GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 2018 seçki masası: Qərb və “5-ci kolon” kartları açır – Sensasion faktlar...

2018 seçki masası: Qərb və “5-ci kolon” kartları açır – Sensasion faktlar...

Tarix: 27-10-2017, 16:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 006
2018 seçki masası: Qərb və “5-ci kolon” kartları açır – Sensasion faktlar...


İlham Əliyevi Qərblə düşmən və Azərbaycanı dünyadan izolyasiya etmək istəyən qüvvələr səfərbər olunub

İqtidardakı ruspərəstlər seçkiqabağı ölkəni Avropa Şurasından çıxarmaq, Qərbdən qoparıb Kremlin iti dişləri arasına vermək üçün dəridən-qabıqdan çıxır
Azərbaycanda hakimiyyət yeknəsəq deyil. İqtidarın 24 il ərzində kök atmış qolları, qanadları var. Onlar zaman-zaman iqtidar içində ən güclü mövqeyə sahiblənmək uğrunda mübarizə aparıblar.
Siyasi separatizm və anti-Qərbçilər
“Gündəm Xəbər”in məlumatına görə, bu gün də hakimiyyətdaxili çəkişmələr müxtəlif sferalarda müşahidə olunur və getdikcə dərinləşir. Qruplaşma maraqlarının doğurduğu konfliktlər həmişə vahid komandanı parçalayır və zəiflədir.

Bu da onu deməyə əsas verir ki, hal-hazırda siyasi hakimiyyətdə təmsil olunan elə vəzifə sahibi var ki, həmin şəxsin uzanan əlləri əksər media qurumlarını lazımınca idarə edir. Bir nüans da var ki, həmin şəxs konfliktdə olduğu, xoşu gəlməyən vəzifə sahiblərini təsir dairəsində saxladığı media qurumlarının vasitəsilə tənqid atəşinə tutdurur və onların barəsində xoşagəlməz açıqlamalar da dərc etdirir. Belə olan halda tərəflər arasında yaşanan qarşıdurma “pik nöqtə”yə çatır ki, bu da hakimiyyətin dayaqlarının tədricən sarslması ilə nəticələnir.

2018 seçki masası: Qərb və “5-ci kolon” kartları açır – Sensasion faktlar...


Azərbaycan hakimiyyətində isə siyasi separatçılıq edən və öz ambisiyalarını siyasi sistemin, dövlətin və iqtidarın maraqlarından üstün tutan “5-ci kolon” şəbəkəsi var.
Onlar Rusiyanın Azərbaycanda əbədi təsiri üçün dəridən-qabıqdan çıxıblar, seçkinin taleyini Kremlin divarları arasında həll ediblər, ölkəni Avroatlantik məkana inteqrasiya siyasətində tormozlayıblar.
Ötən prezident seçkilərində də “rus projesi” Rusiya hərbi donanmasının Bakı buxtasına gəldiyi günə qədər gerçəkləşirdi. Putin Xəzərin Bakı sahillərinə gələr-gəlməz iqtidar daxilindəki “5-ci kolon” az qala əldə gül-çiçək onu qarşılamağa hazır idi.
2018-ci il prezident seçkilərinə də 1 ildən bir az artıq vaxt qalır. Hakimiyyət içindəki anti-Qərbçilər, ruspərəstlər müxtəlif siyasi şantajlara, iqtisadi sabotajlara əl atırlar.
Eləcə də siyasi həbsləri gerçəkləşdirirlər, rəsmi Bakı ilə Avropanın münasibətlərini pisləşdirirlər və Moskvaya yaxınlaşdırmaq üçün səfərbər olublar.
İqtidarın 2018-ci ildən sonra götürəcəyi strateji kurs və xarici siyasət xəttində Kreml qırmızı xətt kimi keçə bilər. Çünki “5-ci kolon” Qərbin yox, Moskvanın Azərbaycanda təsirlərinin güclənməsində maraqlıdırlar.
İqtidar içində Qərbi riyakarlıqda ittiham edən, Avropa Şurası kimə və nəyə lazımdır deyən, Qərbmeyilli jurnalist Mehman Əliyev həbs olunan zaman bir cümləlik olsun belə reaksiya verməyən Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsi, hazırda Azərbaycanı ustalıqla dünyadan izolyasiya etmək yolunu tutub ki, bu da olduqca təhlükəli məqamlardan xəbər verir.
Onlar eyni sözləri Rusiya hökuməti və Azərbaycanın Qarabağ problemini əlində açar saxlayan Moskva dairələri haqda deyə bilmirlər.
Hətta Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) ləğv olunanda bunu Moskvadakı erməni dairələrinin üstünə atdılar. Bu miflər isə ictimai rəydə sabun köpüyünə çevrildi.
Çünki Rusiya kimi hegemon dövlətdə ermənilərin Azərbaycan diasporasının qeydiyyatının ləğvinə nail olması ağlabatan deyil.
Rəsmi Bakının mövqeyini ifadə edən PA rəsmiləri və bəzi deputatlar ÜAK mövzusunda ehtiyatlı danışdığı halda, ABŞ Dövlət Departmenti rəhbəri Con Kerri olmazın sözlər deyir, Sorosu dələduz adlandırır, AŞ-nı riyakar adlandırır, ayrı-ayrı Qərb dairələrini, rəsmilərini açıq şəkildə ittiham edir.
Nədənsə, Lavrov, Şoyqu, hətta Mariya Zaxarova barəsində eyni dozada sərt danışmırlar. Bu da öz növbəsində hakimiyyət içindəki “5-ci kolon”un Rusiyanın çətiri altında Qərbi hakimiyyətin üstünə qaldırmaq texnologiyasıdır.
Ancaq iqtidar mənsubları arasında bəziləri “5-ci kolon” deyərkən Qərbi işarə verirlər və Avropaya xidmət edən şəbəkəni nəzərdə tuturlar.
Məsələn, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2014-cü ildə həbs edilən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi” adlı qurumun rəhbəri Anar Məmmədlinin AŞPA tərəfindən “Vatslav Havel” Sülh Mükafatının qalibi elan olunmasına və digər QHT rəhbərlərinin həbsinə belə demişdi:
“Belə addımlar ilk növbədə müəyyən xarici dairələr tərəfindən maliyyələşdirilən, onların sifarişlərini yerinə yetirən və dövlətin müstəqil siyasətinə təsir vasitəsi rolunu oynayan “5-ci kolon”u qorumaq məqsədi güdür.
Eyni zamanda, hüquq müdafiəsi adı altında fəaliyyət göstərən müxtəlif xarici təşkilatların heç də müstəqil olmadıqlarını və konkret tapşırıqlar icra etdiklərini açıq göstərir”.
Yəni, “5-ci kolon”u Avropada axtarırlar və əlaltılarının QHT sektorunda olduğunu hesab edirlər.
Hərçənd, “5-ci kolon” anlayışı həm Avropa, həm Rusiya üçün qüvvədə olsa da, faktiki ölkənin siyasətinə diktə və təsiredən heç də Qərbin deyil, Moskvanın hakimiyyət içinə soxulmuş “5-ci kolon”udur.
Azərbaycana Qərbdən gələn təzyiqlərin çoxalmasını körükləyən qüvvələr də məhz ruspərəstlərdir.
İsa Qəmbər, “Quska”, Fərhad Əhmədov?
“Gündəm Xəbər”in məlumatına görə, seçkiqabağı Kremlin Azərbaycana namizəd hazırladığı haqda iddialar var.
Yəhudi əsilli deputat Yevda Abramov da Moskvanın siyasi mətbəxində növbəti namizəd hazırlandığını qeyd eləmişdi.
Bu sürpriz adın kim olacağı hələ ki, mübhəm olaraq qalır. Görünən budur ki, indidən Qərbmeyilli siyasətçilər vitrinə çıxmağa başlayıblar.
Həm Vaşinqtonda olan keçmiş spiker Rəsul Quliyev, həm Almaniyada olan sabiq deputat Hüseyn Abdullayev, həm də Müsavatın eks başqanı İsa Qəmbər prezidnetliyə namizədliyini irəli sürüblər.
Hər üç tanınmış adlar ölkədə Qərb siyasətinin və liberal iqtisadiyyatın tərəfdarıdırlar. Müsavat Avropa Birliyi ilə yaxınlığı strateji yol olaraq görür.
Yəni, hakim Yeni Azərbaycan Partiyası namizədini elan etməmiş artıq Qərbpərəst namizədlərdən üçü məlumdur. İndi gözlər Rusiyadadır və Kremlin hansı namizədi qabağa verəcəyi gözlənilir.
Bir neçə həftə öncə azərbaycanlı milyarder Fərhad Əhmədovun Azərbaycan vətəndaşlığı üçün müraciəti və seçkilərdə iştirak istəyini elan etməsi böyük maraqla qarşılandı.
Rüstəm İbrahimbəyovdan sonra oliqarx-milyarderin dövriyyəyə buraxıldığı güman edilirdi. Hələlik F.Əhmədov tam de-şifrə olunmayıb və bütün kartlar açılmayıb.
Bir müddət əvvəl Azərbaycan vətəndaşı olmaq üçün müraciət edən milyarderin qəflətən Azərbaycandakı biznesini bağlaması ciddi suallar yaradıb.
Ancaq seçkilərə sayılı aylar yaxınlaşdıqca kartlar bir-bir açılacaq – həm Qərb, həm Rusiya tərəfindən...
Hətta keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin ekstra namizədliyi qovluqda saxlanır. Bütün bunlar seçki poliqonunda supergüclərin toqquşması ehtimalını gücləndirir.
Əlbəttə ki, Rusiya Qərbin namizədləri önündə susqunluq nümayiş etdirməyəcək və “5-ci kolon” Moskvadan gələcək təlimatı can-başla yerinə yetirməyə hazırdır.
Onlar 1994-cü ildən iqtidarı bölüşdürən qüvvələrdir ki, bu gün köhnə ssenariləri işə salırlar.
AŞ kimə və ordan çıxmaq kimə lazımdır?
Deputat Qüdrət Həsənquliyev də açıq şəkildə danışmışdı. O, hökumətə tövsiyə etdi - Qərbdən təzyiqlərin azalmasını istəyirsizsə siyasi məhbusları azad edin.
Çünki hakimiyyətin Qərblə münasibətlərini korlayan, siyasi məhbusların çoxalmasını təşkil edən, Avropadan təzyiqlərin gəlməsinə şərait yaradan da məhz “5-ci kolon”dur.
Rusiyanın iqtidar içindəki siyasi qanadı seçkiqabağı var gücü ilə İlham Əliyevi şantaj etməkdədir.
Bir tərəfdən Fransa İctimai televiziyası, “Guardian” qəzeti, ABŞ-dan “Vaşinqton Post” qəzeti Azərbaycan hakimiyyətini “topa tutmaq”da idi.
Hakimiyyətdəki “5-ci kolon” hələ ki, öz muradına çatmaqdadır. Qərbi Əliyevin üstünə qaldıran ruspərəstlər seçkiqabağı gərginliyə səbəb olublar.
Qərblə münasibətləri yenicə mehribanlaşdıran Əliyev əvvəlcə Kremldən ÜAK-ın ləğvi və s. təzyiqlərlə qarşılaşdı, ardınca iqtidarın köhnə qanadı M.Əliyevi həbs elədi, bununla da ABŞ və Avropa ilə əlaqələr yenə korlandı, nüfuzlu nəşrlər yazılar çap etməyə başladılar.
Moskva və onun Bakıdakı “donanma”sı Əliyevin dünya ilə yaxınlaşmasına imkan vermir. İndi də ölkənin Avropa Şurası üzvlüyündən çıxarılması müzakirə olunur.
AŞ PA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə prosesləri aciz şəkildə izləməkdədir.
Azərbaycanı 2018 seçkiləri ərəfəsində AŞ-dan qopartmaq və bununla Rusiyanın iri dişləri arasına vermək kimlərə sərf edir? - “5-ci kolon”a...
İslahatlara hamilə ölkə
Ümumiyyətlə, hazırda Azərbaycan hakimiyyətinin özü monolit, yekdil deyl. Bunların içərisində Qərbə inteqrasiya və inkişaf tərəfdarı olanlar da yox deyil. Ancaq çox təəssüf ki, bu insanların sayı məhduddur.
Əksinə, Azərbaycan hakimiyyətində mühafizəkar qanad, xüsusilə də Rusiyanın “5-ci kolon”una rəhbərlik edən, onun üzvü olan insanların sayı daha çoxdur.
Hansı ki, onlar bu gün avtoritarlığın nüvəsi olan Rusiya idarəetmə modelini Azərbaycanda ciddi surətdə həm müdafiə, həm də bərqərar edirlər. Bu gün problem məhz bu şəbəkədən gəlir.
Bu cür neqativ hadisələri ortadan qaldırmaq üçün həm iqtisadi, həm də siyasi yöndə ciddi islahatlara başlamaq lazımdır.
Bunun müqabilində Azərbaycan dövləti tədricən demokratikləşər və bu cür gənclərə, demokratik insanlara təzyiqlərin də sayı getdikcə azalar.
Hakimiyyətdə maraqlı şəbəkələr var ki, onlar cəmiyyətdə bu cür qorxu, xof hissinin yaradılmasına, qütbləşmənin çox olmasına çalışırlar.
Çünki bu cür antoqonizm və qütbləşmə olduqca, hakimiyyətdə həmin şəbəkəyə ehtiyac da çoxalır. Onlar bu mühitdə özlərini daha rahat hiss edirlər.
Amma təbii ki, bu da Azərbaycan prezidentinin beynəlxalq rəydə nüfuzuna ciddi surətdə zərbə vurur.
Ona görə, prezident bu məsələdə maraqlı deyil. Əksinə, prezident ölkədə islahatların keçirilməsindən yana olan bir şəxsdir.
Və son zamanlar elan olunan strateji yol xəritələrinin beynəlxalq mütəxəssislərlə birgə hazırlanması da göstərir ki, cəmiyyət bu cür islahatlara çoxdan hamilədir, buna ehtiyac var və bu da təbii ki, bilavasitə prezidentin iradəsi ilə ortadadır.
Ancaq bunu istəməyən qüvvələr də var. Hansı ki, bu şəbəkə cəmiyyətdə qorxu, xof mühitinin qorunmasında maraqlıdır.

Zöhrab Təmrazov
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentlə Avropa və ABŞ-ı düşmən edən “beşinci kolon”dan şok faktlar

    Prezidentlə Avropa və ABŞ-ı düşmən edən “beşinci ...

    11-09-2017, 19:47

  • 
  • Müxalifətlə iqtidarın seçki dərdi

    Müxalifətlə iqtidarın seçki dərdi ...

    8-01-2013, 10:08

  • 
  • MSK sədri: "Seçkiləri müşahidə etmək üçün 500-ə qədər müşahidəçi müraciət edib"

    MSK sədri: "Seçkiləri müşahidə etmək üçün ...

    7-06-2016, 12:16

  • 
  • Rejimin qoca ürəyinin seçki döyüntüləri...

    Rejimin qoca ürəyinin seçki döyüntüləri... ...

    7-05-2013, 01:49

  • 
  • Qızmar yayda soyuq “şimal küləkləri”...

    Qızmar yayda soyuq “şimal küləkləri”... ...

    3-07-2017, 16:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu