GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bəraət alan bank işçisi Prezidentə müraciət etdi

Bəraət alan bank işçisi Prezidentə müraciət etdi

Tarix: 16-08-2015, 00:40 Bölmə :Ölkə Baxış: 0
Bəraət alan bank işçisi Prezidentə müraciət etdi

Sahib Ağayev “Unibank” KB ASC-nin rəhbərinin “sifariş”i ilə qanunsuz şəkildə həbs olunacağından narahatdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən və apellyasiya instansiyasında bəraət alan Sahib Ağayevin işinə yenidən baxılacaq. Bir müddət əvvəl Ali Məhkəmənin qərarı ilə Sahib Ağayevin barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv edilib. Prosesə yenidən baxılması üçün cinayət işinin materialları Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətə bu dəfə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrlik etdiyi kollegiyada baxılacaq. Məhkəmənin ilkin baxış iclası avqustun 14-ə təyin edilib.

Sahib Ağayev haqsızlıq və qanunsuzluqla üzləşməsi barədə prezident İlham Əliyev cənablarına müraciət edib. Onun Prezidentə ünvanladığı müraciətin bir surəti də redaksiyamıza göndərilib. O, müraciətində qeyd edib ki, 2012-ci ilin əvvəllərində “Unibank” KB ASC-də işlədiyi zaman borc öhdəliyi yarandığına görə, şəxsən bankın müdriyyətinə, yəni bankın idarə heyətinin sədri Faiq Hüseynova müraciət edib: “Borc öhdəliyimi aylıq gəlirimə uyğun şəkildə ödəməyim üçün mənə şərait yaradılmasını xahiş etsəm də, sədr Faiq Hüseynov öz şəxsi otağında mənə təhqiramiz sözlər deyərək, bildirib ki, mənim pulumu üç gün müddətində qaytarmasan, səni həbsə saldırıb, cəzaçəkmə müəssisəsində isə öldürtdürəcəyəm. Halbuki mən bankın pulunu heç bir zaman mənimsəmək və ya ələ keçirmək niyyətində olmamışam. Bunu sübut edəcək kifayət qədər sübutlarım var. Bütün bu təhdidlərə baxmayaraq, maşınımı, evimi sataraq banka olan borcumu ödəməyə davam etmişəm. Sonradan işə düzələrək ödənişləri icra edirdim. Lakin bank müdriyyəti işlədiyim yer barədə məlumat öyrənərək, işdən çıxarılmağım üçün işlədiyim şirkətin müdriyyətinə müraciət edib, işdən azad olunmağımı xahiş edib. Əməllərim sırf mülki hüquq münasibətləri zəminində qiymətləndirilməli idi. Lakin bank müdriyyəti Faiq Hüseynov və Samir Balayev Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük müstəntiqi Rəşad Məmmədovu hər hansı yolla həvəsləndirərək, mənim işimin dələduzluq cinayətinə uyğunlaşdırılması barədə müraciət etmişdir. Müstəntiq Rəşad Məmmədov isə dövlətimiz və qanunlarımız qarşısında vəzifəsini vicdanla yerinə yetirməyərək, əməllərimdəki dələduzluq faktını rədd edən bütün sübutları gizlədərək, ağır maddələrlə mənə ittiham verərək, işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdi”.

“Hakim sübutlarıma əhəmiyyət vermədi”

Keçmiş bank işçisi qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hüquqlarım məhdudlaşdırılıb: “Hakim mənə qarşı qərəzli mövqe tutaraq, şahidlərin ifadələrindəki mənimlə sonuncular arasındakı borc münasibətlərinin olmasını nəzərə almadan, dələduzluq faktını rədd edən sübutlara əhəmiyyət vermədən, barəmdə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etdi. Bakı Apelyasiya Məhkəməsində, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında mən qanunları əsas gətirərək, Cinayət və Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğum cinayət işi üzrə təqsirsizliyimi sübut etməyimə baxmayaraq, hakim Həsən Əhmədov sübutlarıma, çıxışlarıma əhəmiyyət vermədən, qanunsuz şəkildə verilmiş 8 il cəza müddətini qüvvəsində saxladı”.

