GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İlqar Məmmədov həbsxananı tərk etmək istəmir

İlqar Məmmədov həbsxananı tərk etmək istəmir

Tarix: 8-12-2017, 12:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 400
İlqar Məmmədov həbsxananı tərk etmək istəmir


İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil.

Bunu REAL Hərəkatının liderinin vəkili Fuad Ağayev prezidentin xarici siyasət üzrə köməkçisi Novruz Məmmədovun bugünkü fikirlərini “Turan”a şərh edərkən bildirib.

Onun sözlərinə görə, İ.Məmmədov şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etmək, sonra da elektron bilərzikdə gəzmək niyyətində deyil.

* * *14:40

"Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib.

N. Məmmədovun sözlərinə görə, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Yaqlandın yuxusuna haram qatıb: "O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir.

Düşünür ki, buna asanlıqla nail ola bilər. Nahaq yerə Avropa İttifaqını - xristian klubu adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi “əsas məqsədinə” çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi. Amma əfsuslar. Daim insan haqlarından, öhdəlikdən danışan bu Avropa qurumunun, sanki, heç bir öhdəliyi yoxdur. Başqa dövlətin ərazilərini işğal altında saxlayan dövlət Yaqlandın mövqeyinə görə heç bir məsuliyyət daşımır".

N. Məmmədov bildirib ki, Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına, orada yaşayan 1 milyondan artıq Azərbaycanlının təməl hüquqlarını pozmasına, Xocalısoyqırımını törətməsinə baxmayaraq, ona qarşı heç bir tədbir görülmür, hər hansı sanksiya tətbiq edilmir və bu ölkə hələ də insan hüquqlarının simvolu olan Avropa Şurasının üzvüdür: "Avropa dəyərləri budurmu? Nə səbəbə Avropa İttifaqından öz ərazi bütövlüyünə dəstək almaq üçün Azərbaycan 26 il gözləməli idi?

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşan Avropa özü bu gün separatizmlə üzləşdiyindən məsələyə mövqeyini dəyişməyə, öz üzvlərinin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməyə başlayıb ki, bu da ikili standartların bariz nümunəsidir. Halbuki, biz dəfələrlə separatizmə qarşı vahid mövqeyin formalaşdırılmasının zəruriliyini, separatizmin bumeranq effekti verərək, Avropanın özünə qayıdacağı barədə fikirlər bildirmişik.

Əgər Avropa Şurası belə addımlarla Azərbaycanı qurumdan kənarlaşdırmaq niyyətini əsaslandırmağa çalışırsa, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən etibarən, Avropa Şurası ilə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri, müxtəlif təşkilatlar çərçivəsində göstərdiyi yardımlar barəsində heç olmasa bir müsbət fikir eşitmək əvəzinə, qarşılaşdığı hər bir məsələdə həm qurumun, həm də onun rəhbərliyinin qərəzli münasibəti ilə üzləşib.

Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Bununla belə, Azərbaycanın təşkilatdan çıxması faciə deyil. Avropa Şurasının digər üzv ölkələrində baş verən beynəlxalq hüquq və insan hüquqlarının, eləcə də Avropa Şurası Nizamnaməsinin pozuntuları, təşkilatın bir üzv ölkəsinin digərinin ərazisini işğalı, təşkilat qarşısında öhdəliklərin yerinə yetirilməməsi (üzvlük haqqının ödənilməməsi, məhkəmə qərarlarının icra edilməməsi, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər və onların fəaliyyətinə məhdudiyyətlər) və Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının icra edilməməsi fonunda yalnız Azərbaycana qarşı belə bir addım beynəlxalq hüquqa - ədalətə məhəl qoymamaqdan, yuxarıda qeyd etdiyimiz münasibətin davamından başqa bir şey deyil.

Beləliklə, Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsini həmin dövlətlərə deyil, məhz ilk olaraq Azərbaycana qarşı tətbiq etməyə çalışır. Ermənistanda mövcud olan çoxsaylı insan hüquqları pozuntularının təsbit olunması fonunda bu ölkə haqda heç bir tənqidi fikrin belə söylənilməməsi AŞ Nazirlər Komitəsinin bu qərarı ilə bağlı ciddi suallar doğurur.

Bu isə yenə də müsəlman dövlətə qarşı qərəzli mövqe ortaya qoyur və islamofobiyanın müəyyən formada təzahürü deyilmi? Hətta ikitərəfli danışıqlar zamanı özünü dost kimi göstərməyə çalışan bəzi dövlətlər də səsvermə zamanı tamam başqa cür hərəkət edir.

Halbuki Azərbaycan sözügedən qərarın icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalaraq, Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqelərini davam etdirir. Vəziyyətin bu dərəcəyə çatmasında isə Yaqlandın həlledici rolu göz qabağındadır.

Son bir neçə onillikdə beynəlxalq aləmdə eləcə də Avropada baş verən hadisələr və proseslər, bunların nəticəsində müxtəlif ölkələrdə yüz minlərlə insanın tələf olması, milyonlarla insanın evindən – ocağından didərgin düşərək qaçqına çevrilməsi, minlərlə şəhərin, kəndin xaraba qalması və sonda yaranmış gərginlik beynəlxalq birliyi və onun liderlərini daha çox narahat etməli və düşündürməlidir. Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı?

Yaqlandı tanıyanlarda da, tanımayanlarda da sual yarana bilər: Onun fəaliyyətinə belə münasibətə ehtiyac varmı? Əminliklə, “var” deyirəm. Ona görə ki, bu yolla dünya düzəninin indiki vəziyyətə düşməsinə töhfə verilir.

Təəssüflər olsun ki, elə bu günlərdə atılan addımlar da əvvəlkilərin davamından başqa bir şey deyil. Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur"./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • REAL üzvləri Bakıda “İlqar Məmmədovla” gecə aksiyası keçirdilər

    REAL üzvləri Bakıda “İlqar Məmmədovla” gecə ...

    5-08-2013, 11:04

  • 
  • ​İlqar Məmmədov azad edilə bilər

    ​İlqar Məmmədov azad edilə bilər ...

    29-11-2017, 18:20

  • 
  • Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda budur - SİYAHI

    Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda ...

    1-06-2017, 18:41

  • 
  • Noyabrın 18-də İlqar Məmmədovun kassasiya şikayətinə baxılacaq

    Noyabrın 18-də İlqar Məmmədovun kassasiya ...

    7-10-2016, 00:50

  • 
  • MSK İlqar Məmmədovla bağlı qərarını dəyişmədi

    MSK İlqar Məmmədovla bağlı qərarını dəyişmədi ...

    27-08-2013, 11:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu