GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rza Zərrabın məhkəməsində şok faktlar üzə çıxır

Rza Zərrabın məhkəməsində şok faktlar üzə çıxır

Tarix: 30-11-2017, 13:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 535
Rza Zərrabın məhkəməsində şok faktlar üzə çıxır


İranlı iş adamı məhkəmədə şahid qismində iştirak edir; o, həbsdəki “Xalq Bank” rəhbərinin hansı sirlərini bilir?

ABŞ-da həbsdə olan İran əsilli iş adamı Rza Zərrabla bağlı proseslər sürətlə davam edir. ABŞ-ın İrana qarşı sanksiyalarını qırmaqda təqsirləndirilən “Xalq Bank”ın keçmiş müdir müavini Mehmet Hakan Atilla artıq hakim qarşısına çıxarılıb. Onun vəkilləri prosesin təxirə salınmasını tələb etsə də, tələb rədd edilib. Son aylardakı heç bir prosesə qatılmayan Azərbaycan əsilli türk Rza Zərrabın isə təxmin edildiyi kimi, prokurorluqla anlaşdığı və şahid olduğu dəqiqləşib. Zərrabın haqqındakı üç həftə davam etməsi planlaşdırılan prosesdə ən kritik üç gün başlayıb. Bu arada Zərrabın hələ də türmədə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən nəzarət altında olduğu ortaya çıxıb.

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar


BBC yazır ki, prosesin hakimi Nyu-York Bölgə Məhkəməsinin hakimi Riçard Bermandır. Hakim Berman prosesdə işin adını “ABŞ Mehmet Hakan Atillaya qarşı” olaraq təqdim edib. O, potensial üzvlərə müraciətində deyib: “Burada eşidəcəyiniz kimi, cənab Atilla ilə eyni və ya oxşar ittihamlarla günahlandırılan digər şəxslər də var, lakin həmin şəxslər bu işdə sizin qarşınızda mühakimə olunmayacaq. Cənab Atillaya qarşı ittihamnamədə altı ittiham irəli sürülüb”.

İlk gündə 12 münsif üzv ilə 6 ehtiyat üzvün seçimi tamamlanıb. Beləcə, işin də başlanması üçün bir maneə qalmayıb. Məhkəmənin sonunda şübhəlilərin günahkar olub-olmaması ilə bağlı qərarı 12 üzv verəcək. Qərar əldə edilməsi üçün isə yekdil rəy şərtdir.

Şübhəlilər günahkar bilindikləri təqdirdə cəza ilə bağlı qərarı hakim verəcək. Berman məhkəmənin təqribən üç-dörd həftə çəkəcəyini təxmin etsə də, gözlənilməyən hadisələr, yaxud dəlil və ya şahidlərin istintaqı səbəbi ilə bir neçə günlük gecikmələrin mümkünlüyünü də vurğulayıb.

Atillanın vəkili Viktor Rocco müdafiə çıxışını edərkən Zərrabı və “Xalq Bankı”n keçmiş müdiri Süleyman Aslanı ittiham edib. Rocco Aslanın Zərrabdan aldığı rüşvətlərlə cibini doldurduğunu deyib: “Zərrabın Türkiyədə rüşvət piramidası qurduğu bilinir. Rüşvət verdiyi şəxslər atasında yüksək səviyyəli məmurlar, vəzifəli şəxslər də var” deyib.

Prokurorluq: Zərrab açar şahiddir

Prokuror köməkçisi David Denton Rza Zərrabın cinayətlərini qəbul edərək, prokurorluqla iş birliyi etdiyini və şahid kürsüsündə Atilla ilə olan münasibətlərini detallarına qədər danışacağını deyib. Zərrabın Atilla işində açar şahid olduğunu söyləyən Denton təqdim edəcəkləri sübutların bank rəhbərinin günahlarını sübut edəcəyini deyib.

Prokurorluq Zərrabı qoruyur

İddiaları rədd edən Rocco “yüksək vəzifəli şəxslərə ayaqqabı qutularında rüşvət yollayan Atilla yox, Zərrab idi. Müttəhim kürsüsündə oturmalı olan şəxs Rza Zərrab az cəza alma, ya da heç bir cəza almamaq ümidi ilə ittiham tərəfi ilə anlaşdı. Hazırda prokurorluq Zərrabın kürəyini ovxalamaqla məşğuldur” deyib.

Rocco eyni zamanda deyib ki, Atilla Zərrabın çoxlu sayda qurbanlarından biridir: “ABŞ İrana 5 min kilometr uzaqlıqda ikən, Türkiyə sərhəd qonşusu və iki ölkə iş görmək zorunda idi». OFAC da (ABŞ-ın Xəzinə Nazirliyinə bağlı olan Xaricilərin Mal varlığına nəzarət ofisi) bütün bunları əvvəldən bilirdi.

Zərrab türməyə qadın salmağa çalışdı

Vəkil deyib ki, R.Zərrab Atilladan “həbsdən çıxış kartı” olaraq istifadə etməyə çalışıb. Zərrabın bu işlərdən milyardlar qazandığını, Türkiyə siyasətçilərinə də on milyonlarca rüşvət verərək, işini gördüyünü iddia edən Rocco, Zərrabın Nyu-Yorkdakı türmədə qaldığı günlərdə belə gözətçilərə rüşvət verərək, içəri qadın salmağa çalışdığını, içki, narkotik və yemək təmin etməyə nail olduğunu iddia edib.

Şahid olaraq ifadə verdilər

Hakim Riçard Berman, proses başlayan kimi prokurorluq instansiyasına “bu gün kimləri şahid olaraq çağıracaqsınız” deyə soruşub. Denton, Zərrab xaricindəki adları belə sıralayıb: OFAC-dan (Əcnəbilərin Mal Varlıqlarını Nəzarət Ofisi) təmsilçisi Mark Dubovitz, FTB agenti Lisa Palluconi, FTB şahidi Bülent Bulut".

Altı ayrı ittiham

Rza Zərrabın müttəhimlikdən çıxarıldığı iddianamədə səkkiz şəxsə 6 ittiham yönləndirilib. Bunların ardıcıllığı belədir: “ABŞ və xüsusən də ABŞ Xəzinə Nazirliyini aldatmaq üçün tələ qurmaq, Beynəlxalq Təcili İqtisadi Güc Qanununu pozmaq, bankçılıq sistemində dələduzluq etmək, qara pul yumaq, qara pul üçün tələ qurmaq”.

Bundan başqa, dünən möhürü qırılan məhkəmə sənədlərinə görə, Zərrab 26 noyabrda gizli dindirmə zamanı haqqındakı 7 ittihamı qəbul edib. Sənədlərdən də məlum olur ki, Zərrab cib telefonu və spirtli içki kimi qadağan olunmuş əşyaları həbsxanaya gətirtmək üçün türmə işçilərinə rüşvət verməyə çalışdığı üzə çıxıb. Bu hadisəyə görə də Zərraba qarşı daha bir ittiham irəli sürülüb. Zərrabın məhkəmədə üç gün boyunca ifadə verəcəyi gözlənilir.

Zarrabın ifadesinde Ebru Gündeş detayı... İşte ABDli savcının şeması...

Üç gün boyunca çarpaz sorğu-sual

Zərrabın haqqındakı ittihamları qəbul etməsi və prokurorluğun lehinə jüri qarşısında şahidlik etməyi qəbul etməsi ilə üç həftə davam etməsi planlaşdırılan məhkəmə işindəki ən kritik üç gün dünən başlanıb. Zərrabın şahid ifadəsini baş prokuror köməkçilərindən olan Sid Kamaraju jüri qarşısında alacaq. Zərrab daha sonra Atillanın vəkili Viktor Rocconun çətin sualları ilə üzləşəcək.

Zərrab hələ də qandallıdır

Zərrab hələ də türmədə Amerika hüquq-mühafizə irqanlarının xüsusi nəzarəti altındadır. Prokuror köməkçisi Sid Kamaraju prosesdən sonra Riçard Bermandan Zərrabın prosesə necə gətiriləcəyini öyrənmək istədiyini deyib. Sual yaradan daha bir məqam isə Zərrabın məhkəmədəki hücrə bloqundan çıxarılandan sonra jürini qabağından qandallı olaraq keçirilib-keçirilməyəcəyi ilə bağlı idi.

Verilən cavablardan isə bəlli olub ki, Zərrab çarpaz ifadəsi alınarkən zaman-zaman stuldan qalxıb, jürinin qabağında dayanacaq. Bundan başqa, Zərrab kürsüyə çıxacaq, sorğu-sual isə cümə gününə qədər davam edə biləcək.

Milyardlar, milyardlar və milyardlar...

«Reuters»in Enerji Bazarı Tənzimləmə Qurumunun (EBNQ) məlumatlarına əsasən, 2014-cü ilin hesablamaları Türkiyənin 2012-ci ildə İrandan aldığı neft və təbii qazın dəyərinin 10 milyard dollardan çox olduğunu göstərib.

Türkiyə Statistik Qurumundan (TSQ) əldə edilən məlumatlara görə isə 2011-ci ildə İrana ixracatı 1 ton olan qızıl, 2012-ci ildə təqribən 126 tona yüksəlib və bunun dəyəri də təxminən 6.5 milyard dollar olaraq hesablanır. Əlavə olaraq, eyni ildə Türkiyənin BƏƏ-yə etdiyi qızıl ixracı da 85 ton və 4.6 milyard dollar olub.

Prokurorluğun iddiasına görə, qiymətli metal ticarəti üzərindəki sanksiyaların artırılmasından sonra pullar İrana “xəyali tranzit buğda ticarəti” ilə göndərilməyə başlanıb.

Zərrab 2014-cü ilin aprelində AHaber-ə verdiyi müsahibəsində buğda və dərman satışına başladıqdan sonrakı dörd ayda təxminən 1.6 milyard dollarlıq ticarət həyata keçirdiklərini söyləmişdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-dan Zərrabla bağlı ŞOK QƏRAR: heç bir şeylə ittiham edilməyəcək

    ABŞ-dan Zərrabla bağlı ŞOK QƏRAR: heç bir şeylə ...

    21-11-2017, 14:40

  • 
  • ABŞ-da Azərbaycan əsilli iş adamının məhkəməsi başlayır

    ABŞ-da Azərbaycan əsilli iş adamının məhkəməsi ...

    27-04-2016, 16:56

  • 
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Müxalifət Rza Zərrabın məhkəməsini izləmək üçün ABŞ-a heyət göndərir

    Müxalifət Rza Zərrabın məhkəməsini izləmək üçün ...

    28-03-2016, 19:30

  • 
  • Zərrab həbsxanaya qadın və narkotik sifariş etdi

    Zərrab həbsxanaya qadın və narkotik sifariş etdi ...

    29-11-2017, 14:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu