GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Vitse-admiral Şahin Sultanov yenidən həbs oluna bilər

Vitse-admiral Şahin Sultanov yenidən həbs oluna bilər

Tarix: 24-08-2017, 10:28 Bölmə :Kirminal Baxış: 448
Vitse-admiral Şahin Sultanov yenidən həbs oluna bilər


HDQ-nin sabiq komandanının işində şok gəlişmə-yenidən həbs edilə bilər; Onun şərti iş aldığı məhkəmədən Hərbi Prokurorluq protest verdi-yeni məhkəmə olacaq

Avqustun 23-də Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclasında sensasion gəlişmə baş verib. “Report”un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsindən müraciət daxil olduğu elan olunub.

Hakim bildirib ki, Hərbi Prokurorluq birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apelyasiya protesti verib: “Apelyasiya protesti də gec verildiyi üçün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov Bakı Apelyasiya Məhkəməsinə bununla bağlı müraciət edib. O, müddətin bərpası üçün işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib”.
Ş.Sultanov və onun müdafiəçiləri buna etiraz ediblər. Sabiq komandan qeyd edib ki, dörd aydan sonra sənədlər apelyasiya instansiyasına daxil olub: “Buna etiraz edirəm. Dörd aydan sonra sənədlər gəlib Bakı Apelyasiya Məhkəməsinə. İndi bu nə deməkdir? Razı deyiləm”

Daha sonra məhkəmə kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti qərarı elan edib. Qərara əsasən, iş yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, Ş.Sultanov təqsirləndirilən şəxs qismində Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ş.Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib. Bundan başqa, Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyev 2 il sınaq müddəti təyin etməklə 5 il şərti cəza verilib.
Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.
Yada salaq ki Ş.Sultanovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bir neçə ay davam edib. Prokuror Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Amma hökm xeyli yumşaq oldu

Qeyd edək ki, HDQ-də aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilmişdi. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.
Göyçay rayonunda anadan olan Ş.Sultanov 1999-cu ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilmişdi. Ş.Sultanovun 2014-cü il aprel ayının 23-də həbs olunması mediada sabiq müdafiə naziri Səfər Əbiyevin də “başı üzərində” təhlükə kimi izah edilirdi.
İstintaq zamanı HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxmışdı

2014-cü ilin oktyabr ayında vitse-admiralın həbs müddəti daha 3 ay uzadıldı. Amma bu müddət başa çatmamış, Bakı Hərbi Məhkəməsi dekabr ayının 25-də onun barəsində olan həbs-qətimkan ev dustaqlığa ilə əvəzlədi. Yeri gəlmişkən, Şahin Sultanov ilk nüfuzlu şəxs idi ki, belə bir qətimkan tədbirindən yararlanırdı.
Vitse-admiralın vəkilləri bu həbsi əvvəl gündən sifarişli hesab ediblər və indi də bu fikirdədirlər.

Hərbi Prokurorluğun protesti isə onu göstərir ki, Ş.Sultanov cəzasını evdə deyil, həbsxanada da çəkə bilər./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş komandana 8 il 6 aylıq şərti cəza verildi

    Keçmiş komandana 8 il 6 aylıq şərti cəza verildi ...

    17-03-2017, 23:10

  • 
  • Səfər Əbiyev Şahin Sultanovun azadlığa çıxmasına belə reaksiya verdi: `Vaxtım yoxdur, getməliyəm...`

    Səfər Əbiyev Şahin Sultanovun azadlığa çıxmasına ...

    27-12-2014, 00:34

  • 
  • Şahin Sultanov şok adlar açıqlayacaq

    Şahin Sultanov şok adlar açıqlayacaq ...

    13-05-2014, 10:16

  • 
  • "Azadlıqda olduğuma görə İlham Əliyevə təşəkkür edirəm" - Həbsdən çıxan general

    "Azadlıqda olduğuma görə İlham Əliyevə ...

    25-12-2014, 22:58

  • 
  • Prokurorluğun şikayəti təmin edilmədi

    Prokurorluğun şikayəti təmin edilmədi ...

    1-06-2016, 23:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu