GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: “Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...”

Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: “Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...”

Tarix: 24-10-2017, 14:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 395
Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: “Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...”


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun barəsində çıxarılmış məhkəmə hökmü (azadlıqdan şərti məhrumetmə) ilə razılaşmayaraq bəraət barədə iddia qaldırması onunla Hərbi Prokurorluğun müstəntiqləri arasında “dəniz döyüşünü” yenidən qızışdırıb.

Belə ki, vitse-admiralın məhkəmənin onu dəniz qüvvələrində hansısa “yeyintilərdə” təqsirləndirib barəsində azadlıqdan şərti məhrumetmə cəzası çıxarmasına etiraz etməsindən və günahsız olduğuna görə ona tam bəraət verilməsinə dair yeni iddia qaldırmasından sonra bu dəfə Hərbi Prokurorluq məhkəmə hökmündən protest verib. Özü də qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 4 ay gecikmə ilə. Hərbi prokurorlar hesab edirlər ki, məhkəmənin vitse-admiral barədə çıxardığı hökm “yumşaqdır” və onun iri məbləğdə mənimsəmələrə yol verdiyi “sübut olunduğundan” şərti cəza yox, həbs cəzası verilməliydi.

Və hazırda həmin protest üzrə admiralın işinə yenidən baxılır. GiundemXeber.Az virtualaz.org-a istinadla bildirir ki, növbəti məhkəmə iclası oktyabrın 26-na təyin edilib. Şahin Sultanovun vəkili Telman Abdıyev virtualaz.org-a açıqlamasında bildirib ki, müdafiə tərəfi Bakı Hərbi Məhkəməsinin bu il martın 17-də çıxardığı hökmün ədalətsiz olduğunu hesab edərək aprelin 5-də apelyasiya şikayəti vermişdi. Apellyasiya şikayətinin verilməsinin vaxtı isə aprelin 6-da bitmişdi. Azərbaycan qanunvericiliyinə əsasən müddətin bitməsindən sonrakı 10 gün ərzində məhkəmə sənədləri Apellyasiya məhkəməsinə təqdim etməliydi.

“Lakin tamamilə əsassız olaraq Bakı Hərbi Məhkəməsi sənədləri 4 ay ərzində qəsdən özündə ləngitdi. Yalnız bizim tərəfimizdən Məhkəmə-Hüquq Şurasına şikayət ediləndən sonra sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərildi. Və sənədlər Apellyasiya məhkəməsinə daxil olandan sonra Hərbi Prokurorluq heç bir hüquqi əsas olmadan Bakı Hərbi Məhkəməsinə hökmdən apelyasiya vermək hüququnun bərpası ilə bağlı vəsadət qaldırdı”-vəkil bildirir.

Telman Abdıyev xatırladır ki, Azərbaycan qanunvericiliyinə əsasən apellyasiya şikayətinin verilməsinin gecikdirilməsi ancaq aşağıdakı hallarda üzrlü hesab edilə bilər: dövlət ittihamçılarının vəfat etməsi, xəbərsiz itkin düşməsi, uzun sürən ağır xəstəliyə tutulması, protesti verməkdən qəsdən yayınması və ya imtina etməsi, habelə mövqe ilə razılaşmaması.

“Lakin ortada bu üzrlü səbəblərdən heç biri olmadığı halda Bakı Hərbi Məhkəməsi Hərbi Prokurorluğun hökmdən protest vermək hüququnu bərpa etdi”-vəkil əlavə edir.

Maraqlıdır ki, məhkəmə Hərbi Prokurorluğun protest vermək hüququnun bərpasını əsaslandırmaq üçün “üzrlü səbəb” kimi “hökmün həcminin həddən artıq böyük olmasını” göstərib. Hansı ki, hökm cəmi 26 səhifədən ibarətdir və bu, orta məktəbin 4-cü sinfində oxuyan ortabab şagirdin uzağı iki günə oxuyub başa çatdıracağı həcmdə mətndir. (Əlbətdə, həmin mətn qədim Mixi əlifbası ilə yazılmayıbsa-red.) Admiralın işi üzrə dövlət ittihamçısı qismində çıxış edən hər üç prokurorun isə ali təhsili var, onlar kifayət qədər təcrübəlidir və 2 il 2 ay ərzində Şahin Sultanovun işi üzrə məhkəmədə iştirak ediblər. Yəni iş üzrə tam məlumatlı adamlardır.

“Belə çıxır ki, prokuror hökmün cəmi 26 səhifəlik əsaslandırma hissəsini 20 günə oxuyub başa çatdıra bilməyib və bunun üçün ona düz 140 gün vaxt lazım gəlib. Yəni prokuror orta hesabla bir səhifəlik mətni bir həftəyə oxuyub?”-Telman Abdıyev sual edir.

Vəkil deyir ki, Bakı Hərbi Məhkəməsinin Hərbi Prokurorluğun hökmdən protest vermə hüququnu bu cür əsassız şəkildə bərpa etməsi qanunlara qarşı açıq-aşkar hörmətsizlikdir: “Digər tərəfdən prokurorluğun apelyasiya protesti qurama ittihamlara əsaslanır. Dövlət ittihamçıları Şahin Sultanovun barəsində əvvəlki qurama ittiham aktını olduğu kimi köçürərək apelyasiya protestinə əlavə edib”.

Qeyd edək ki, Şahin Sultanovun Hərbi Dəniz Qüvvələrində iri məbləğdə mənimsəmələrdə ittiham edilməsi ancaq Hərbi Prokurorluğun müstəntiqlərinin hazırladıqları arayışlara əsaslanırdı. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi prokurorluğun arayışlarını eynilə təsdiq edərək mənimsəmələrə yol verildiyinə dair rəy təqdim edib. Lakin müdafiə tərəfinin qaldırdığı vəsadət əsasında Məhkəmə-Ekspertiza Mərkəzi təkrar ekspertiza keçirib və 2016-cı il, oktyabrın 20-də məhkəməyə təqdim etdiyi yeni rəydə göstərib ki, dövlətə ziyan vurulması təsdiq olunmur. Vəkil deyir ki, məhkəmə bu rəyi nəzərə almadan admiralın günahkar elan edilməsi və şərti cəzaya məhkum olunması haqda qərar çıxardı.

“Şahin Sultanov Azərbaycanın vitse-admiral rütbəsi daşıyan iki hərbi xadimindən biridir. Onun Hərbi Dəniz Qüvvələrinə komandanlıq etdiyi dövrdə heç bir korrupsiya, mənimsəmə əməllərinə yol vermədiyini məhkəmədə ortaya çıxan həqiqətlər də sübut edib. Şahin Sultanov Ali baş komandana, vətənə, millətə həmişə sadiq olub, Azərbaycanın Xəzərdəki maraqlarının müdafiəsi üçün peşəkar dənizçi kimi böyük xidmətlər göstərib. Və haqlı olaraq hesab edir ki, məhkəmənin heç bir dəlil olmadığı halda ancaq prokurorluğun qurama ittihamına əsaslanıb hökm çıxarması qanunsuzdur və ona bəraət verilməlidir. Müdafiə tərəfi əmindir ki, məhkəmənin, işə baxan hakim E.Şamayevin mövqeyi ədalətli olarsa Şahin Sultanov bəraət alacaq”-vəkil Telman Abdıyev bildirib.

Beləliklə, vitse-admiral barəsində çıxarılmış hökmün ləğvi və bəraət almaq uğrunda mübarizə aparır, ittiham tərəfini isə belə görünür ki, generalın müqaviməti dayandırmayıb “döyüşü davam etdirməsi” qəzəbləndirib. Və prokurorlar 4 ay gecikmə ilə hökmdən protest vermək hüququnun bərpasına nail olaraq onu “içəri saldırmaq” naminə yeni hücuma başlayıblar. Bu qaydasız döyüşün axırı necə olacaq?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş komandana 8 il 6 aylıq şərti cəza verildi

    Keçmiş komandana 8 il 6 aylıq şərti cəza verildi ...

    17-03-2017, 23:10

  • 
  • Vitse-admiral Şahin Sultanov yenidən həbs oluna bilər

    Vitse-admiral Şahin Sultanov yenidən həbs oluna ...

    24-08-2017, 10:28

  • 
  • Səfər Əbiyev Şahin Sultanovun azadlığa çıxmasına belə reaksiya verdi: `Vaxtım yoxdur, getməliyəm...`

    Səfər Əbiyev Şahin Sultanovun azadlığa çıxmasına ...

    27-12-2014, 00:34

  • 
  • Hərbi Dəniz Qüvvələrinin keçmiş hərbçisi rüşvətə görə həbs edildi

    Hərbi Dəniz Qüvvələrinin keçmiş hərbçisi rüşvətə ...

    24-01-2014, 14:10

  • 
  • Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib

    Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi ...

    28-04-2016, 22:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu