GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədovun ƏMLAKLARI ƏLİNDƏN ALINMAĞA BAŞLANDI - təfərrüat

Fazil Məmmədovun ƏMLAKLARI ƏLİNDƏN ALINMAĞA BAŞLANDI - təfərrüat

Tarix: 13-12-2017, 11:34 Bölmə :GündəmXəbər Baxış: 380
Fazil Məmmədovun ƏMLAKLARI ƏLİNDƏN ALINMAĞA BAŞLANDI - təfərrüat


Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu; həbs təhlükəsi ilə üzləşən icra başçısı Alimpaşa Məmmədovu şikayətçiləri şəxsən qəbul etməyə vadar edən səbəblər...

Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında qalmaqallı proseslər davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı, vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi ortada ciddi mətləblərin olmasından xəbər verir. Həmçinin iqtidarın danışan dili sayılan deputat Siyavuş Novruz “Yeni Müsavat” qəzetinə müsahibəsində demişdi ki, kimsə tutduğu vəzifədən azad olunursa, deməli, onun işində nöqsan var.
Sabiq nazir özü də mətbuata açıqlamasında “Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm” deyib.
İddialara görə, 5 dekabr tarixində işdən çıxarılan Fazil Məmmədovun barəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həmin gün nazirlikdə olarkən olduqca sərt danışıb. R.Mehdiyevin rəhbərliyi ilə baş tutan iclasda hətta Vergilər Nazirliyinin sabiq rəhbərliyində təmsil olunan şəxslər haqda sonrakı araşdırmaların başlanmasına siqnal hesab olunan ifadələr işlədilib. Fazil Məmmədovun sahibkarlara qarşı əməllərinə olduqca sərt qiymət verilib.

Nazir işdən çıxarılandan sonra onun komandasının da “təmizləmələr”ə məruz qalacağı şübhəsizdir. Mənbələrimiz iddia edir ki, hazırda büdcədə kəsir olduğundan Fazil Məmmədovun komandasına dəyib-dolaşmırlar. 2018-ci ilin əvvəlində isə situasiyanın dəyişəcəyi vurğulanır.
Fazil Məmmədov işdən çıxarılandan 1 gün sonra Ali Məhkəmənin yaydığı rəsmi məlumat bu baxımdan maraq doğurur. Dekabrın 5-də axşam saatlarında artıq sabiq nazirə çevrilən Fazil Məmmədovun fəaliyyətinə dekabrın 6-da səhər Ali Məhkəmədən belə bir qiymətverici məlumatla münasibət açıqlanıb.

Rəsmi məlumat belə idi:
“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb. “Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”, - deyə H. Mirzəyev vurğulayıb...
Fazil Məmmədov vəzifədə olarkən Ali Məhkəmədən belə bir açıqlama verilərdimi? Ölkənin əsas nazirliklərindən biri haqda “qanunsuz qərarlar qəbul ediblər” anlamını verən fikirlər səsləndirilərdimi?
Fazil Məmmədovun işdən çıxarılması sıradan bir nazirin vəzifədən uzaqlaşdırılması deyil. İlin sonunda, büdcə kəsiri olduğu bir vaxtda Fazil Məmmədovu yola salmazdılar. O, xəstə olsaydı belə, kreslosunda oturub işini görmək məcburiyyətində idi. 18 müşaviri olan bir nazirin xəstəliyi ilə əlaqədar işinin öhdəsindən gəlmədiyi inandırıcı deyil.
Heç Fazil Məmmədovun özü də xəstə olması haqda mətbuatda barəsində deyilən fikirləri yaxına buraxmır. “Az xəstəyəm” deməklə işini davam etdirə biləcəyi haqda mesaj verməyindən də qalmır...

İndiki vəziyyətdə isə Fazil Məmmədov və komandası qeyri-müəyyənlik içində talelərinin necə olacağını həyəcan və təşviş içində gözləyirlər. Bu arada 4 milyard 500 milyon manatın “yeyilməsi” üzərindən nazirin işdən çıxarılması iddiası da ortadadır. Fazil Məmmədovun komandası təbii ki, bundan ciddi narahatdır.
Həmçinin yerlərdən onun kadrları olan icra başçılarının da çaşqınlıq içərisində olmaları haqda xəbərlər gəlməkdədir.
Redaksiyamıza bu yöndə çox maraqlı nüanslarla zəngin bir xəbər daxil olub. Fazil Məmmədovun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun qəbuluna həftənin ilk iş günündə yerli sahibkar qadın gedib.
Vaxtilə Vergilər Nazirliyində məsul post tutan A.Məmmədovun icra başçısı olaraq qəbuluna gedənləri qəbul etməməsi, onlarla sərt davranması haqda mətbuatda əvvəllər yazılar olub. Ən yaxşı halda şikayətçiləri icra hakimiyyətində digər vəzifə sahibləri qəbul ediblər. Həftənin əvvəlində isə belə olmayıb.
Alimpaşa Məmmədovun göstərişi ilə bu ilin əvvəlində Şəmkirdə yerləşən sahibkar qadına məxsus şadlıq sarayının fasadındakı üzlük sökülüb. Alimpaşa Məmmədov aylar öncə sahibkara məxsus şadlıq sarayının üzlüyünü sökdürərkən deyibmiş ki, həmin üzlük gözünə xoş görünmür, sökdürüb aqlay daşla üzlətdirəcək. Lakin aylar keçsə də başçı vədinə əməl etməyib. Uzun get-gəldən sonra icra hakimiyyətindən sahibkar qadına deyiblər ki, Fazil Məmmədovun qohumu və Şəmkir şəhərinin meri Çingiz Həsənova tapşırılacaq, onun şadlıq sarayı satın alınacaq. Amma bu vədə də əməl olunmayıb, 2 ay qabaq Çingiz Həsənov qəfil yoxa çıxıb. Belə iddialar var ki, o, şəhərin abadlaşdırılması üçün ayrılan 10 milyon manat pulla ölkədən çıxıb və geri qayıtmayıb. Buna görə də vəzifəsindən uzaqlaşdırılıb. Bildirilir ki, şadlıq sarayının fasadındakı üzlüyün sökülməsinə də birbaşa Çingiz Həsənov rəhbərlik edib. Fasad sökülərək bərbad hala salındığından şadlıq sarayında heç kim toy məclisi sifariş etməyib. Fasadı sökük şadlıq sarayı uzun müddət toy üzünə həsrət qalıb. Aylardır ki, Şəmkir İcra Hakimiyyətinə ayaq döyən, hər dəfə Alimpaşa Məmmədovdan köməkçiləri vasitəsilə “binanı satın alacağıq, gözləyin” xəbərini alan sahibkar qadını bu dəfə başçı şəxsən qarşılayıb.

2 ay əvvəl Şəmkir meri Çingiz Həsənovun, 1 həftə əvvəl Fazil Məmmədovun işdən çıxarılmalarını Alimpaşa Məmmədova xatırladan sahibkar qadın uca səslə danışıb. Başçıya “bəs mənə söz verdiz, dediz ki, aqlay edəcəyik, etmədiz. Çingizi göndərdiz, Çingiz qaçıb gedib, dediz ki, Fazil Məmmədovdan icazə alıb, şadlıq evini satın alacağıq, Fazil Məmmədovu da işdən çıxardılar” deyib və tələb edib ki, şadlıq sarayı üzlənsin.
Alimpaşa Məmmədov qadını sakitləşdirməyə çalışıb, ondan sakit tərzdə danışmasını xahiş edib. Qadın isə başçıya deyib ki, “bu günə qədər siz bərkdən danışırdız, indi də mən bərkdən danışacağam. Ya pulumu verin, ya da şadlıq evini üzlədin”.
Qaynağımız deyir ki, başqa vaxt olsaydı, Alimpaşa Məmmədov qadını zor gücünə icra hakimiyyətinin binasından çıxartdırardı. Ümumiyyətlə isə özü qəbul etməzdi. İndi isə başçı çətin durumdadır deyə özündən şikayətlərin olmaması üçün əl-ayağa düşüb.

Digər bir xəbərdə deyilir ki, Alimpaşa Məmmədov ötən həftənin cümə günü axşamdan Gədəbəyin icra başçısı Ramiz Yediyarovla birgə Bakıya, Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun yanına yollanıblar. Çıxılmaz durumda olan başçılar Fazil Məmmədovla yaxın qohumluq əlaqəsində olan, onun göstərişlərini hər iki başçıya çatdıran Binəqədinin icra başçısı Xaləddin İsgəndərovdan nə baş verdiyini xəbər alıblar. Sonuncu Şəmkirlə Gədəbəyin icra başçılarına ümidverən bir söz deməyib, rəhbərlik etdikləri rayonlarda bütün qanunsuzluqları aradan qaldırmalarını, problemləri yoluna qoymalarını tapşırıb.

Modern.az saytı isə yazır ki, Fazil Məmmədov “sabiq” statusu aldıqdan sonra nazirlikdə onunla və yaxın çevrəsi ilə bağlı ciddi araşdırmalara başlanıb. Gələn məlumatlarda sabiq nazirin Şəmkirdəki 100 hektar sahəyə malik mülkünün əlindən çıxdığı da iddia olunur. Heç kimə sirr deyil ki, zaman-zaman vergilər nazirinin tam nəzarətində olan Şəmkir rayonunda onun gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə bağlı ictimaiyyət arasında sensasion məlumatlar yer alıb və mətbuatda silsilə materiallar yayımlanıb. 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovla bağlı araşdırmaların doğuracağı səs-küyün hələ qabaqda olduğu vurğulanır. Belə görünür ki, Fazil Məmmədovun komandasında çalxalanma son həddə qədər gərginləşib, komanda üzvləri ayaqda qalmaları, həbsə getməməsi üçün çaba göstərirlər. Yaxın zamanlarda Fazil Məmmədovun komandasının hansı aqibəti yaşayacağına şahidlik edəcəyik... /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi

    Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi ...

    6-12-2017, 21:33

  • 
  • Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası

    Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı ...

    12-12-2017, 12:15

  • 
  • Prezident iki naziri vəzifədən çıxardı

    Prezident iki naziri vəzifədən çıxardı ...

    5-12-2017, 17:18

  • 
  • Fazil Məmmədov üçün həyəcan siqnalı çalındı

    Fazil Məmmədov üçün həyəcan siqnalı çalındı ...

    8-12-2017, 13:50

  • 
  • Fazil Məmmədovu bitirən səbəblər

    Fazil Məmmədovu bitirən səbəblər ...

    5-12-2017, 22:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu