Taleh Xasməmmədov: “Artıq sahibkarlıq fəaliyyətini davam etdirməyəcəyik”
“AVA-N” MMC-nin direktoru olan T. Xasməmmədov Göyçay RİH Başçısı Mehdi Səlimzadənin və digər dövlət orqanların inhisarçılıq niyyəti ilə Cəmiyyətə qarşı apardıqları təzyiq və təhdidlərdən sonra işləməyin mümkünsüz olduğunu və “kənd təsərrüfatı məhsullarının satışı bazarı”nda fəaliyyət göstərən kiçik sahibkarların düşdükləri çətin durum qarşılığında qanunamüvafiq müdafiə olunmağın mümkünsüzlüyünü qeyd etməklə tutduğu vəzifəni tərk etdiyini diqqətə çatdırıb. O, bildirib ki, işlədiyi 1 ay 15 gün ərzində qanuni fəaliyyət gostərən “AVA-N” MMC-nin 3 əsas qapısı zor gücünə daşla hörülərək sahibkarlara və əhalinin istifadəsinə ciddi problem yaradıblar. Bundan əlavə heç bir əsas olmadan icra hakimiyyətinin sifarişi əsasında bazar ərazisində mütəmadi yoxlamalar aparılır, sahibkarlara qarşı təzyiqlər daha sərt formada davam etdirilir. Təmir-tikinti işlərinin aparılması, asfalt örtüyünün vurulmasına ciddi əngəllər yaradılıb, 30-a yaxın yeni inşa olunmuş iaşə obyektlərini istifadəyə vermək mümkünsüz olub. Asfalt örtüyünün vurulması məsələsində bütün zavodlara tapşırıq verilib ki, cəmiyyətin istəyi ilə bu işi qətiyyən görmək olmaz, əks halda ciddi problemlər yaradılacaq... Həmçinin o bildirib ki, ötən müddət ərzində Prezident Administrasiyasının bəzi qüvvələri Azərbaycan Respublikası Qanunvriciliyini bir kənara atmaqla Göyçay rayonunda baş verən özbaşınalıqlara göz yumaraq “kim necə bacarır, onu da etsin” prinsipi ilə işləməyə üstünlük verib. Görəsən bu cür özbaşınalıqlardan Prezidentin xəbəri varmı?
Sorğu
Yeni dizaynımız necədir?