GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

Tarix: 3-03-2014, 17:19 Bölmə :İqtisadiyyat Baxış: 1 537
Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi
Müəllimlər BŞTİ-nin I müavini Elnur Əliyev xofundan qurtulmaq
üçün çarəni redaksiyamıza müraciət etməkdə gördülər


Azərbaycan təhsilinin mövcud acınacaqlı durumu, bu sahədə illərlə hökm sürən böyük problemlər hər zaman gündəmin əsas müzakirə predmetlərindən biri olmuşdur. Dövlətin və xalqın tərəqqisi üçün ən strateji sahələrdən olan təhsilin bu qədər bərbad durumda olması bilavasitə bu sahəyə cavabdeh olan məmurların səriştəsizliyi şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmasının nəticələridir. Ötən il Təhsil Nazirliyində edilən kadr dəyişikliyi nəticəsində Misir Mərdanov öz postunu itirərək “sabiqlər” siyahısına əlavə olundu. Bu postda onu daha gənc və potensiallı kadr kimi təqdim olunan Mikayıl Cabbarov əvəz etdi. Nazir dəyişikliyindən sonra təhsil sahəsində əsaslı dəyişikliklərin olacağı gözlənilsə də, artıq bir ilə yaxın müddət keçməsinə baxmayaraq çoxlu kadr dəyişikliklərindən başqa ciddi bir islahat nəzərə çarpmayır. M.Cabbarov təyinatından sonra daha çox Misir Mərdanova yaxın olan kadrları vəzifədən uzaqlaşdırmaqla onların yerini yeni kadrlarla doldurmağa başladı. Gözləmək olardı ki, bu başlanacaq yeni islahatların həyata keçirilməsi üçün vacibdir. Lakin, sonrakı proseslər bunun tam əksini sübut etdi. Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, nazirlikdə mühim postlara təyin olunan kadrların böyük əksəriyyətinin təhsil sahəsinə bilavasitə heç bir aidiyyatı yoxdur. Belə ki, yeni təyinat almış kadrların çoxu indiyə qədər təhsil sahəsində çalışmamış, bu sahədə ciddi bir təcrübəsi olmayan şəxslərdir. Onların əksəriyyətinin təyinatdan öncəki iş yerləri qəribə olsa ya Vergilər Nazirliyi, ya da İçəri şəhər Dövlət Qoruğu idarəsidir. Bu isə yeni nazirin təhsil sahəsindəki problemləri aradan qaldırmaq üçün hansı islahat xəttini götürdüyünü göstərir. Yoxsa Təhsil Nazirliyinin,Vergilər Nazirliyinin sanki bir şöbəsinə çevrilməsinə başqa hansı adı vermək olar? Məgər ölkənin vergi sistemində bütün problemlər kökündən həll olunubmu ki, indi də Vergilər Nazirliyinin əməkdaşları təhsil problemlərinin həllinə girişirlər? Və yaxud İçəri şəhər Qoruğunun əməkdaşları Təhsil Nazirliyini kimlərdən və nələrdən qorumaq üçün görəvləndirilib?
Təhsil sahəsinin çox həssas, bilavasitə xalqın taleyi ilə bağlı olan bir sahə olduğunu nəzərə alsaq,bu sahədə istənilən kənar şəxs və ya təcrübəsiz addımın hansı ağır fəsatlara səbəb olduğunu düşünmək o qədər də çətin olmaz. Amma, ömrünü-gününü xalqın maariflənməsinə sərf edən çoxsaylı pedoqoji ictimaiyyət bu gün qeyri-peşəkar təhsillə heç bir əlaqəsi olmayan şəxslərin rəhbərliyi altında əzab çəkməyə məhkum olunmuşlar.
Yeni nazirin belə “uğurlu təyinatlarından” olan Bakı şəhər Təhsil İdarəsi müdirinin birinci müavini Elnur Əliyevin fəaliyyəti haqqında əvvəlki yazılarımızda ətraflı məlumat vermişdik. Bu gün paytaxt məktəblərində çalışan pedoqoqlar Elnur Əliyev diktaturasından, özbaşınalıqlarından əziyyət çəkirlər. Özünü BŞTİ-nin tam hüquqlu sahibi kimi aparan E.Əliyev burada yeni idarəetmə sistemi formalaşdırmaqla pedoqoji metodlara, əxlaqa uyğun gəlməyən üsullarla məkətb direktorlarını, müəllimləri incitməklə, hətta təhqir etməklə bütün nəzarəti öz əlinə almışdır. Paytaxt məktəblərinin işinə yersiz müdaxilələr artıq gündəlik iş prinsipinə çevrilib. Elnur Əliyevin fəaliyyəti bu gün Bakı məktəblərinin işini əməlli-başlı iflic etmişdir. Məktəb direktorları, müəllimlər necə işləməli olduqlarını, qarşıya qoyulan tələblərin nə olduğunu bilmədikləri üçün çaş-baş qalmışlar. Çünki onları hədə-qorxu, xof altında saxlayan E.Əliyevin özü də nə etdiyini bilmir. Paytaxt məktəblərinin kollektivləri yaranmış vəziyyətlə əlaqədar ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət ünvanlamışdılar. Lakin görünən odur ki, E.Əliyev diktaturası Bakı təhsilində hələ bir müddət də davam edəcəkdir. Bu isə kadr təyinatlarında qeyri-peşəkarlara üstünlük verilməsinin hansı nəticələrə səbəb olduğunun bariz nümunəsidir.
Təhsil Nazirliyinə Vergilər Nazirliyindən transfer olunmuş əlliyə yaxın kadrın isə bu sahədəki fəaliyyətinin nəticələrini yəqin ki, xalqımız çox gözləməli olacaq. Təhsil Nazirliyinə təyinat almış kadrların əvvəlki iş yerləri təhsil sisteminə nə dərəcədə aidiyyatı olmaları barədə geniş araşdırmalarımızın nəticələri növbəti saylarımzda diqqətinizə çatdırılacaq.
Həmidə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    26-02-2014, 10:58

  • 
  • Mikayıl Cabbarov ölkə təhsilini necə “təhvil-təslim” edir?

    Mikayıl Cabbarov ölkə təhsilini necə ...

    6-03-2014, 16:29

  • 
  • Nazir Bakı Təhsil İdarəsinə “əl gəzdirdi”

    Nazir Bakı Təhsil İdarəsinə “əl gəzdirdi” ...

    31-10-2013, 10:43

  • 
  • Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr islahatlarından danışdı

    Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr ...

    18-09-2013, 01:52

  • 
  • BŞTİ-də Elnur Əliyev diktaturası

    BŞTİ-də Elnur Əliyev diktaturası ...

    14-02-2014, 12:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu