Təhsil Nazirliyinin unutduğu keçmiş - yoxsa məhv etdiyi gələcək ?
Səadət Veyisovanı “əvəzedilməz kadr” edən səbəblər
Azərbaycan təhsil sistemi hər zaman cəmiyyətin əsas müzakirə predmeti olaraq qalır. Çünki, bu sahədə uzun illər kök salmış problemlər təhsilin inkiçşafına mane olur, rüşvətin və korrupsiyanın şaxələnməsinə səbəb olur. Bütün dövlətlərdə sosial-iqtisadi sahədə inkişafın arxasında ilk növbədə insan kapitalı durur. İnsan kapitalının yetişdirilməsi isə təhsilin üzərində dayanır. Təbiidir ki, korrupsiyanın və rüşvətin hökm etdiyi bir şəraitdə keyfiyyətli insan kapitalından söhbət gedə bilməz.
Təhsil sistemində təhsillə bağlılığı olmayan kadrlar
Təhsil sahəsində uzun illərdir ki, davamlı islahat proqramları haqqında məlumatlar verilir və islahatların aparılması görüntüsü yaradılır. Lakin, fakt odur ki, hələ də ciddi nəticələr əldə olunmayıb. Çünki, istənilən islahat proqramının həyata keçirilməsində əsas rolu insan faktoru- kadr seçimi həll edir. Dünyanın bütün ölkələrində aparılan islahatların əsas faktoru kadr seçimidir. Ən ideal islahat modelləri ilə səriştəsiz kadrlarla gedib hansısa nəticə əldə etmək mümkün deyil. Amma orta səviyyəli hansısa bir islahat modeli daha güclü və səriştəli kadrlarla müəyyən mərhələyə qədər aparmaq olar. Bu gün hər bir sadə Azərbaycan vətəndaşı çox gözəl bilir ki, hazırda təhsil sistemində təhsillə heç bir bağlılığı olmayan kifayət qədər kadr vardır və onlar əksər hallarda şəxsi marağı milli mənafeydən daha üstün tuturlar. Bu da təhsil sistemində xaosu yaradan əsas səbəblərdəndir.
Səadət Veyisovanın təhsil sistemində “!silinməz izləri”
Bu günlərdə Bakının məşhur məktəblərindən biri olan 20 saylı məktəb-liseyə yeni direktor təyin olundu. İlk baxışdan qeyri-adi bir hadisə olmasa da təyinatı dərindən araşdıranda maraqlı məqamlar üzə çıxır. Belə ki, 20 saylı məktəb-liseyə direktor təyin olunan Səadət Veyisovanın təhsil sistemində “silinməz izlər”ini xatırladıqca yeni təyinatın bu qədim məktəb-liseyə nələrə başa gələcəyini indidən proqnozlaşdırmaq olar.
Şamaxı təhsilinin “səadətli günləri”
Səadət Veyisova Şamaxıda məktəb müəllimliyindən rayon təhsil şöbəsinin müdiri, daha sonra isə Təhsil Nazirliyinin əməkdaşı kimi məsul vəzifələrə yüksəlib. Amma, yuxarıda qeyd etdiyimiz kimi bütün karyera yüksəlişləri dönəmində özündən sonra “silinməz izlər” buraxaraq irəliləyib. Onun Şamaxı təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtları bu gün rayonda ürək ağrısı ilə xatırlayırlar. Onun rəhbərliyi Şamaxı təhsilinə “səadətli günlər” yaşatmasa da vurduğu zərbələrin yaraları hələ də sağalmır. Şamaxı RTŞ-nin müdiri vəzifəsində çalışdığı zaman Səadət Veyisovanın hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyması, onun rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinə zərərli müdaxiləsi adi hal almışdı. Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ müdirinin o vaxtlar tətbiq etməyə çalışdığı “yenilik və təkmilləşdirmələr”i isə rayonun pedaqoji ictimaiyyəti hələ də unutmayıb, Digər tərəfdən isə S.Veysovanın fəaliyyəti həm də müxtəlif qanun pozuntuları ilə müşayiət olunub. Xüsusilə S. Veyisovanın RTŞ müdiri olduğu dönəmdə orta məktəblərə müəllimlərin işə qəbulu zamanı yol verdiyi qanun pozuntularının fəsadlarını hələ də tam aradan qaldırmaq mümkün olmayıb. RTŞ müdiri olduğu zamanlar S. Veyisova qeyri-qanuni yolla, imtahandan keçməyən müəllimləri işə qəbul edirək bu kadrlara digər həmkarları ilə müqayisədə müəyyən imtiyazlar da verirmiş. Belə ki, Səadət xanımın “öz kadrlarını” işlə təmin etmək məqsədilə attestasiyadan keçməyən müəllimlərdən o zaman “qarşılıqlı maraqlar” əsasında digər müəllimlərin dərs saatlarından kəsib onlara verməsini Şamaxıda hələ də unutmayıblar.Ümumiyyətlə S. Veyisovanın RTŞ-nə rəhbərlik etdiyi dönəmdə müəllimlərin qanunsuz işə qəbulu ilə bağlı belə faktların sayı yüzlərlədir. Şamaxı 5 saylı məktəbdə, digər təhsil ocaqlarında onun xeyli belə “kadr”larının olduğu məlumdur. Bunun fəsadlarını isə hələ də aradan qaldırmaq mümkün deyil.
“60 minlik qalmaqal”
S. Veyisovanın RTŞ müdiri olduğu zaman baş verən maliyyə pozuntuları Hesablama Palatası tərəfindən üzə çıxarılmışdı. O vaxt aşkarlanan “60 minlik qalmaqal” barədə faktlar isə rayonda indi də dillər əzbəridir. Baş verən korrupsiyanın izlərini isə S. Veyisova Şamaxı Şahmat Məktəbində “itirməyi” bacardı. Belə ki, RTŞ müdiri Şahmat Məktəbinə 50 manatlıq avadanlıqları 500 manata imzalatdıraraq 60 mini yoxa çıxarda bilmişdi. Səadət Veyisovanın RTŞ müdiri olarkən Bakıda yerləşən və fəaliyyət göstərən Avropa Litseyində dərs dediyi üçün həftənin 3 gününü Bakıda keçirməsi haqqında da zamanında çox yazılmışdı. RTŞ müdiri olarkən yol verdiyi qanunsuzluqlar və korrupsiya faktları səbəbindən işdən azad olunan S. Veyisovanın gedişi də bir xeyli səs-küylü olmuşdu.Aparılan ciddi yoxlamalar nəticəsində Səadət Veyisova aşkarlanan faktlardan sonra vəziyyətdən çıxmaq və öz postunu qorumaq üçün aylarla bülletenə çıxaraq “xəstəxanalıq olmuşdu”. Lakin, heç bir “xəstəlik” onun Şamaxı rayon təhsilinə vurduğu zərbələrdən güclü ola bilməzdi və “bülletenlərin” sonunda S. Veyisova vəzifədən uzaqlaşdırıldı. Bütün bu faktlara baxmayaraq Təhsil Nazirliyi belə bir “kadr”ı itirməmək üçün ona nazirlikdə məsul bir vəzifə verdilər. Bu günlərdə isə Bakının qədim və xüsusi ənənələrə malik olan 20 saylı məktəb-liseyinə direktor təyin olunub. Aldığımız məlumata əsasən, onun bizim də hörmət bəslədiyimiz bir ali şəxslə yaxınlıq əlaqələrinə güvənərək, onun kölgəsində gizlənərək imza atdığı qanunsuzluqların sayı yüzlərlədir. Belə bir “kadr”ı yenidən böyük bir təhsil ocağında rəhbər vəzifəyə gətirmək hansı məntiqə sığışır? Aldığımız məlumatlara əsasən, S. Veyisova 20 saylı məktəb-liseydə özünəməxsus islahatlara start verəcəyini bildirib. Artıq öz komandasını formalaşdırmağa hazırlaşan yeni direktorun tezliklə hansı yeniliklərə imza atacağı qənaətinə isə yəqin ki, bu yazını oxuyandan sonra özünüz gələcəksiniz. Amma, Təhsil Nazirliyi S. Veyisovaya qarşı yaman “unutqanlıq” edir, onun keçmiş “xidmətlərini” xatırlamır. Yəqin ki, tezliklə həmin faktları yeni çalarlarla S. Veyisova 20 saylı məktəb-liseydə özü nazirliyin yadına salacaq. Araşdırımamız davam edəcək.
Sorğu
Yeni dizaynımız necədir?