Ziddiyyətli məhkəmə qərarları

Sahib Ağayevin sözlərinə görə, bütün aidiyyatı instansiyalara verdiyimiz şikayət ərizələrindən sonra Ali Məhkəmədə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə işə ədalətli baxılıb: “Məhkəmə iclasında hakim İlham Cəfərov sübutlarıma və şahidlərin ifadələrinə diqqət yetirərək, işin mülki iş olduğu barədə tövsiyələrini verərək, Bakı Apelyasiya Məhkəməsinin hökmünü ləğv edib və bəraətverici əsaslarla işi yenidən Bakı Apelyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin etdi. Yeni Bakı Apelyasiya məhkəməsi baxışı zamanı hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında eynilə sübutlarıma əhəmiyyət verildi, danışıq hüquqlarım məhdudlaşdırılmadan və qarşı tərəfin mənim dələduzluq əməlimi rədd edəcək sənədləri təqdim etməməsi müşahidə edilərək, mənim sırf qanunlara istinadən çıxış etdiyim və təqsirsizliyimi sübut etdiyim nəzərə alınaraq, barəmdə ədalətli və qanuni Bəraət hökmü çıxarıldı. Mən azadlığa çıxarkən borc aldığım şəxslərlə münasibətini bərpa etdirdiyim zaman, müstəntiq Rəşad Məmmədov və bank müdriyyəti öz saxta əməllərinin ifşa olunmasından narahat olaraq, dostlarıma zəng etdilər, onları əleyhimə qaldırmağa cəhd etdilər. 29 nəfər şəxsdən ancaq 3 nəfəri müxtəlif təzyiqlərlə əleyhimə qaldıra bildilər. Halbuki, bu şəxslərlə də aramızda məsələ sırf mülki-hüquq müstəvisində həll edilməlidir. Müstəntiq Rəşad Məmmədov şəxsən özü 12 saylı hüquq məsləhətxanasından bu şəxslər üçün hüquqşünas tutaraq, barəmdə Ali Məhkəməyə şikayət ərizəsi verilməsinə nail oldu. Eyni zamanda, məhkəmə prosesində suallarım və sübutlarım qarşısında aciz qalan dövlət ittihamçısı Rizvan Şəmmədov da Ali Məhkəməyə bəraət hökmündən kassasiya protesti verdi. Ali Məhkəmənin hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında çıxışıma məhdudiyyət qoyuldu. Hakim əsassız ittihamları əsas gətirərək, barəmdə çıxarılmış qanuni bəraət hökmünü ləğv edib, daha ağır və əsassız ittiham tövsiyəsilə işi yeni apelyasiya məhkəməsi baxışına təyin etdi. Çox maraqlı məqam ondan ibarətdir ki,

Ali Məhkəmənin bir qərarı ilə barəmdə bəraətverici əsaslarla qərar çıxarılır, digər bir qərarı ilə barəmdə ağır maddələrlə ittiham irəli sürülür”.

“Həbs olunmağım sırf “sifariş” xarakterlidir”

Şikayətçi qeyd edib ki, barəsindən bank rəhbərliyi tərəfindən şikayət verilməmişdən çox əvvəl könüllü surətdə evini, maşınını sataraq banka ödəyib və kirayə mənzilə köçüb: “İşdən azad edilmişdim, bank və istintaq orqanı tərəfindən təzyiq altında idim, bu təzyiqlərin təsiri altında iş tapa bilmirdim. Yəni ki, tam müflis vəziyyətə düşmüşdüm. Ödəmə iqtidarında olmadığıma görə mən dələduz adlandırılmalı idim? Yəni ki, bu şəxslərin dediyi bir ifadə var idi ki, “hardan tapırsan tap, tam həcmdə pulu gətir!”. Mən oğurluq etməli idim, yoxsa quldurluq etməli idim? Qanunlarımıza uyğun formada mənim üzərimə mülki qaydada müəyyən öhdəlik qoyulmalı idi və əgər mən o öhdəliyi yerinə yetirməsəydim, barəmdə cinayət işi açıla bilərdi. Barəsində cinayət işi açılmış şəxs bu qanunsuz təsirlər altında harda və necə işləyə bilər? “Məhkəmələrə tövsiyə edilsin ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırsınlar”. Mənim həbs olunmağım sırf “sifariş” xarakterlidir. Bank rəhbərliyi və onlarla müttəfiq olan müstəntiq Rəşad Məmmədov öz saxta əməllərinin ifşa olunmasından bərk narahatçılıq keçirərək, öz statuslarından istifadə edərək məhkəmələri və hakimləri ələ almağa çalışır və mənim qanunsuz şəkildə həbsinə nail olmaq istəyirlər. Cənab Prezident, Sizin bütün çıxışlarınızı dinləyirəm və Sizin hər çıxışınızdan sonra bütün Azərbaycan vətəndaşları kimi, mənim də Sizin necə ədalətli, səxavətli və xalqımızı sevən böyük şəxsiyyət olduğunuzu görərək, Sizə qarşı məhəbbətim günü gündən daha da artır və Sizin Azərbaycan xalqının tək prezidenti deyil, eyni zamanda hamımızın ümid yeri, Atası olduğunuza heç bir şübhə yeri qalmır. Cənab Prezident, Siz 21 iyul 2015-ci il tarixdə Mətbuat Şurası İdarə heyəti üzvləri ilə görüşünüzdə qeyd etmisiniz: “Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar – korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir, əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək, pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də, həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin”. Sizin bu dəyərli sözlərinizə istinad edərək, çox böyük inam və ruh yüksəkliyi ilə, son ümidim kimi sizə müraciət etməyə qərar verdim. Biz hal hazırda Xırdalan şəhərində 10 kv metrlik kirayə bir mənzildə çox çətin vəziyyətdə, borc içində yaşayırıq. Ailəmizdə hal hazırda işləyən tək atamdır.

O, 10 manat gündəlik əmək haqqı ilə Xırdalan şəhərində kiçik bir kafedə ofisiant kimi çalışır. Başıma gətirilən bu oyunlardan bərk sarsılaraq, ruhdan düşərək, stress və depressiya vəziyyətində, məhkəmələrin ucbatından heç bir yerdə iş tapa bilməyərək, halsız halda hər gün əzab çəkirəm və hətta intihar etmək barədə də düşünürəm. Siz çıxışlarınızda həmçinin dəfələrlə qeyd etmisiniz ki: “Sizə qarşı hər hansı məmur tərəfindən haqsızlıq, qanunsuzluq edilirsə, mənə müraciət edin, yazın, email göndərin...”. Bu yaxında Baş Prokurorun müavini Namiq Əsgərovun qəbulunda olduq. Qəbulda Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Mürvət Həsənov da iştirak edirdi. Qəbulda olarkən anam Ağayeva Bəsti müstəntiq Rəşad Məmmədovun qanunsuz əməlləri, mənə qarşı olunan haqsızlıqlar barədə bildirsə də, Namiq və Mürvət müəllimdən yalnız bir cavabı ala bildi ki, “bankın pulunu ödəyin, bank razı qalsın”. Mən heç cürə başa düşə bilmirəm ki, dövlətimizin qanunlarını bank rəhbərliyi idarə edir, yoxsa ölkə rəhbərliyimiz tərəfindən təsdiq edilmiş qanunlar? Ədalətli qərar almaq üçün bank rəhbərliyinin müsbət rəyi olmalıdır, yoxsa qanunlara istinad edilməlidir? Dəfələrlə Baş Prokuror cənab Zakir Qaralovla görüşməyə cəhd etmişəm. Lakin aşağı instansiyalardakı məmurlar buna imkan vermədilər. Mənim törətdiyim əməl sırf mülki hüquq münasibətləri zəminində həll olunmalı idi. Bu barədə kifayət qədər mötəbər sübutlarım vardır. Lakin bunlara məhəl qoyan yoxdur”.

“Saxtakar məmurların məqsədi məni həbs etdirməkdir”

Sahib Ağayev daha sonra Prezidentə ünvanladığı müraciətində qeyd edib ki, müstəntiq Rəşad Məmmədov, hakim Rauf Əliyev, Həsən Əhmədov, Fərhad Kərimov kimi “sifariş”lə çalışan və qanunlardan öz mənafeləri üçün istifadə edən məmurlarla mübarizə aparmağa artıq gücü qalmayıb: “Bu saxtakar məmurların məqsədi məni həbs etdirmək, 10 kv metrlik evdə kirayə yaşayan ürəyi xəstə valideynlərimi daha çətin vəziyyətə salmaqdır. Bu qanunsuz ittihamların nəticəsində birinci ailəm onsuz da dağılmışdır. Bu məmurlar məni cinayət törətməyə sövq edirlər. Bu günlərdə Ali Məhkəmədən barəmdə çıxarılan qanunsuz qərarın nüsxəsini aldım. İttihamlar tamamilə saxta, əsassız, qanunsuz və gülünc doğurandır. Hakim Fərhad Kərimovun verdiyi tövsiyələrdən hiss olunur ki, yeni Apellyasiya məhkəməsi baxışı zamanı mənim həbsim labüddür və mənim sübutlarıma məhəl qoyulmayacaqdır. Mən əminəm ki, artıq Apellyasiya Məhkəməsinə də məhkəmənin yekun qərarında mənim həbsim barədə göstəriş verilmişdir. Mən dəfələrlə Prezident Administrasiyasına da məktub göndərmişəm. Prezident Administrasiyasından da aidiyyatı yerlərə məktublar göndərilib, lakin heç bir nəticə olmayıb. Anam artıq 1 ildən artıqdır ki, ürəyi xəstə halda, günün istisində, qışın soyuq aylarında qapılarını döymədiyi aidiyyatı idarələr, orqanlar

qalmayıb. Məhkəmələrdə dəfələrlə bildirmişəm ki, mənə qarşı qanunsuzluq olunsa, möhtərəm prezidentimizə ictimai formada müraciət edəcəyəm. Lakin mənim bu sözlərimə nə hakimlər, nə də dövlət ittihamçıları əhəmiyyət vermədilər. Mənə maraqlıdır ki, bu şəxslər, Sizin dəfələrlə özbaşına məmurları cəzalandırdığınızın şahidi ola-ola, kimə və nəyə arxayındırlar? Sizdən çox xahiş edirəm, Apellyasiya Məhkəməsində mənə qarşı qurulmuş oyunun, sifariş xarakterli ittihamın qarşısının alınmasında mənə kömək edin. Sizdən başqa heç bir ümid yerim yoxdur. 3 ildən artıqdır ki, bu saxtakar məmurlar nə mənə, nə ailəmə yaşamağa imkan vermir, oyuncaq topu kimi məni məhkəmələrdə o yan, bu yana atırlar. Niyyətimin təmiz olduğunu bilərəkdən, öz məğlubiyyətlərini ört-basdır etmək məqsədilə, məni məhv etmək istəyirlər. Bu, əslində qrup şəklində dövlət məmurları tərəfindən sadə bir Azərbaycan vətəndaşına qarşı bir təxribatdır. Sizin köməyiniz olmasa bu şəxslər məni məhv edəcəklər. Mən Sizə tam güvənirəm və əminəm ki, siz haqqı nahaqda qoymayacaqsınız və haqq-ədalət bərqərar olacaqdır. Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən yeni məhkəmə baxışı iclasında hüquqlarımın bərpa olunmasına, çıxışlarıma məhdudiyyət qoyulmamasında, sübutlarımın gizlədilməməsində, hakim Qədim Babayevin, oluna biləcək təzyiq altında, barəmdə qanunsuz qərar çıxarmamasında mənə köməklik göstərməyinizi Sizdə çox xahiş edirəm”.

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əli İnsanovun işinə yenidən baxılacaq

    Əli İnsanovun işinə yenidən baxılacaq ...

    7-01-2014, 13:43

  • 
  • Nazir müavinin oğluna qarşı dələduzluq edən bank işçisi bəraət istəyir

    Nazir müavinin oğluna qarşı dələduzluq edən bank ...

    19-02-2018, 19:44

  • 
  • “3 ilə yaxındır ki, məhkəmələrdə sürünürəm”

    “3 ilə yaxındır ki, məhkəmələrdə sürünürəm” ...

    9-09-2015, 22:46

  • 
  • Mehman Hüseynovun işinə yenidən Ali Məhkəmə baxacaq

    Mehman Hüseynovun işinə yenidən Ali Məhkəmə ...

    6-03-2018, 14:07

  • 
  • İlqar Məmmədovun apellyasiya şikayəti yenidən baxışa təyin edildi

    İlqar Məmmədovun apellyasiya şikayəti yenidən ...

    26-07-2018, 14:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu