Tamella Musayeva: “Baş verən ölüm hadisəsi bu gün də bizdən gizlədilir, meytlərin kimlər tərəfindən amansız vəziyyətə salınması haqda heçnə deyilmir”
Yerlərdə çoxsaylı problemlərin əmələ gəlməsi və uzun müddət bəri həllini tapmaması, əslində vətəndaş narazılığını şərtləndirən əsas səbəblərdir. Baş verənlərlə bağlı müəyyən araşdırmalar apardıqda isə, qanunların icra olunmaması, məmur özbaşınalığı, vəzifə sahiblərinin vəzifələrindən sui-istifadə etmələri və s. kimi halların varlığı, bir daha onu söyləməyə əsas verir ki, bu cür halların qarşısını almağın çoxdan zamanı çatıb. Hal-hazırda analoqu olmayan olayların girdabında boğulan və bu gün də haqlı tələblərinin həllinə nail ola bilməyən Bakı şəhəri, Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi-2A, mən-72 ünvanda yaşayan Musayeva Tamella Gümüş qızı, üz-üzə qaldıqları müsibətlərin varlığını belə açıqlayır. 03 oktyabr 2016-ci il tarixdə Abşeron rayonunun Masazır kəndində yaşayan qardaşlarım Musayev İlham və Musayev İntiqam Gümüş oğlu, həmin gün saat 11:00-da öz evlərindən çıxırlar və az sonra görüşüb işlətdikləri “MAZ” markalı yük qaldıran maşınlarının yanına gedərək işləməyə başlayırlar.
Hər iki qardaşım həmin gün saat 17-ə kimi açıq havada işləyirlər və onlarla telefon əlaqəsi də saxlanılır. Saat 17-dən sonra hansısa səbəblər üzündən hər iki qardaşımın telefonu söndürülür və onlar bir daha evə qayıtmırlar. 04 oktyabr 2016-cı il tarixdə, saat təqribən 11-12 radələrində Abşeron rayon Prokurorluğundan digər qardaşım Musayev Taleh Gümüş oğluna xəbər verirlər ki, “hər iki qardaşınız dünyasını dəyişib, meyitləri “morq” dadır, gəlin aparın”. Qardaşımgilin ailə üzvləri “morqa” gedərkən, hər iki qardaşımın meytini işgəncə verilmiş formada və orqanları çıxarılmış vəziyyətdə görürlər. Belə bir mənzərənin varlığı onları dəhşətə gətirir. Çox keçmir ki, hər iki qardaşımın ölümünün səbəbi barədə “İctimai” televiziya kanalında, guya mavi qazdan boğulub ölmələri ilə bağlı məlumat verilsə də, əslində belə bir məlumatın verilməsi şər-böhtandan başqa bir şey deyil. Biz ailəlikcə belə bir məlumatın doğruluğuna inanmırıq. Çünki, baş verən ölüm hadisəsi bu gün də bizdən gizlədilir, meytlərin kimlər tərəfindən amansız vəziyyətə salınması haqda heçnə deyilmir. Baxmayaraq ki, qanunun tələbinə görə baş verən ölüm hadisəsi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən lazımınca araşdırılmalı və onların ailə üzvlərinə, yaxınlarına ətraflı məlumat da verilməlidir. Amma, bu gün nələr baş verir? Qardaşımgilin ailə üzvləri və digər yaxınları getgələ salınmaqdadırlar. Baş verən ölüm hadisəsindən sonra, Abşeron RPŞ rəisinin müavini İlkin Rəcəbov və Abşeron rayon prokurorunun köməkçisi Elçin Mahmudov, İlham Musayevgilin ailə üzvlərinə məxsus olan, amma yaşamadıqları və həmin vaxtlarda təmir gedən mənzilinə baxış keçirirlər. Hər iki vəzifə sahibi baş verən ölüm faktının izini itirmək üçün, bəzi şantaj xarakterli şəkillər çəkirlər və ölüm hadisəsinin səbəbini, mavi qazdan zəhərlənmə ilə əlaqələndirirlər. Hansı ki, çəkilişlər həyata keçirilərkən həmin mənzildə mavi qaz xətti olsa belə, mavi qaz olmayıb. Hətta, mavi qazın özü olsa belə, mənzildəki havanın dəyişməsi, mavi qazın bayıra çıxması üçün lazımi şərait də olub. Odur ki, biz belə bir əssasız açıqlamalara heç cür inana bilmərik. Bizim qənaətimiz ondan ibarətdir ki, hər iki qardaşım ərazidə işləyərkən kimlər tərəfindənsə işgəncə verildiyindən ağır bədən xəsarətləri alırlar və dünyalarını dəyişdikdən sonra, hər ikisinin meyitini “morqa” aparırlar.
Baş verən ölüm hadisəsi ilə bağlı lazımi araşdırmaların aparılmasının qarşısını almaq məqsədilə, hər iki vəzifə sahibi digər qardaşım Musayev Taleh Gümüş oğluna hədə-qorxu gəldilər. Yəni, hər gün onu şöbəyə çağırdılar və qarşısına belə bir şərt qoyurlar ki, elə et ki, bacın Tamella Musayevə şikayətlərindən əl çəksin. Çox keçmədi ki, qardaşım Taleh Musayev yatağa düşdü. Bu haqda onun ölümündən əvvəl də, sonra da PA-na, Baş Prokurorluğa, DİN-nin 102 xidmətinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara bir neçə dəfə məlumat vermişəm. Etdiyim müraciətlərə baxmayaraq, bu gün də baş verən ölüm hadisəsi ilə bağlı heç bir ciddi araşdırmalar aparılmır. Qardaşlarımın faciəli şəkildə ölüm xəbərini dördüncü qardaşımız, hansı ki, səhhətində ciddi problemlərini olan İnqilab Musayevə bildikdə, o da çox keçmədi ki, infakt keçirdi. Bu gün o da ölüm təhlükəsi ilə üz-üzə qalıb. Ata-anamız isə baş verən belə bir faciədən sonra, beyin iflici xəstəliyinə düçar oldular. Bir ailənin başına gətirilən faciə, bu gün qanunun imkan verdiyi formada araşdırılmır, ölümün dəqiq səbəbləri bizə bildirilmir. Onu da vurğulayım ki, qardaşlarım dünyalarını dəyişməzdən əvvəl belə bir məlumat da əldə etmişdim ki, onlar yol polisi və əraziyə nəzarət edən post patrol xidmətinin əməkdaşları tərəfindən nəzarətdə saxlanırmışlar. Belə bir halın varlığı da, ortaya bəzi müəmmaların çıxmasına səbəb olur. Biz belə bir ailə faciəsi ilə üz-üzə qalsaq da, mən haqlı mübarizəmi davam etdirib, əsl həqiqətlərin üzə çıxarılmasına da çalışacağam”. P.S. Baş verən ölüm hadisəsi ilə bağlı dərc etdiyimiz açıqlamada sadalananlar Musayeva Tamella Gümüş qızına məxsus olduğundan, hələlik bu haqda hansısa əsaslı mövqemizi ortaya qoya bilmirik. Odur ki, gələcəkdə bu yöndə müəyyən araşdırmalarımızı aparıb, lazımi məlumatları əldə etməyə də çalışacağıq. Bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?