GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəyin icra başçısı İlham Əliyevin kursuna qarşı - müdhiş faktlar

Gədəbəyin icra başçısı İlham Əliyevin kursuna qarşı - müdhiş faktlar

Tarix: 14-11-2017, 14:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 837
Gədəbəyin icra başçısı İlham Əliyevin kursuna qarşı - müdhiş faktlar


Ucqar dağ rayonuna rəhbərlik edən RamizYediyarovdan şikayətlərin ardı-arası kəsilmir; gözlər dekabrın 15-nə...

Gədəbəy rayonundan prezident İlham Əliyevə və mətbuata şikayətlərin ardı-arası kəsilmir. “Gündəm-Xəbər” bildirir ki, dekabrın 15-dək ölkə başçısına təqdim olunacaq siyahıda Gədəbəy “şah”ının adı da var.

Sahibkara qəsd

Çünki rayonun padşahı kimi özünü aparan icra başçısı heç bir vətəndaşı saymır, şikayətlərə baxmır. Bu barədə ayondan sahibkar Bağırov Fəxrəddin Fərəməz oğlu nümunədir. İş adamı dediyinə görə, Ramiz Yediyarov icra başçısı təyin olunan ay ona məxsus obyektin girişini kərpic divarla hördürüb, üzərinə plakat yapışdırıb. O, prezidentə müraciətində bildirib: “Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə oğurladıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çıxarıb, yerinə gül əkdirdi. Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı özün hördürmüsən”. F.Bağırov deyir ki, foto şəkillərdən də göründüyü kimi, divarın onun obyektinə düşən günəş şüasının qarşısını kəsməkdən və Heydər Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur.

Saxta veteranlıq alveri

Gədəbəyin icra başçısının adı saxta veteranlıq sənədi biznesində hallanır. Mətbuatda Gədəbəy rayon İcra Hakimiyyətindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə göndərilən siyahı əsasında vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsindən kütləvi surətdə müharibə veteranı statusu verilməsi haqda xəbərlər var.
Yayılan xəbərlərə görə 300-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmələri haqda heç bir əsası olmayan, hüquq yaradan arayışlar verilib. Bu şəxslərin çoxunun həmin illərdə Gədəbəy, heç ölkə ərazisində olmadıqları haqda məlumatlar var. Belə məmurların fəaliyyəti ciddi şəkildə yoxlanmalıdır. Ona görə də müharibə veteranı statusu ilə bağlı ciddi araşdırmaya ehtiyac var. Gədəbəy də Quba kimi əhalinin aktiv, haqqını tələb etdiyn regionlarından biridir. Bu mənada R.Yediyarovun fəaliyyətinə diqqət etməsinə ciddi zərurət var.

Yorğan-döşək əməliyyatı

Son xəbərlərdən biri beləydi ki, Gədəbəydə Mərkəzi Xəstəxanadan yorğan-döşəyi rayonun ərazisindəki parka daşıyırlar.

Xəstəxanada hazırda 100 çarpayıdan 95-dən çarpayıların üzərindəki yataq dəstləri parka daşınıb. Xəstəxanadakı çarpayılardan daşınan yorğan-döşək çadırlara yığılır və bu, icra başçısı Ramiz Yediyarovun göstərişi ilə həyata keçirilir. Başçı baş həkimə qeyri-rəsmi olaraq xəstələr üçün nəzərdə tutulan yorğan-döşəyin parkda tikinti işləri ilə məşğul olan fəhlələrə verilməsini tapşırıbmış.Sakinlər mətbuata demişdilər ki, xəstəxanadan yorğan-döşəyin daşınaraq fəhlələrə verilməsi R.Yediyarovun rayona başçı təyin olunduğu illər ərzində gördüyü ən təqdirəlayiq addımdır. Fikirlərini belə izah edirlər ki, Gədəbəy xəstəxanasında il ərzində çox az xəstə stasionara götürülür. Ən yaxşı halda 5-6 çarpayıda xəstə olur. Digər çarpayılar isə ilboyu istifadəsiz qalır. Amma dövlət büdcəsindən Gədəbəy rayonuna vəsait 5-6 xəstəyə görə deyil, 100 xəstə nəzərə alınmaqla ayrılır. Həmin məbləğin kimlərin cibinə axmasını bilmək üçün xüsusi istintaq aparmağa ehtiyac yoxdur. Yorğan-döşəyin rahat şəkildə çadırlara daşınması tapşırığının canla-başla icrası ümumi mənzərəni ortaya qoyur.

Hafiz Hacıyev də işə qarışdı: “Avara adamdır”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də Yediyarovun əməllərinə sərt reaksiya verib. MMP sədri qeyd edib ki, icra başçısı Ramiz Yediyarov Gədəbəyi hərraca çıxarıb. Onun sözlərinə görə, partiyanın yerli təşkilat sədrindən də icra başçısının əməlləri haqda müxtəlif məlumatlar alırlar: “Bu adam avaranın biridir, dövlətə işləmir, onun imicinə ziyan vurur, rayona Rusiyada işləyib çörək pulu göndərən adamların başına oyun açır, torpaqları qarış-qarış ona-buna satır, bir sözlə ziyanvericiliklə məşğul olur. Belə harınlaşmış məmurların fəaliyyəti ciddi şəkildə yoxlanmalıdır. Bizə rayon təşkilatından da Gədəbəyin icra başçısı haqda xəbərlər gəlir. Elə bu günlərdə aldığımız məlumata görə, Ramiz Yediyarovun iştirak etdiyi bir məclisdə dava düşüb. Deyilənə görə, həmin məclisdə hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər və rayon prokuroru davanı güclə ayırıb. Yəni, icra başçısı belə bir adamdır. Ona görə də müharibə veteranı statusu ilə bağlı ciddi araşdırmaya ehtiyac var. Hətta biz və rayon təşkilatımız icra başçısının ümumi fəaliyyətini yoxlamaq üçün müvafiq orqanlara yardımçı olmağa da hazırıq”. H.Hacıyev bildirib ki, R.Yediyarov kimi məmurlar ölkəni dağıtmaq istəyirlər və prezidentin fəaliyyətinə kölgə salırlar:

“Bu günlərdə Bakı-Tiflis-Qars kimi nəhəng layihə işə düşdü, İranda mühüm tədbirlər oldu, Azərbaycanın geostrateji və enerji siyasətində olduqca əhəmiyyətli hadisələr baş verir, ölkə dünya miqyasında layihələr həyata keçirir. Bu məqamda isə Gədəbəyin icra başçısı kimi adamlar özbaşınalıq edirlər, xaos yaradacaq addımlar atırlar, insanların hüquqlarını pozurlar, prezidentə qarşı insanları qaldırırlar. O baxımdan hesab edirəm ki, müharibə iştirakçısı olmayan adamlara rüşvət müqabilində veteranlıq statusu verməklə bağlı yoxlama aparılmalıdır. Bu yoxlama nəticəsində böyük cinayət çetesinin ortaya çıxacağı istisna deyil. Ümumiyyətlə, prezident ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Biz də, mətbuat da prezidentin yanındayıq, qudurmuş məmurların qanunsuz işlərini ifşa etməkdə əlimizdən gələni edirik, faktları açıqlayırıq, qoy qurumlar araşdırsınlar”. Partiya sədrinin sözlərinə görə, müharibə veteranı adı almaq şərəfli bir işdir: “Anczq hansısa şərəfsizlər bu adı saxta sənədlərlə başqalarına verirlər. Buna ciddi yanaşmaq lazımdır. Mən sizə deyim ki, Gədəbəy düşmənlə sərhəd rayondur və bu bölgəyə xüsusi həssaslıq lazımdır”.

Büdcə təşkilatlarını soyma

Gədəbəy rayonunda əhalinin icra başçısından narazılığı günü gündən artmaqdadır. Xüsusən büdcə təşkilatlarında çalışanların narazılığ ən yüksək həddə çatıb.

Bu barədə mətbuata müraciət edən bir qrup orta məktəb müəllimi ölkə prezidentinin, birinci vitse-prezidentin və təhsil nazirinin rayonda yaranmış acınacaqlı vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər.

Müraciət müəllifləri bildirir ki, rayonda Heydər Əliyev mərkəzinin tikintisini bəhanə edərək icra başçısı Ramiz Yediyarov müəllimlərin əmək haqqından adam başına 100 manatdan pul yığdırıb.

Ümummilli liderin adından öz maddi mənafeyi üçün istifadə edən bu şəxsin bu rəzalətin törədilməsi üçün seçdiyi məkan da cənab H.Əliyevlə bağlıdır.

Pulların yığılması üçün qərargah YAP rayon təşkilatının binası, qara kassa isə təşkilatın sədri Rüstəm Nağıyev olduğu iddia edilir.

Müəllimlər yazırlar: “Sizə müraciət edərək bildiririk ki, cənab H.Əliyevin ruhuna böyük ehtiramımız var. Amma maddi imkanımız çox aşağıdır.

100 manat bir çoxumuzun əmək haqqının 50- 60 faizidir. Xahiş edirik bu biabırçılığın qarşısını alasınız”.

Ümumiyyətlə, Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov yerli əhali üçün başağrısına çevrilib.

Onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb.

Xüsusən 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı daha da dözülməz həddə çatıb.

Rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar. İcra başçısı vəzifəyə keçən gündən bir dənə də olsun müsbət iş görməyib”.

Gədəbəydə trio

Rayonlar içərisində Gədəbəyin adı xüsusi bir formada hallanır ki, bu hallanma da rayonda yaşanan ab-havanın varlığı ilə bağlıdır.

Əgər ümumi müzakirələr zamanı digər rayonların adları həyata keçirilən abadlıq-quruculuq işlərində, müəyyən yeniliklərdə hallanırsa, Gədəbəyin adı isə, inhisarçılıqda, zoraklıqda, total idarəçiliyin tətbiqində və.s-də hallanır.

Bəlkə də belə bir formada hallanmaya səbəb, bu rayonun ucqar bir ərazidə, gözdən uzaq, könüldən qıraq bir yerdə yerləşməsidir.

Belə bir səbəblər üzündəndir ki, adicə baş alıb gedən problemlərlə, süründürməçiliklərlə bağlı kimlərinsə yuxarı instansiyalara ünvanlamaq istədikləri şikayət məktubları, teleqramlar poçt məntəqələrində belə qəbul edilmir.

Gədəbəydə haqq-ədalət qeybə çəkilib “Maliyyə şef”inin var-dövləti, Sumqayıtı da “ağuşuna alıb” Ramiz Yediyarov rayonun rəhbəridirsə, rayonun maliyyə idarəsinin hələlik əbədi və əzəli “boss”u hesab olunan Namiq Məmmədov isə, əsas söz sahibi olan vəzifə sahibidir.

3 ildən artıqdır ki, mətbuat bu məmurun qanunsuz əməllərindən yüzlərlə məlumat dərc edib. Ramiz Yediyarov isə daha böyük qəddarlıqla bu əməllərə davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • İcra başçısından sahibkara qarşı plakat sabotajı

    İcra başçısından sahibkara qarşı plakat sabotajı ...

    26-01-2016, 17:28

  • 
  • Gədəbəy İcra Hakimiyyəti haqda ANS-də verilən anonsun ardı niyə gəlmədi? VİDEO fakt

    Gədəbəy İcra Hakimiyyəti haqda ANS-də verilən ...

    18-12-2014, 23:12

  • 
  • Lütfəli Babayevdən Prezidentə şikayət olundu

    Lütfəli Babayevdən Prezidentə şikayət olundu ...

    19-07-2013, 11:13

  • 
  • Məhkəmə İcra Hakimiyyətini 66 min cərimə etdi - İcra başçısı haqda ittihamlar

    Məhkəmə İcra Hakimiyyətini 66 min cərimə etdi - ...

    3-03-2015, 16:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (114)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu