GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı

Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı

Tarix: 12-11-2017, 17:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 483
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı



“Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini vəzifələrində çalışmış Arif Əsgərovun baldızının oğlu – adı çəkilən QSC-də marketinq şöbəsinin rəisi vəzifəsində işləmiş Rahib Hüseynov hakim qarşısına çıxarılıb. Dələduzluqda ittiham olunan R.Hüseynovun əməllərində bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib.

gundemxeber.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

Cinayət işinin başlanmasına səbəb R.Hüseynovun “Azərbaycan Dəmir Yolları” QSC-yə Türkiyədən yataq dəstləri gətirmək adı ilə tanışı Qoşqar Zeynalovun 6 milyon 364 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi olub. Həmçinin iş qurmaq adı ilə 2013-cü ildə tanışı Emil Hüseynova və Namiq Mehdiyevə də eyni üsulla pul “atması” sonda R.Hüseynovun həbsi ilə nəticələnib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan R.Hüseynov cəmi 3 ay həbsdə qalıb. Belə ki, 2 noyabr 2016-cı ildə Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham olunan R.Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilsə də, üç ay sonra elə həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

R.Hüseynov nə istintaq zamanı, nə də məhkəmə prosesində özünü təqsirli bilməsə də, zərərçəkmişlər pulu biznes qurmaq adı ilə ona verdiklərini açıqlayıblar.

O, ifadəsində Qoşqar Zeynalovla dost olduqlarını, bir sinifdə oxuduqlarını göstərib. 2011-ci ildə Q.Zeynalov R.Hüseynova işlə bağlı müraciət etdikdə “müəssisəyə müxtəlif məişət əşyaları lazım olur, həmin əşyaları müəssisəyə satmaq və gəlir əldə etmək mümkündür” cavabı verib. Amma bu işlə məşğul olmaq üçün müəssisənin rəhbəri Arif Əsgərovun oğlu Elnar Əsgərova müraciət etmək lazım olduğunu bildirib. Qoşqar Elnarla görüşüb, razılığa gəliblər. Sonradan xalasıoğlu Elnar ona zəng vurub deyib ki, Qoşqardan pul götürmək lazımdır. Bu minvalla da işə başlayıblar. Qoşqardan 7 milyon 625 min dollar götürüb və Elnara verib: “2010-cu ildən bütün dəmir yolu təsərrüfatının təchizat işləri Elnarın rəhbərlik etdiyi “Liman Qrup” şirkəti tərəfindən aparılırdı. Həmin şirkət dəmir yolları idarəsini bütün ləvazimatlarla təmin edirdi və müxtəlif məhsulları idarəyə satırdı. O dövrdə mən də orada müxtəlif vəzifələrdə işləyirdim. Elnar mənə dedi ki, bir neçə qohum və tanışlardan şirkətin dövriyyəsini artırmaq üçün vəsait yatızdırmaq lazımdır. Mən və qardaşım Emindən (dələduzluqda ittiham olunan Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirirlir - virtualaz.org) bu işdə ona köməklik göstərməyimizi xahiş etdi. Elnarla dayıoğlu Pərvin dedilər ki, Qoşqarda pul var, bu təklif ona olunsa, şirkətə pul yatırmaq olar. Qoşqarın mənə verdiyi pulların hamısını Elnara çatdırmışam. Pul verməzdən əvvəl zəng vurub Elnarla əlaqə saxlayır, sonra pulları mənə verirdi”.

Məlumat üçün bildirək ki, R.Hüseynova məxsus bütün əmlaklar həyat yoldaşının adına rəsmişləşdirilib. Bunlara - Nəsimi bazarının yaxınlığında “Star” MTK-nın inşa etdiyi iki və üç otaqlı mənzillər, həmin binada 280 kv.m. qeyri-yaşayış sahəsi, “Real” MTK-nın inşa etdiyi binada 3 otaqlı mənzil, “Port Baku” binasında 3 otaqlı mənzil, “Oba” MTK-nın binasında 4 otaqlı mənzil, Rəsulzadə qəsəbəsində 6 sot, Novxanıda 26 sot torpaq sahəsi, 3 mərtəbəli bağ evi və s. daxildir.

Elnar Əsgərovun bacanağı, 7 milyon yarım dolların taleyini 2011-ci ildə taleyin ümidinə buraxan Qoşqar Zeynalov dəfələrlə pullarını geri istədiyini, amma xeyri olmadığını deyib. R.Hüseynov əvvəlcə maliyyə çətinlikləri olduğunu söyləyib, sonrasa zənglərinə cavab verməyib: “Türkiyəyə qaçdığını eşitdim. 2013-cü ildə tutdular, 9 ay istintaq təcridxanasında qaldı. O vaxt Elnarla danışdım, dedim sənin sözünlə Rahibə pul vermişəm. O da mənə 2 milyon 500 min dollar qaytardı. “Banditizm”ə dindirməyə çağırılan ərəfədə Rahibin atası bir qohum kimi xahiş etdi ki, şikayətimi geri götürüm, oğlu çıxan kimi pulumu qaytaracaqlar. Mən də inandım. Rahib çıxandan sonra dəfələrlə pullarımı istədim, amma cəmisi 1 milyon 200 min dollar qaytardılar”.

Zərərçəkən N.Mehdiyev ifadəsində bildirib ki, R.Hüseynov azadlığa çıxandan sonra plastik kartların satışı ilə məşğul olmaq üçün maddi köməklik göstərməsini xahiş edib. Əldə olunan qazancı yarı böləcəklərinə inandığı üçün onun təklifi ilə razılaşıb. Sonra R.Hüseynov onun 30 min 500 manat pulunu mənimsəyib: “Ona ümumi olaraq 47 min 500 manat və 6200 dollar vermişəm. Dedi, biznes quracaq, qazancın yarısını da mənə verəcək. Rahibi ciddi adam kimi tanıyıdrım, inandım. Amma sözünə əməl etmədi. Şikayət edəndən sonra pulun bir hissəsini qaytardı. Uşağım xəstələndi, qapısına gəlib pulumu istədim, vermədi. Bu adama görə övladım şikəst oldu”.
Üç günlüyə qaytarılacağı vəd edilərək 250 min dolları əlindən alınan Emil Məmmədov ifadəsində göstərib ki, Emin Hüseynovun ona zəng vuraraq qardaşı Rahibə təcili pul lazım olduğunu, birgə iş gördüyü adamların onu sıxdıqlarını deyib: “Söz verdiyi vaxtda geri qaytarmadı. On beş gündən sonra pulun yarısını qaytarsa da, sonradan yoxa çıxdı.Girov olaraq Novxanıdakı 10 sot torpağın “kupça”sını vermişdi. Bir müddət sonra Rahibin xalasıoğlu Elnar zəng vurub dedi ki, sənədləri qaytar. Mən də dedim, pulumu qaytarın, sənədləri verim”.

E.Məmmədov Hüseynovlar tərəfindən bir yox, bir neçə dəfə aldadıldığını deyib. Bu günə kimi də onun 35 min manat pulunu qaytarmayıblar:”Bu ilin fevralında Rahibin anası gəldi ki, oğlunu ev dustaqlığına çıxarmaq istəyir, bunun üçün yazılı şəkildə ərizə lazımdır. Həmin vaxt 5 min manat verdilər, yaxın günlərdə pulun yerdə qalan hissəsini də qaytaracaqlarını dedilər, inandım. Sonra başa düşdüm ki, məni yenə də aldadıblar”.

Məhkəmə prosesi noyabrın 21-də davam edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Əsgərovun baldızının oğlunun işi - iki nəfərə dəymiş zərər ödənilib

    Arif Əsgərovun baldızının oğlunun işi - iki ...

    20-10-2017, 14:40

  • 
  • “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq maxinasiya

    “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq ...

    18-11-2013, 18:22

  • 
  • Arif Əsgərovun oğlunun həbs olundu

    Arif Əsgərovun oğlunun həbs olundu ...

    7-11-2013, 10:26

  • 
  • Arif Əsgərov 3 milyonluq qalmaqalda

    Arif Əsgərov 3 milyonluq qalmaqalda ...

    6-03-2017, 01:23

  • 
  • Dövlət Dəmir Yolları ilə bağlı maxinasiyada bankirlərin də iştirakı olub

    Dövlət Dəmir Yolları ilə bağlı maxinasiyada ...

    23-09-2013, 12:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (91)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu