“2003-cü ildən sonra F.Məmmədov mövqelərini bir daha gücləndirdi və iqtisadi sferada əsas söz sahiblərindən birinə, yəni məmur-oliqarxa çevrildi”
“Gündəm Xəbərin” ötən sayında “Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi” başlıqlı məqalə dərc etmişdik. Məqalədə əsas motiv 2000-ci ilin 11 fevral tarixindən Vergilər Naziri vəzifəsini daşıyan Fazil Məmmədovun, hələ 1993-1995-ci illər ərzində “Aqrar Sənaye Bankı”nın Şəmkir şöbəsində direktor vəzifəsini daşıyarkən, onun qol qoyduğu çoxsaylı qanunsuzluqlar nəticəsində oğurlanan və mənimsənilən külli miqdarda vəsaitlərin varlığı olmuşdur. Bəli, bu şəxs bu gün də kifayət qədər təsir imkanına malik olan vəzifə sahiblərindən biridir. Belə bir səbəb üzündəndir ki, sahiblik etdiyi biznesinin sorağı bu gün ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da eşidilir. Hal-hazırda əksəriyyət F. Məmmədovun bir neçə yüksək çinli vəsifə sahibini, hətta doğulduğu Şəmkir rayonunun ən gəlir sahələrini də nəzarətində saxladığını da bildirirlər. Ümumiyyətlə, Fazil Məmmədovun 1993-cü ilin oktyabr və 1995-ci ilin may ayı ərzində “ASB”nın Şəmkir şöbəsində direktor olduğu ilyarım müddət ərzində törətdiyi maxinasiyaları (fırıldaqları), qeyri-qanuni bank əməliyyatları bir daha diqqətinizə çatdırırıq. İndi olub keçənlərə diqqət yetirək. l. ”Delfim” kiçik müəssisəsi və “Lavanda” SO şirkətinin əsl sahibinin Fazil Hüseynov olmasma baxmayaraq, həmin müəssisələrin hər ikisi Ədliyyə Nazirliyində eyni gündə qeydiyyatdan keçmiş, eyni gündə də “ASB”nın Şəmkir şöbəsindən kredit götürülmüşdür. Amma, nədənsə kredit müqaviləsində eyni seriyalı (nömrəli) pasportla şirkətlərin Bakı şəhərinin müxtəlif ünvanlarında qeydiyyatda olduğu göstərilmişdir. 2. ”Mahmud” SO şirkəti və “Tamella” kiçik müəssisəsinin sahibi isə, Mehti adlı şəxsdir ki, o da Fazil Hüseynovun oğludur. Hər iki müəssisəyə kredit verilməsində də eyni maxinasiya təkrar olunur. 3. ”Qartal” kiçik müəssisəsinin və “Zümrüd” kiçik müəssisəsinin sahibi isə, Gəncə şəhər sakini Vəliyev Mehman Əli oğlu adlı şəxsdir. Ona da kredit verilməsində anoloji maxinasiya (fırıldaq) təkrar olunur. 4. ”MNN” kiçik müəssisəsinin sahibi Camal Dilbazovov adlı şəxsdir. Etibarlı mənbənin verdiyi məlumatlara görə belə bir şəxsin varlığı (həyatda olması) məlum deyil. Papkası yoxdur (gizlədilib) 5. ”Zöhrab” kiçik müəssisəsinin sahibi Rüstəmov Fikrət Aslan oğludur. Bu müəssisədə fırıldaq əməliyyatı bu cür baş verib. Guya şərab almaq üçün 10 (on) milyon manat kredit ASB-nm Şəmkir şöbəsindən “Şampan zavoduna köçürülmüş və sonradan şərab almmasından imtina edilərək, həmin pul (kredit) “Zöhrab” kiçik müəssisəsinin hesabına qaytarılmışdır. Oradan isə, ssuda borcunu sildirmək əvəzinə 60%-i nəqdiləşdirilərək ASB-nın Şəmkir şöbəsində qalmaqla, 40%-i Fikrətə Rüstəmova verilmişdir. O, bu 40%-i (pulu) hələ də qaytarmayıb, kreditin pulu isə Fazil Məmmədov mənimsəyib. Adları çəkilən bu özəl fırma və kiçik müəssisələrin hər birinin sahibi Fazil Məmmədovun qohumları və yaxınları olmuşlar.
1. Fərhad Məmmədov -qardaşı 2. Şahin Məmmədov -əmisi oğlu 3. Fazil Hüseynov -xalası oğlu 4. Mehti Fazil oğlu -xalası nəvəsi 5. Mehman Vəliyev -bacısınm Gəncədə yaşayan qonşusu 6. Elçin Hacıyev - Şamaxıda orta məktəb yoldaşı olub. (Bir sinifdə oxuyublar) 7. Camal Dilbazov -onun həyatda olması qaranlıq məsələdır. 8. Fikrət Rüstəmov – Bu şəxsin Fazil Məmmədovla heç bir qohumluq, yaxınlıq əlaqəsi olmayıb. Ona görə də, onun aldığı kreditin 60%-i Fazil Məmmədova çatıb.
Ümumiyyətlə, Fazil Məmmədov oktyabr 1993 və may 1995-ci illər ərzində “ASB”-nın Şəmkir şöbəsində direktor olduğu ilyarım müddət ərzində törətdiyi maxinasiya (fırıldaqlar) və qeyri-qanuni bank əməliyyatları nəticəsində 13 milyard 421,6 milyon manat ssuda qalığını Fazil Məmmədov mənimsəyərək, adları çəkilən fırma və özəl müəssisə sahibləri ilə “pay- puş” edir. Belə bir faktlar “ASB”nın 01 iyul 2000-ci il tarixiə olan hesabatdan, adının məxfı saxlanmasnı istəyən şəxsə, hətta hakimiyyətin yuxarı eşalonundan sızan məlumata əsasən açıqlanmışdır.
Fazil Məmmədov “fenomeni”
2000-ci ilin fevral ayından vergilər naziri vəzifəsini daşıyan F.Məmmədovun, ötən illər ərzində bir neçə dəfə işdən çıxarılması, “həbs edilməsi”, hətta “ağır xəstəliyə düçar olması” barədə xəbərlər yayılıb. Mərhum prezident Heydər Əliyevin zamanında əvvəlcə Gömrük Komitəsinin sədr müavini, sonra Baş Dövlət Vergi Müfəttişliyinin rəisi olmuş F.Məmmədov, 2000-ci ilin 11 fevral tarixdə nazir vəzifəsinə təyin edilmişdir. Indi o, 17 ildən çoxdur ki, qeyd olunan vəzifəni daşıyır. Bu şəxs hələ Gömrük Komitəsində təkcə təcrübə deyil, həm də müəyyən kapital toplaya bilmişdi ki, tədricən həmin pullar hesabına özünün iqtisadi imperiyasını qura bildi. 2003-cü il hakimiyyət dəyişikliyindən sonra F.Məmmədov mövqelərini daha da gücləndirdi və iqtisadi sferada əsas söz sahiblərindən birinə, yəni məmur-oliqarxa çevrildi. Məmurlar arasında qeyri-rəsmi quberniya bölgüsündə o da, qərb regionunu pay aldı. Çaxır biznesi ilə fəaliyyətə başlayan Fazil Məmmədovun biznesinə, bu gün bir sıra MDB dövlətlərində və Avropada müxtəlif profılli zavod-fabriklər, restoran-hotellər də daxildir.
Fazil Məmmədovun “Səmkir imperiyası”...
Vergilər nazirinin tam nəzarətində olan Şəmkir rayonunda onun gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə bağlı ictimaiyət arasmda bəzi sensasion məlumatlar yayılmış və mətbuatda maraqlı materiallar da işıqlandırılmışdır. Hələ 2006-cı ildə Şəmkirin mərkəzi küçələri kanalizasiya xətti çəkilməsi adı altında qazılaraq, həmin küçələrə yararsız azbest boruları basdırılmışdır. Bu lahiyəyə milyonlarla vəsait xərclənsə də, kanalizasiya xətləri işlək vəziyyətə gətirilməmişdir. 2013-cü ildə rayonun yenidən qurulması zamanı həmin kanalizasiya xətləri dağıdıldı və yenidən çəkilməyə başlandı. Həmin ərəfədə Şəmkir böyük tikinti meydançasını xatırladırdı və bəlkə də gələcək nəsillər bunun faydasını görəcəklər. Amma F.Məmmədovun 2013-cü ildə gördüyü işlər, rayonun bir çox sakinlərinə işgəncə yaşadıb, onlarla iş adamının, yüzlərlə sadə vətəndaşın haqqı tapdanıb. Torpağı əlindən alınıb, obyektləri ,evləri sökülüb. Deyilənlərə görə Fazil Məmmədov Şəmkirin yenidən qurulması işlərinə 700 milyon manata yaxm vəsait qoyur. Bu qədər böyük pulların və işlərin qarşılığında torpağı əlindən alman, evi, obyekti sökülən vətəndaşlara qəpik-quruş ödənilib. Bəzi sakinlər isə, onlara verilməli olan pulları hələ də ala bilməyiblər. Bu şəxsin “Şəmkir imperiyası” layihəsinə böyük vəsait (pullar) cəlb olunduğundan, dairəyə kənar bir kimsə buraxılmır. Belə bir işlərlə nazirin ən yaxın adamları məşğul olurlar. Açıq-aydın şəkildə vurğulayaq ki, bu işlərə nazirin bacısının həyat yoldaşı olan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov uzaq məsafədən (Bakıdan) nəzarət edib. O isə, rayondakı işləri Şəmkir rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəliyinin rəhbəri Həsənov Çingiz Həsən oğluna tapşırır. Şəhər meri ona göstərilən etimaddan sui-istifadə edərək böyük “paralar”(pul) qazanmaqla bərabər, həm də bir çox qohum-əqrabasnı müəyyən vəzifələrə yerləşdirir, yaxud da hansısa formada rəhbərlik etdiyi lahiyəyə cəlb edib. Məsələn, Ç.Həsənov qardaşı Elxan Həsənovu “Ata Holdinq”in Şəmkirdəki Quşçuluq Təsərrüfatının rəhbərliyinə gətirir, bir bacısı oğlunu “Ata Bank”m Şəmkir fılialının müdiri təyin etdirir, digər bacısının oğluna isə RİHB-nın müavini vəzifəsini alır. Ç.Həsənovun vergilər nazirinin Şəmkir layihəsiylə bağlı gördüyü işlərdə ən sensasion hadisə o olur ki, Fazil Məmmədovun bu rayonda inşa etdirdiyi Heydər Əliyev Mərkəzinin yerləşdiyi 10,5 hektar ərazi başqa bir şəxsin adına özəlləşdirilir. Ölkənin heç bir yerində belə biabırçılıq baş verməyib. Faktiki olaraq Şəmkirdə Bayraq meydanma çatmamış,YAP-m rayon təşkilatına məxsus binanın arxasında yerləşən Heydər Əliyev Mərkəzi, Çingiz Həsənovun adına sənədləşdirilən özəl ərazidə yerləşir. Sabah həmin adam deyə bilər ki, mən öz ərazimdən başqa məqsədlər üçün istifadə edirəm”. Şəmkir şəhərində hektarlarla torpaq sahələri alınıb ki, indi həmin torpaqların bir sotu təqribən 20-30 min manata satılır. Vergilər nazirinin Şəmkirdə gördüyü böyük işlərdən biri də, almanlardan qalma, Şəmkir hələ “Anifeld” adlanan dövrdə, yəni 1872-ci ildə tikilən tarixi Konyak Zavodunu ələ keçirməsidir. Şəmkirdə tarixi məkan sayılan bu zavodun tamamilə dağıdılaraq ələ keçirilməsi, bu gün rayon sakinlərinin haqlı narazılığına səbəb olub. Verilən məlumatlara görə, 2 ha 31 sot ərazisi olan Konyak Zavodunu rayonun keçmiş polis rəisi Şamil Qurbanovun (Eldar Həsənovun qudası) oğlu Rövşən Qurbanovun adınadı. Həmin ərazinin bir sotu 5500 manatdan F.Məmmədova məxsus və Ç.Həsənovun nəzarət etdiyi fırmalardan birinin adına özəlləşdirilib. Müxtəlif vaxtlarda əvvəlcə 130, sonra isə 200 min manat olmaqla iki dəfə Rövşən Qurbanova üstüstə 330 min manta pul verilib. Hazırda Konyak Zavoduna məxsus ərazinin ayrı-ayrı şəxslərə satılması prosesi yekunlaşmaq üzrədir. Bütün bunlardan başqa, F.Məmmədov Şəmkir bələdiyyəsinin, şəhər icra nümayəndəliyinin, Kadastr idarəsinin, Mədəniyyət və Turizm şöbəsinin yerləşdiyi əraziləri, hətta rayon icrayyə komitəsindən qalma binanı da ələ keçirərək, orada “Azərbaycan” Universiteninin fılialını yaratmaq istəyir. Iki il əvvəl tələbə üsyanına səhnə olan həmin universitetin gizli sahibinin Fazil Məmmədov olduğu iddia olunurdu. Indi həmin bina F. Məmmədovun sayəsində dağıdılıb xarabazarlığa dönüb. Hələ bir-neçə il bundan əvvəl Şəmkir şəhərinin mərkəzində yerləşən “Şəmkir” qəzetinin redaksiyasına məxsus binanın dağıdılması, redaksiyanın ərazisində və ətrafında almanların vaxtilə əkdikləri 25-30 şam və başqa növ ağacların kəsilərək yerində inşa olunan “Anifeld” kafe-çayxana da, məhz bu şəxsin məkrli planı əsasında baş tutub. F. Məmmədovun, həmçinin onun adamlarının Şəmkirdə xeyli sayda istirahət mərkəzləri, restoranları və digər əyləncə obyektləri var. Məlumatlara görə F. Məmmədova məxsus bir neçəsini də, Ç.Həsənovun yönəltdiyi beş şirkətin Şəmkirdə 700 milyonu nələrə xərcləndiyi əks olunub. Mənbəyi bilinməyən bu pulun 40 milyonu rayondakı “Excelisor” otelinə xərcləndiyi, İsrafıl Məmmədov küçəsində “Oksford” məktəbi, Dəllər Cəyir kəndində (Nazirin doğulduğu kənd) illik təhsil haqqı 5000 manat olan xüsusi “Oksford” məktəbi, illik ödəniş qiyməti 3500 manat olan “Oksford” bağçası tikdirildiyi bildirilib. Amma, bu rayonun yenidənqurma və inkişaf layihəsinin həyata keçirilməsində iştirak edən bəzi sadə insanlar, yəni fəhlələr, texniki işçilər (iki ildən çox vaxt keçsə də) öz halal əmək haqqlarının ya müəyyən hissəsin alıblar, ya da ki, heç almayıblar. Hətta, həmin şəxslərdən bir neçəsi Şəmkir rayon rəhbərliyinə, məhkəməyə müraciət etsələr də, onlar öz məqsədlərinə nail ola bilməyiblər. Həmin şəxslərin müraciət etdikləri qurumlar, məmurlar ötür-ötür oynuna salaraq onları bezdiriblər. Haqqı ödənilməyən, hüquqları tapdanan belə şəxslərin hay-haraynıı (şikayətini) nə F.Məmmədov, nə də ki, onun layihəsini həyata keçirən şəxslər eşitməmişlər. Şəmkir rayonu üzrə 2013-cü il yanvar ayından iyun ayına kimi aparılan abadlıq- quruculuq işlərində işləyib əmək haqlarını ala bilməyən fəhlə və ustaların ümumi siyahısı
1) Zeynalov Vüqar Əliquzu oğlu- 5200 m2x2=10400 2) Xəlilov İlham Həsən oğlu- 2000 m2x2=4000 3) Aslanov Rauf Məhəmməd oğlu -3750m2x2=7500 4) Heydərov Qulu Yusif oğlu - 3700m2x2=7400 5) Şərifov Samir Sabir oğlu - 3750m2x2=7500 6) Cəfərov Rəşad Saday oğlu - 1700m2x2=3400 7) Məmmədov Etibar İlham oğlu -1600m2x2=3200 8) Mehdiyev Əziz Əmir oğlu - 800m2x2=1600 9) Quliyev Cəfər Cumalı oğlu - 4450m2x2=8900 10) Hacalıyev Pənah Əli oğlu - 3700m2x2=7400 1 l) Ramazanov Vüqar Süleyman oğlu - 1147m2x2=2294 12) Hüseynov Qubat Aslan oğlu - əməkhaqqı - 400 Toplam 67,194 manat alınası pul var.
Bəlkə, F.Məmmədovun təkcə 5 il ərzində 30-40 milyon dollar vəsait toplamış, həmçinin Vergilər Nazirliyinin yüksək çinli vəzifə sahibi olmuş Vidadi Məmmədovun Eldar Mahmudovla əlaqəsinin varlığından da xəbəri olmayıb? Yoxsa, hörmətli Nazir bir qələm əhlini (şair Saday Şəkərlini) həbs etdirməklə, bu ölkədə haqq-ədaləti bərpa olunmasını nümayiş etdirmək istəyib?!
Bəhlul Orucoğlu Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?