GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Arif Əsgərovun oğlunun həbs olundu

Arif Əsgərovun oğlunun həbs olundu

Tarix: 7-11-2013, 10:26 Bölmə :Ölkə Baxış: 1 385
  Arif Əsgərovun oğlunun həbs olundu
“Azərbaycan Dövlət Dəmir Yolları” QSC sədrinin övladının bir neçə günlüyə saxlandığı deyilir; atası onu xeyli “əziyyətdən” sonra azad etdirə bilib; baş dəmiryolçunun yaxın günlərdə vəzifədən çıxarılacağı haqda məlumatlar gəzir
“Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun kompromat dosyesi artıq hazırdır və hakimiyyətin üst qatına təqdim edilib. Kompromat dosyesində A.Əsgərovun mənimsədiyi dövlət vəsaitinin məbləği, QSC-nin əmlakının talan edilməsi ilə bağlı faktlar, dövlət əmlakının talan edilməsi hesabına özünə qurduğu biznes imperiyası, sərəncamında olan daşınmaz əmlakın siyahısı və başqa məlumatlar yer alıb. Bu barədə “Yeni Müsavat”a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə deyir ki, A.Əsgərovun rəqibləri onu bitirmək ssenarisini yekunlaşdırmaq üzrədirlər: “Onun baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq yeyinti ittihamı ilə həbs edilməsi və məsələnin ictimailəşdirilməsi ssenarinin başlanğıcı idi. İndi artıq R.Hüseynovun istintaq ifadələrindən faydalanmaqla A.Əsgərov haqda kompromat dosyesini daha da zənginləşdirərək yuxarı instansiyalara təqdim ediblər. Dosyedə A.Əsgərovun oğlu Elnar haqda məlumatlar da yer alıb. Dəmir yolu sistemindəki yeyintilərdə 28 yaşlı Elnarın adı əsas fiqurlardan biri kimi hallanır”.

Yada salaq ki, bir qədər öncə “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin rəhbər şəxslərinin və onların yaxınlarının adının hallandığı 48 milyon manatlıq mənimsəmə barədə məlumatlar ictimailəşib və təsdiqlənib. Maliyyə maxinasiyası ilə bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ADDY QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs ediblər. QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu olan R.Hüseynovun Gürcüstanla sərhəddə, ölkəni tərk etmək istəyərkən yaxalandığı bildirilir.

Məlumatlara görə, Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun dəmir yollarının təchizat sistemində işləyən, hadisədən sonra Moskvaya qaçdığı iddia olunan qardaşı Emin Hüseynov da qatılıb. Lakin hüquq-mühafizə orqanları hələlik E.Hüseynova qarşı hansısa addım atmayıblar. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialardır. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alan “Liman Group” adlı iri şirkətin rəhbəridir.

Adıçəkilən saytın məlumatında bildirilir ki, R.Hüseynovu Gürcüstanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə Elnar Əsgərovun özü çağırıb və polis əməkdaşlarına təhvil verib. Bununla da A.Əsgərov baldızı oğlunu qurban verərək oğlunu xilas etməyə çalışıb.

İşdə zərərçəkənlərdən biri də mərhum deputat, Azərbaycan Konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas Zakir Zeynalovun ailəsidir. Z.Zeynalovun xanımı Çimnaz Zeynalova bir müddət öncə prezident İlham Əliyevə müraciətində bu iri maliyyə fırıldağının arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığını iddia edib.

Bəzi məlumatlara görə isə maliyyə maxinasiyasından 43 nəfər sahibkar zərər çəkib. Onların mənimsənilən vəsaitlərinin ümumi məbləği isə 48 milyon manat deyil, ən azı 70 milyon manatdır.

Redaksiyamıza məlumat verən mənbə bildirir ki, A.Əsgərovun kompromat dosyesi təkcə bu faktlarla məhdudlaşmır. Dəmir yoluna ayrılan dövlət investisiyalarından tutmuş xarici kreditlərə qədər olan vəsaitlərin mənimsənilməsi, vaqon və teplovozların alınmasında qiymətlərin fantastik həddə qədər şişirdilməsi, yükdaşımalarının qeydiyyatdan gizlədilməsi, dəmir yolu relslərinin cari və əsaslı təmirinin kağız üzərində aparılması və s. daxildir.

Mənbənin iddiasına görə, A.Əsgərovun işdən çıxarılması ilə bağlı daxili qərar artıq qəbul edilib, qalıb təkcə onu ictimaiyyətə elan etmək: “Bunun yubanması isə A.Əsgərovu əvəzləyəcək şəxsin hələ bəlli olmaması ilə bağlıdır. Real namizəd bəlli olandan sonra məsələ ictimailəşəcək”.

Mənbə onu da deyir ki, siyasi hakimiyyət nəqliyyat sektorundakı korrupsiya səviyyəsinin kəskin artmasından narahatdır və burada müəyyən qayda-qanun yaratmaq niyyətindədir. Bu yaxınlarda Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun işdən çıxarılması da nəqliyyat sektorunda vəziyyəti normallaşdırmaq layihəsinin tərkib hissəsi idi. İndi növbə Arif Əsgərovundur. Siyahıda başqa isimlərin də olduğu deyilir.
Dünən günün sonunda redaksiyamıza məlumat daxil oldu ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov həbs edilib. Mənbə bildirir ki, onu bir müddət öncə saxlayıblarmış. Səbəb də oğul Əsgərovun adının iqtisadi cinayətkarlıqda hallanması olub. Xəbər qaynağımızın iddiasına görə, bir neçə gün həbsdə qalan Elnarı atası xeyli “əziyyətdən” və... minnətdən sonra azadlığa çıxara bilib. Amma deyilənə görə, E.Əsgərovun barəsində cinayət dosyesi qapadılmayıb. Onun vaxtaşırı istintaqa çağırıldığı və müstəntiqlərə ifadə verdiyi deyilir.
Bu haqda əlavə məlumatlar əldə edib ictimaiyyətə ətraflı bilgi verməyə çalışacağıq.
Arif Əsgərov mətbuata qapalı məmurlardan olduğu üçün onun özündən bu iddialara münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Amma əgər istəyərsə onun mövqeyini çap etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq maxinasiya

    “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq ...

    18-11-2013, 18:22

  • 
  • Arif Əsgərovun qardaşı adam güllələdi

    Arif Əsgərovun qardaşı adam güllələdi ...

    2-08-2013, 22:49

  • 
  • Arif Əsgərovun adı keçən 48 milyonluq işdə müdhiş  yenilik

    Arif Əsgərovun adı keçən 48 milyonluq işdə müdhiş ...

    23-11-2013, 11:35

  • 
  • Arif Əsgərovun qardaşından daha bir ilginc addım

    Arif Əsgərovun qardaşından daha bir ilginc addım ...

    20-08-2013, 12:40

  • 
  • Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən oliqarx məmur

    Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən ...

    7-11-2014, 10:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu