GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədovun biznes şəbəkəsindən ilginc faktlar

Fazil Məmmədovun biznes şəbəkəsindən ilginc faktlar

Tarix: 8-11-2017, 18:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 071
Fazil Məmmədovun biznes şəbəkəsindən ilginc faktlar


Nazirin qohumlarının adına rəsmiləşdirdiyi obyektlərin siyahısı

Azərbaycanda hakimiyyətin önəmli fiqurları olan iri ranqlı məmurlar həm də geniş biznes strukturlarına və nəzarət imkanlarına malikdirlər. Bu, heç kimə sirr deyil. Vəzifə kürsüsündə mövqelərini möhkəmləndirdikcə onlar ayrı-ayrı sahələrə nəzarəti tamamilə əllərinə keçirərək nəhəng biznes imperiyası formalaşdırırlar. Ölkədə ən dəbdə olan ifadələrdən birinin də “məmur oliqarxlar” olması heç də təsadüfdən yaranmayıb. Bu gün üzdə olan bütün böyük biznes qurumların demək olar ki, mütləq əksəriyyətinin ayrı-ayrı məmurların nəzarətində olması şübhə doğurmur.
Ölkənin bu sahədə öndə gedən fiqurları içərisində Vergilər naziri Fazil Məmmədovun xüsusi çəkisi vardır. Dövlətin ən mühüm sahələrindən birinə rəhbərlik etməsinin ona qazandırdığı geniş imkanlar son nəticədə böyük bir biznes imperiyasının formalaşmasına səbəb olub. Xüsusilə özəl sektora təsir imkanlarının böyük olması nazirə bütün sahələrdə fəaliyyət göstərmək üçün şərait yaradıb.
Sirr deyil ki, ölkənin əksər bölgələri iri məmurlar arasında bölüşdürülüb və zaman-zaman nüfuz dairəsinin genişlənməsi üçün oliqarxlar arasında mübarizə şiddətlənir.
Fazil Məmmədov da hakimiyyət daxili əlaqələrindən istifadə edərək ölkənin qərb regionlarında və bir neçə digər bölgələrdə özünə yaxın kadrları yerləşdirməklə nəzarəti ələ keçirməyə müvəffəq olub.
Hazırda F.Məmmədov bir neçə rayonun icra hakimiyyətinin başçısı postuna öz adamlarını yerləşdirə bilib. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov (sabiq vergi işçisi, nazirin yeznəsi) onlardan biridir.
Fazil Məmmədovun biznesi ilə bağlı “Gündəm Xəbər”ə yeni məlumatlar daxil olub. Bu məlumatlar Vergilər naziri Fazil Məmmədovun yaxınlarının və qohumlarının adına rəsmiləşdirdiyi bəzi müəssisələr haqqındadır. Həmin məlumatları təqdim edirik:

Sözügedən müəssisələrdən biri " Şəmkir-Quşçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir Bölgə Şöbəsində 13 oktyabr 2005-ci il tarixdə 8/1-70 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır.
Müəssisənin hüquqi ünvanı Şəmkir rayonunun Yeni-həyat kəndində yerləşir. Müəssisənin nizamnamə kapitalı 2.800.000 AZN-dir. Müəssisənin təsisçisi Azərbaycan Respublikası Vergi Naziri Fazil Əsəd oğlu Məmmədovun doğma qardaşı Məmmədov Vaqif Əsəd oğlu olub. 08 yanvar 2004-cü il tarixdə Məmmədov Vaqif Əsəd oğlu "Şəmkir-Quşçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətindəki əmlak payını "Atasənaye" Məhdud Məsuliyyətli Cəmiyyətinə satıb.

Fazil Məmmədovun biznesinə daxil olan "Atasənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 16 aprel 2003-cü il tarixdə 0103-P 11-37604 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Ş.Bədəlbəyli küçəsi, 102-də yerləşir. "Atasənaye" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 23 iyul 2003-cü il tarixdə 1103-T3-3403 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "AtaHoldinq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən 28 mart 2003-cü il tarixdə 0103-P9-37499 saylı Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Atainşaat" Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Fazil Məmmədovun nəzarətində olan. "Zəyəmkəndmaş" Açıq Səhmdar Cəmiyyəti 18 yanvar 2006-cı il tarixdə 0806-Ş2-547 saylı Şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir Bölgə şöbəsində dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanı, Şəmkir rayonu Zəyəm qəsəbəsi S.Vurğun küçəsi 24-dür. Nizamnamə kapitalı -305.246 AZN-dir. Əsas səhmdarlar - "AtaSənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti - 30,0826% və Neftçala şəhəri, məhəllə 7 ünvanında yaşayan Rəfiyev Mahir Əhmədağa oğludur - 58,9688%.

Nazirə məxsus olduğu bildiriln daha bir obyekt - "Şəmkir Ət-süd" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir Bölgə şöbəsi tərəfindən 11 avqust 2005-ci il tarixdə 0805-Ş-1-530 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb.
Müəssisənin hüquqi ünvanı - Şəmkir şəhər S.Vurğun küçəsi, 318-dir. Müəssisənin təsisçisi- "AtaSənaye" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Vergilər nazirinin doğma qardaşı oğlu Gəncə şəhəri N.Nərmanov küçəsi döngə 9 ünvanında yaşayan Məmmədov Tamerlan Vaqif oğludur.

Bundan başqa "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb. Onun təsisçisi Şəmkir rayonu Dəllər-Cəyir kənd sakini Fazil Məmmədovun doğma əmisi oğlu Məmmədov Kamal Məmməd oğludir. Reyest nömrəsi: 0807-Ş4-589. 05.07.2007-ci il. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir Bölgə şöbəsində qeydiyyata alınıb.

Bəhlul Orucoğlu
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun Ukryanadakı biznesi

    Fazil Məmmədovun Ukryanadakı biznesi ...

    20-11-2015, 18:12

  • 
  • Fazil Məmmədovun Ukryanadakı biznesi

    Fazil Məmmədovun Ukryanadakı biznesi ...

    6-10-2016, 23:59

  • 
  • Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik alıb?

    Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik ...

    25-07-2013, 12:33

  • 
  • FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

    FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə ...

    15-07-2015, 15:33

  • 
  • Vergilər Naziri Fazil Məmmədovun xaricdə olan biznes imperiyası

    Vergilər Naziri Fazil Məmmədovun xaricdə olan ...

    2-10-2015, 18:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (265)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu