GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Müxalifətlə iqtidarın seçki dərdi

Müxalifətlə iqtidarın seçki dərdi

Tarix: 8-01-2013, 10:08 Bölmə :Maraqlı Baxış: 821
Müxalifətlə iqtidarın seçki dərdi

YAP daha bir müddət hakimiyyətdə qalmaq, prezident İ.Əliyevi təkrarən, üçüncü dəfə prezident etmək istəyir, İctimai Palatada bu müəyyənliyi tapmaq çox çətindir

Hər ölkədə siyasətin yerli özəlliklərdən irəli gələn xüsusiyyətləri olur. Bir ölkədəki siyasi proseslər heç bir vaxt başqa ölkədəki ilə identik olmur. Prinsipcə, həmişə fərqli detallar tapmaq mümkündür. Amma ümumi xüsusiyyətlər də çoxdur, çünki bütün siyasi sistemləri bir neçə xarakterik qrupa ayırmaq olar. Elə cəmiyyətləri də birləşdirən cəhətlər az deyil. Onlar biri-birindən əsasən siyasi fəallığın dərəcəsi, siyasi vərdişlərin səviyyəsi, bəzən də dünyəvi dəyərlərə münasibətlərinə görə fərqlənirlər. Bunu əsas götürərək bu və ya başqa ölkədə cərəyan edən siyasi prosesləri təhlil edib müəyyən qənaətə gəlmək mümkündür.
İndi növbəti böyük seçki ilinə qədəm qoyan Azərbaycanın elə bir əlahiddə siyasi özəlliyi yoxdur. Bəli, bu ölkədə özünü ifadə etmək və siyasi aksiyalarda iştirak etmək dərəcəsinə görə öndə gedənlər bilavasitə siyasi mənsubiyyəti olan insanlardır, yəni partiya fəallarıdır. MDB prizmasından baxanda, burada qeyri-adi heç nə yoxdur. Belə ki, əksər ölkələrdə siyasi fəallıq, etirazlar qısamüddətli olur, impulsiv xarakter daşıyır. Sadəcə, bir neçə ölkə var ki, orada siyasi proseslər normal məcraya düşüb. Həqiqətən də insanlar özləri bələdiyyə, parlament və hökumət seçə bilirsə, onlara öz iradəsini diktə edə bilirsə, seçilənlər də öz seçicilərinin iradəsini ifadə edirsə, belə ölkələrdə prinsipcə qeyri-standart siyasi özünüifadə formalarına ehtiyac qalmır.
Azərbaycanda siyasi fəallıq böyük deyil. Amma insanların bir hissəsi seçkiyə maraq göstərir. Ölkədə normal seçkilər keçirilsəydi, bu vaxta qədər siyasi gündəmi zəbt etmiş problemlər – vahid namizəd məsələsi, siyasi ittifaqların davamlığı və digər məsələlər özü-özünə həllini tapar və beyinləri məşğul etməzdi. Amma nə edəsən ki, ölkə seçicilərinə hələ belə bir şans – siyasi proseslərə seçki məntəqələrində xitam vermək imkanı verilmir. Ona görə də, hər şey “akademik” xarakter daşıyır – seçki də, siyasi ittifaqlar da, elə siyasətin özü də. Sanki siyasi proseslərin real, pozitiv təcəssümü yoxdur. Onlarla ya idealist dissidentlər, ya da başqa işi-peşəsi olmayanlar məşğul olur. Bu siyasətin xarakteri haqda çox yazılıb.
Hər şey bəsit ssenari içində davam edir. Ən çox təəccüb doğuran da budur ki, bu ssenaridən kənara çıxmaq cəhdləri də çox az müşahidə olunur. İndi siyasət meydanında əsasən hakim Yeni Azərbaycan Partiyası və bir də müxalifətin son illərdə təmsil etdiyi İctimai Palata üz-üzə dayanıb. Qəribəsi budur ki, əsas meyar kimi siyasi ardıcıllığı və müəyyənliyi götürsək, gərək onda üstünlüyü birinciyə verək, çünki bu cinahda baş verənlər insanlara daha aydındır.
Yeni Azərbaycan Partiyası nə istəyir? Daha bir müddət hakimiyyətdə qalmaq, prezident İ.Əliyevi təkrarən, üçüncü dəfə prezident etmək və s. və i. Amma İctimai Palatada bu müəyyənliyi tapmaq çox çətindir. Təbii ki, bunu qismən iki siyasi cinahın düşdüyü real vəziyyətlə də izah etmək olar. Amma İctimai Palatanın bilavasitə özündən, özünün daxili dinamikasından irəli gələn səbəblər də az deyil. Özünün bütün sələfləri kimi, İctimai Palata seçki ərəfəsində böhranlı günlər yaşamaqda davam edir və istisna deyil ki, o, da əvvəlki qurumlar, ittifaqlar kimi özünün fəaliyyətinə ən həlledici məqamda – seçki ərəfəsində xitam vermiş olsun. Ziddiyyətlər bu tempdə inkişaf etsə, onları seçki ərəfəsində cilovlamaq və idarə etmək çox çətin olacaq. Amma başlanğıc çox güclü idi. Elə Palatanın yadda qalan tərəfi də bu oldu – o seçkiyə qədər müxalifətə öz sıralarını bir daha səfərbər etmək imkanı verdi.
Bəli, əvvəl böyük ruh yüksəkliyi vardı. Palata hətta «Demokratiyaya yumşaq keçid»in yol xəritəsini də hazırlamışdı. Amma müxalifət siyasətçilərinin çox tez-tez unutduğu bir məqam var: seçkiyə hazırlığı ona bir il qalmış yox, sonuncu seçki bitəndən dərhal sonra başlamaq lazımdır. Bəs Azərbaycan müxalifətçiləri nə edir? Onlar əsas məsələni-seçki məsələsini arxa plana keçirir, guya ki, həmin məsələlərin qabardılması onların birliyinə xələl gətirir. Bu minvalla bir müddət bir yerdə fəaliyyət göstərirlər, həlledici anda isə ittifaq pozulur.
Bəs onda nə etməli? Birincisi, hər bir siyasi lider lap əvvəldən özünün siyasi iddiasını müəyyən etməlidir: onun seçkiyə namizəd kimi qatılmaq fikri varmı? İkincisi, belə bir fikir varsa, o, sonuncu seçki bitəndən dərhal sonra özünün seçki blokunu – məhz onun namizədliyini müdafiə edəcək siyasi ittifaqı formalaşdırmağa başlamalıdır.
Amma indi nə baş verir? Əməkdaşlıq üçün ittifaq yaranır və cəmiyyətdə belə fikir formalaşır ki, onlar seçkiyə məhz bu ittifaqla gedəcəklər. Amma alınmır, ittifaq dağılır, nəticə isə siyasi apatiya, müxalifətə qarşı inamsızlıq və s. olur.
Yuxarıdakı dəlillərdən belə nəticə çıxarmaq olar ki, müxalifət daha bir seçki ərəfəsini əldən buraxdı. Hər bir namizəd lap əvvəldən özünün blokunu formalaşdırmağa cəhd etsəydi, bu, daha effektli olardı. Əməkdaşlıq üçün nəzərdə tutulan bloklar da yaratmaq olar və bu, bir qədər əvvəl dediklərimizlə ziddiyyət təşkil etmir. Amma əvvəldən əməkdaşlıq üçün nəzərdə tutulan bloku sonradan seçki blokuna çevirməyə cəhd edəndə, məhz indiki mənzərə alınır…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakim komandanın seçki dilemması

    Hakim komandanın seçki dilemması ...

    26-06-2013, 23:07

  • 
  • Azərbaycan siyasətinin üçüncü prezidentlik problemi

    Azərbaycan siyasətinin üçüncü prezidentlik ...

    9-05-2013, 13:52

  • 
  • Demokratik seçkinin keçirilməsi, gələcəyimizin təminatı demək olacaq

    Demokratik seçkinin keçirilməsi, gələcəyimizin ...

    4-12-2013, 15:27

  • 
  • Hakimiyyətin xilas yolları…

    Hakimiyyətin xilas yolları… ...

    13-03-2013, 10:17

  • 
  • Lənkəran hadisəsinin arxasında hakimiyyət izi

    Lənkəran hadisəsinin arxasında hakimiyyət izi ...

    17-01-2013, 10:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu