GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Veterenlar Təşkilatında görünməmiş korrupsiya

Veterenlar Təşkilatında görünməmiş korrupsiya

Tarix: 8-11-2017, 14:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 515
Veterenlar Təşkilatında görünməmiş korrupsiya


Cəlil Xəlilov təşkilata məxsus torpağı sataraq 1,2 milyon manatı mənimsəyib

Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələr və xalqlar arasında dostluq daimi komissiyasının sədri, ehtiyatda olan ədliyyə polkovnik-leytenantı Abbasov Zahiddin Hümbət oğlu bu təşkilatda korrupsiya hallarının baş alıb getməsindən narazıdır. O, bununla bağlı "Gündəm Xəbər"ə şikayət ərizəsi ünvanlayıb.
Zahiddin Abbasov ərizəsində bildirir ki, bu il sentyabr ayının əvvəllərində Respublika Veteranlar Təşkilatının daxili komissiyası tərəfindən Təşkilatın sədri vəzifəsini icra edən Cəlil Xəlilovun sənədləri saxtalaşdırmaq yolu ilə külli-miqdarda maliyyə vəsaitini mənimsədiyi aşkar edilib. Onun bildirdiyinə görə, komissiyanın araşdırması zamanı müəyyən edilib ki, Cəlil Xəlilov 2016-cı ilin sentyabrında Moskva şəhərinə ezamiyyə ilə əlaqədar sənədləri saxtalaşdıraraq 2320 (iki min üç yüz iyirmi) manat, 2017-ci ilin aprelində Kiyev şəhərinə saxta dəvətnamə tərtib etməklə 1000 (min) manat, 2017-ci ilin mayın 9-da öz əli ilə saxta hesab-faktura yazaraq, Müdafiə Nazirliyinin Böyük Vətən Müharibəsi iştirakçıları üçün bütün xərcləri öz üzərinə götürməklə, təşkil etdiyi ziyafətə guya xərcləmək adı altında 2600 (iki min altı yüz) manat vəsaiti mənimsəyib.

Ancaq bu hələ hamısı deyil. Cəlil Xəlilov istifadəsində olan 10-PK-888 dövlət qeydiyyat nişanı olan avtomobillə guya yol hərəkəti qaydalarını pozduğuna dair də saxta sənədlər təşkil edib. O, guya cəriməni ödəmək adı ilə dövlət büdcəsindən təşkilata ayrılan daha 1000 (min) manat məbləğində pul vəsaitini mənimsəyib.
Zahiddin Abbasov daha sonra bildirir ki,
Cəlil Xəlilov Veteranlar Təşkilatına mənsub əmlakı satmaqla daha böyük özbaşınalığa və vəzifə cinayətinə yol verib: "O, 2014-cü ildə ləğv edilmiş Bakı Şəhər Veteranlar Təşkilatının şəhərin mərkəzində - Üzeyir Hacıbəyli küçəsi, 16 nömrəli ünvanda 3,5 sot torpaq sahəsində yerləşən, qiyməti 1.200.000 (bir milyon iki yüz min) manat olan inzibati binasını da özəlləşdirərək satıb: "Halbuki Veteranlar Təşkilatının 2014-cü ildə təsdiq edilmiş Nizamnaməsinin IV fəslinin 4.9 bəndində (səh.6) yazıldığı kimi, “Respublika Veteranlar Təşkilatı Plenumunun qərarı olmadan qeyd edilən əmlakların özgəninkiləşdirilməsi (satılması, bağışlanması, icarəyə verilməsi və s.) qadağandır”.
Onu da qeyd etmək lazımdır ki, bu alqı-satqı əməliyyatından əldə edilən pul vəsaitindən Təşkilatın bankdakı hesabına cəmi 70.000 (yetmiş min) manat köçürülüb, yerdə qalan yüz minlərlə manat pul mənimsənilib".

Zahiddin Abbasov qeyd edir ki, Azərbaycan Dövlətinin Korrupsiyaya Qarşı Mübarizə Proqramını qəbul etdiyi bir dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərən, ölkənin ən böyük ictimai təşkilatında korrupsiya hallarının baş verməsi böyük bir biabırçılıqdır: "Axı, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi işi bu təşkilatın ən başlıca vəzifəsidir! Bu biabırçılıqdan sonra təşkilatın əməkdaşları, yaxud vəzifə cinayəti törətmiş sədr müavini Cəlil Xəlilov gənclərə hansı mənəviyyatdan, hansı dəyərlərdən danışacaq? Buna onların, xüsusilə Cəlil Xəlilovun mənəvi haqqı çatacaqmı? Vəzifəsindən sui-istifadə edərək Veteranlar Təşkilatının 1 milyondan artıq pulunu mənimsəyən, pay-püşk edən bir şəxs nə vaxta qədər rəhbər vəzifədə qalacaq? Bu natəmiz adama havadarlıq edənlərin vicdanı buna necə yol verir? Respublika Veteranlar Təşkilatında baş vermiş və veteranların müzakirə mövzusuna çevrilmiş bu biabırçılıqlara, korrupsiya hallarına nəhayət, son qoyulmağın vaxtı çatmayıbmı?"
"Gündəm Xəbər" olaraq, ümid edirik ki, aidiyyəti qurumlar yazıda qeyd olunan faktlarla bağlı araşdırma aparacaq və müvafiq tədbirlər görüləcəkdir.

Samir
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda böyük biznes fırıldağı: 542 min manat mənimsənilib

    Bakıda böyük biznes fırıldağı: 542 min manat ...

    29-12-2013, 13:37

  • 
  • Dərbənd Veteranlar Şurasından müraciət: Separatçı Sadvalı durdurun!

    Dərbənd Veteranlar Şurasından müraciət: Separatçı ...

    27-06-2013, 14:26

  • 
  • YAP-dan çıxarılan sədrə nazirlikdə vəzifə verildi

    YAP-dan çıxarılan sədrə nazirlikdə vəzifə verildi ...

    12-07-2013, 16:07

  • 
  • İcra başçısının müavinini maşın vurub?

    İcra başçısının müavinini maşın vurub? ...

    25-11-2013, 22:20

  • 
  • Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar

    Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da ...

    19-02-2017, 21:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu