GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bayram Səfərovun icra nümayəndəsi, ona on il dərs keçən müəlliminə “əl qaldırıb”-ŞOK OLAY

Bayram Səfərovun icra nümayəndəsi, ona on il dərs keçən müəlliminə “əl qaldırıb”-ŞOK OLAY

Tarix: 22-11-2017, 19:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 858
Bayram Səfərovun icra nümayəndəsi, ona on il dərs keçən müəlliminə “əl qaldırıb”-ŞOK OLAY


Həsən Quliyev: “Əhəd Həsənov hər kəsin yanında icra başçısına Bayram deməklə, açıq-aydın şəkildə ona qarşı hörmətsizlik edir”
Bu günlərdə “Gündəm Xəbər” qəzetinin redaksiyasına əslən Şuşa rayonundan olan, hal-hazırda isə Qəbələ rayonunun “Qaçqın şəhərciyi” adı ilə tanınan qəsəbəsində yaşayan Quliyev Həsən Hüseyn oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Ərizənin məzmununa diqqət yetirdikdə bəlli olur ki, bu şəxs müharibə veteranı olmaqla bərabər, həm də 76 yaş həddinə çatmış, 55 ildən çox müddət ərzində dövlətimizə vicdanla xidmət etmiş, ölkəmizdə seçkilər keçirilən zamanı yaşadığı “Qaçqın şəhərciyi” qəsəbəsində təşkil olunan Şuşa-Ağdam-Xocalı-Xocavənd secki məntəqəsinin sədri vəzifəsini daşımaqla, bu gün də şərəfli vətəndaş borcunu yerinə yetirməkdədir. Şikayətçi Həsən Quliyev ünvanladığı ərizəsində hansısa məişət zəmnində üz-üzə qaldığı probleminin varlığından deyil, yalnız Konstitusiya ilə qorunan hüquqlarının pozulmasından bəhs edir və o, bu işlərdə birbaşa “Qaçqın şəhərciyi” üzrə icra nümayəndəsi vəzifəsinin daşıyan Həsənov Əhəd Əmir oğlu adlı şəxsi “topa tutur”. Həsən Quliyev eyni zamanda icra nümayəndəsinin qanundan kənar davranışlarının ictimalişdirilməsini, həmçinin onun qol qoyduğu əməllərlə, danışdığı fikirlərlə bağlı Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ bölgəsinin azərbaycanlı icması” ictimai birliyi idarə heyətinin sədri cənab Bayram Səfərovu məlumatlandırmağa çalışdığını da vurğulayır.
O, onu da bildirir ki, “mən 55 il müxtəlif vəzifələrdə çalışmışam, bu dövlətimizə xidmət etmək həmişə başlıca amalım olub. Şuşa rayonu erməni mənfurları tərəfindən ələ keçirilməzdən öncə, müxtəlif illərdə vilayət, rayon və yerli sovetlərə deputat da secilmişəm. Nümunəvi iş fəaliyyətimə görə, elə hallar olub ki, Şuşa rayon Partiya Komitəsinin pleniumuna üzv secilmişəm, müxtəlif medallarla təltif olunmuşam və Partiya Komitəsinin büro iclasında, hətta mənim iş metodumun yayılması məsləhət də bilinib. Sadaladıqlarımın hər birini, məhz Şuşa rayon İcra Hakimiyyəti başçısının bugünkü köməkçisi Arif müəllim də təsdiq edə bilər.
Yaşadığımız qəsəbə üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Əhəd Həsənov, bu gün insanlığa yaraşmayan hərəkət edir, namuslu-qeyrətli insanlara “qara yaxır”, daim onları hörmətdən salmağa çalışır. Hətta, bu şəxs Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov haqda da xoşagəlməz ifadələr işlədir. O, bildirir ki, guya “Bayram Səfərov bir qrup dövlət məmurlan ilə elektron kitabxana verlişində iştirak edərkən, kitabxana sözünü “kütabxana” kimi işlətmiş və hər kəs də bu cür ifadəsinə görə ona gülür”. Bundan əlavə, o, onu da qeyd edir ki, Bayram Səfərov Şuşa rayon İcra Hakimiyyətinə başçı təyin olunarkən, guya Sabir Rüstəmxanlı onun haqda belə deyib: “Bayram Səfərovu icra başcısı təyin etmək şuşalılar ücün bir növ təhqirdir”. İcra başçısı keçirilən iclslarda müavinlərini və təhsil şöbəsinin müdrini daim təhqir edir. “Əkbər müəllimin də qalstuku özündən uzundur” deyir. Belə bir fikirləri Əhəd Həsənov hər kəsin yanında danışır və o, həmişə icra başçısına Bayram deməklə, açıq-aydın şəkildə ona qarşı hörmətsizlik də edir.
Bu şəxs rəhmətlik Hafis müəllimin vaxtında valideyinləri öyrədirdi ki, uşaqlarınızı məktəbə qoymayın, onun rəhbərlik etdiyi məktəbdə dərs kecilmir. Təhsil şöbəsinin müdirinə dəfələrlə yalan məlumatları çatdırırdı ki, məktəbi gözdən sala bilsin. Əhəd Həsənov belə bir addımları ilə, sanki Hafis müəllimi “diri-diri öldürdü”. Mən Bayram müəllimə onu da çatdırmaq istəyirəm ki, bu Əhəd Həsənov son vaxtlar spirtli işkilərə həddən-ziyadə çox qurşanıb və namuslu adamlara “qara yaxmaq”la məşğul olur. O, hörməti olanları camaat arasında hörmətdən salır. Bu ilin sentyabr ayında o, sərxoş olduğundan suya nəzarət edən şəxslə dalaşdı, mən icra nümayəndəsi vəzifəsini daşıyan bu şəxsin haqsızlığına dözə bilmədim, onu tərbiyə etmək istəsəm də, heç cür alınmadı. Ona görə ki o, sərxoş idi. Həmin gün evimizdə oturub Şuşa qəzetini oxuyurdum, qəflətən yaşadığımız evin qapısı döyüldü. Həyat yoldaşım qapını acarkən o, zor tətbiq edib evə daxil oldu və insanlığa yaraşmayan sözlərlə məni təhgir etdi. Hətta, yaxamdan tutub vurmaq istədikdə köynəyim cırıldı, bu gün də köynəyimi bir subut olaraq saxlayıram. 13 oktyabr günü o, mənim həyat yoldaşımı hədələyərək “sizin hər birinizi öldiirəcəyəm” ifadəsini işlədir, həyat yoldaşımı təhqir edir. Əhəd Həsənov simasını itirən, danışığının əhəmiyyətini dərk etməyən bir şəxsdir.
Mən bu müraciətimi “Gündəm Xəbər”də dərc etdirməklə Bayram Səfərova onu çatdırmaq istəyirəm ki, Allah-Təala sizin atanız Əsəd kişiyə min rəhmət eləsin! Çünki, mən onunla cox yaxın olmuşam, həmişə biz onunla bir yerdə nahar edər, cay icib söhbət edərdik. Onun ruhu şad olsun!. Qəsəbə icra nümayəndəsi vəzifəsini icra edən Əhəd Həsənov bu gün dövlətdən maaş alır, pensiya alır, amma hec bir iş görmür. Yalnız araq icib kef cəkir, yetənə yetır, yetməyənə də bir daş atır. Mənim üçün təəccüblü hal odur ki, bu gün ölkə miqyasında böyük nüfuza və hörmət malik olan Bayram müəllim, bu cür əqidə sahibi olan bir şəxsi niyə vəzifə başında saxlayır. Bu gün bizim ailə qorxudan heç cür bayıra çıxa bilmir. Çünki, Əhəd Həsənov bizi məhv edəcəyi ilə hədələyir. Ona görə də mən Bayram Səfərovdan bizim ailənin təhlükəsizliyinin təmin olunması üçün, Şuşa rayon Polis Şöbəsinə müvafiq tapşırıq verməsini xahiş edirəm. Əks halda xoşagəlməz hallar baş verə bilər. Düz 55 il bu dövlətə xidmət etmişəm, indi 76 yaş həddindəyəm, heç cür imkan verə bilmərəm ki, şəxsiyyətimi bu yaşımda hansısa nankor təhqir etsin.
Bu şəxsin Şuşa rayon İcra Hakimiyyətinin başçısı haqda yaydığı daha bir xoşagəlməz ifadələri Bayram müəllimin diqqətinə çatdırmağı, sanki özüm üçün borc bildim. Belə ki, Əhəd Həsənov orda-burda danışır ki, “Təvəkkül müəllim mənim gəlinimi direktor təyin etdirmədi, amma Bayrama üc min manat pul verməklə onu məktəbə direktor təyin etdirə bildim”. Mənə elə gəlir ki, bu cür danışıqdan sonra artıq izahata ehtiyac qalmır. Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaşadığımız bu evlər bizə verilərkən, icra nümayəndəsi həyat yoldaşımı və qızımı aldadaraq onlardan 1000 manat pul alır. Guya o, həmin pulun müqabilində bizə üçotaqlı ev verdirmək istəyirmiş. Elə ki, bizə bir otaqlı mənzil verdilər, o halda Komitədən gələnlərə dedim ki, Əhəd Həsənov bizdən1000 manat pul alıb və öhdəlik də götürüb ki, sizə üçotaqlı mənzil verdirəcəyəm. Dərhal həmin şəxslər “bu evlər pulla verilmir. Sizin icra nümayəndəniz sizi aldadaraq pulunuzu alıb, gedin verdiyiniz pulları geri tələb edin” dedilər. Bu gün də Əhəd Həsənov aldığı pulları geri qaytarmır.

Bayram Səfərovun icra nümayəndəsi, ona on il dərs keçən müəlliminə “əl qaldırıb”-ŞOK OLAY

Ümumiyyətlə, bu şəxsin istənilən qədər pis əməllərindən danışmaq olar ki, bu da ona heç zaman başucalığı gətirməz. Hər kəsin diqqətinə bir məqamı da çatdırmaq istəyirəm ki, hələ bir müddət bundan öncə Qəbələ rayonunda şuşalılarla görüş keçirilərkən, Şuşa caamatı qəsəbədəki məktəbin yanına toplaşmışdılar ki, Əhəd Həsənovun daşıdığı vəzifəsindən uzaqlaşdırılması üçün qəti mövqelərini ortaya qoysunlar. Çünki, “Qaçqın şəhərciyi” adı ilə tanınan qəsəbədə icra nümayəndəsi vəzifəsini daşıyan bu şəxs şuşalılar üçün heç bir iş görmür, onlara hər hansı köməkliyini etmir. Həmin görüşdə rəhbərliyə qarşı yersiz hərəkətlərin qarşısını mənim həyat yoldaşım Səriyyə miıəllimə ala bildi. Buna görə o, onu təhqir etməkdən bu gün də çəkinmir.
Bir məqama da diqqətinizi yönəltmək istəyirəm ki, mənfur qonşumuz olan Ermənistanda hansısa bir erməni kişisi (onlara kişi demək mümkündürsə) 40 il müəllimə işləyən bacısını heç bir halda təhqir etməyib, ona əl qaldırmayıb. Ancaq bu Əhəd Həsənov hər kəsin, o cümlədən azyaşlı uşaqların gözləri önündə doğma bacısını təhqir edib, ona əl də qaldırıb. Bu şəxs belə bir hərəkəti ilə, sanki qürur da duyur.
Onun qardaşı Səməd müəllim daim “bizim ali təhsilə sahib olmağımıza Həsən müəllim 90 faiz səbəb olub. Biz üç qardaş olaraq, bu gün də Həsən müəllimin cörəyini yeyirik” deyir. Diqqət yetirin və görün ki, Səməd müəllim nə qədər mədəniyyəti, mənəviyyəti özündə olan bir şəxsdir ki, bu şəxs olub-keçənləri heç cür unutmur. Onu da bilmək yerinə düşər ki, bu günə kimi Əhəd Həsənov qardaşı Səməd müəllimin hörmət-izzəti hesabına işləyə bilib.
Bu gün mən Əhəd Həsənovla bağlı problemləri ictimailəşdirməyə ona görə qərar verdim ki, ən azından hörmətli Bayram Səfərov bu şəxsin əməllərindən müəyyən mənada xəbərdar olsun və onunla bağlı müvafiq tədbirlərini görsün. Əgər yazdıqlarımla bağlı rayon rəhbərliyi lazımi addımlarını atmazsa, o halda ölkə rəhbəri cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalacağam. Onu da vurğulayım ki, icra nümayəndəsi vəzifəsini daşıyan bu şəxsin yaşadığımız mənzilə zor tətbiq edərək daxil olması, bizi ölümlə hədələməsi və s, məhz onun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşımasına da səbəb olur.

Bayram Səfərovun icra nümayəndəsi, ona on il dərs keçən müəlliminə “əl qaldırıb”-ŞOK OLAY


Bəli, söylənən fikirlər, sadalanan ittihamlar Qəbələ rayonunun “Qaçqın şəhərciyi” adı ilə tanınan qəsəbəsində yaşayan Quliyev Həsən Hüseyn oğluna məxsus olduğundan, hələlik yaşananlarla bağlı tam şəkildə nəsə deyə bilmərik. Deyəcəyimiz fikir yalnız o olacaq ki, icra nümayəndəsi vəzifəsini daşıyan hər kəs, o cümlədən Əhəd Həsənov da rayon rəhbərliyinin yerli nümayəndəsi hesab olunur. Belə bir səbəb üzündən də, hər bir icra nümayəndəsi, o cümlədən adı çəkilən şəxs də rəhbərlik etdiyi ərazi hüdudunda istər davranışı, istər danışığı, istərsə də digər addımları ilə hər kəsə nümunə olmalıdır. Məhz, ona görə ki, şəhər, qəsəbə, kənd icra nümayəndələri vəzifələrini daşıyan şəxslər yerlərdə dövlətimizi və rayon rəhbərliyini təmsil edir, məhz onların adından da çıxış edirlər. Əgər belə bir göstəricilərə cavab vermirlərsə, o halda düşünürük ki, şəhər, rayon rəhbərlikləri müvafiq addımını atıb, qəti qərarlarını verməlidirlər.

P.S. Qəzetimiz həftənin bazar günü çapa hazırlandığından, sadalananlarla bağlı qarşı tərəfdən hər hansı münasibəti öyrənə bilmədik. Çünki, Şuşa RİH-nə etdiyimiz telefon zənglərimizə bir kimsə cavab vermədi. Yəqin ki, bu da bazar gününün qeyri iş günü olması səbəbindən baş verdi. Odur ki, məqalədə dərc olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mirzə
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir şəhidimiz torpağa tapşırıldı

    Daha bir şəhidimiz torpağa tapşırıldı ...

    2-08-2014, 16:58

  • 
  • Prezident icra başçısına orden verdi

    Prezident icra başçısına orden verdi ...

    2-09-2014, 22:46

  • 
  • Həsən Kərimov vəfat etdi

    Həsən Kərimov vəfat etdi ...

    20-11-2015, 17:08

  • 
  • Dilqəm və Şahbazın saxlanıldığı Şuşa həbsxanasının görüntüləri yayıldı – VİDEO

    Dilqəm və Şahbazın saxlanıldığı Şuşa ...

    17-11-2016, 00:32

  • 
  • Həsən Kərimov dəfn edilib

    Həsən Kərimov dəfn edilib ...

    21-11-2015, 17:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu