Dərbənd şəhər Veteranlar Şurası Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipova müraciət ünvanlayıb. Müraciət müəllifləri separatçı «Sadval» və onun əsas ruporu olan «Nastoyaşee vremya» qəzetindən, onun baş redaktoru Milrad Fətullayevin hərəkətlərindən narahatlıqlarını ifadə ediblər.
Müraciətdə iki qardaş xalq arasında nifaq salmaq istəyən qüvvələr pislənilir, onların havadarlarının hərəkətlərinə son qoyulması tələb edilir. Müraciət müəllifləri Samur çayının sahilində yaşayan hər iki xalq arasında əslində heç bir problem yaşanmadığı qeyd edirlər. Ağsaqqallar bir vaxtlar Dağıstan respublikasına rəhbərlik etmiş Əziz Əliyevin xidmətlərini xüsusi qeyd edərək bildirirlər ki, məhz onun sayəsində dağlı xalqlar çeçen və inquşlardan fərqli olaraq Stalin repressiyalarından xilas ola bilmişlər.
Müraciət müəllifləri Laçin Laçınov, Rizvan Rizvanov Milrad Fətullayev və onlar kimi digər separatçılarını əməllərini yekdilliklə pisləyir, Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipovdan xalqlar arasında nifaq yayanlara qarşı sərt ölçü götürülməsini tələb edirlər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?