“Beynəlxalq Muğam Mərkəzi”ndə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “SABAH” qrupu IV kurs tələbələrinin ifasında M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” pyesi əsasında hazırladıqları bir hissəli tamaşa növbəti dəfə təqdim olunub.
20 dekabr 2017-ci il tarixdə Universitetin professor-müəllim və tələbə heyyətinin iştirak etdiyi tamaşanın rejissoru, kurs rəhbəri Əməkdar artist Nofəl Vəliyevin rəhbərliyi ilə Xədicə Məmmədova - Şəhribanu xanım, Orxan İsgəndərli - Hatəmxan ağa, Anaxanım Sultanova - Gülçöhrə xanım, Corc Qafarov - Şahbaz bəy, Susana Məmmədova - Xanpəri, Məhəmməd Musayev - Müsyo Jordan, Hilal Dəmirov - Dərviş Məstəli şah, Hüseynağa Aslanov - Qulaməli və ADPU tələbəsi Qönçə Vəliyeva - Şərəfnisə xanım rolunda çıxış ediblər.
Yaradıcı heyyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, dinamika, aydın səhnə danışığı, geyimlər, dekorasiya, tamaşada hər bir şeyin bir-birini tamamlaması tamaşaçı kütləsinə müsbət təsir bağışlayıb. Qeyd edək ki, tamaşanın hazırlanmasında “SABAH” qrupunun rəhbəri Böyükxanım Məmmədbəyova, Səhnə danışığı üzrə dosent Nadir Hüseynov və Plastik həll üzrə rejissor Ruslan İsmayılovun əməyi böyükdür.
Tamaşanın özəlliyi ondadır ki, Azərbaycan Dövlət Pedeqoji Univerisitetinin tələbəsi olmasına baxmayaraq, Şərəfnisə xanım rolunda ustalıqla çıxış edən Qönçə Vəliyeva, tamaşaçıların diqqətini özünə cəlb edir.
O da xüsusi qeyd olunmalıdır ki, Univerisitetin uğurları Fərəh xanım Əliyevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunduqdan sonra başlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?