərini və.s-ni, yaxın günlərdə çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləyin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?