Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Milli Məclisin deputatı Yazıçı Dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında Universitetin Dram dərnəyinin tələbə üzvlərinin səhnələşdirdiyi eyni adlı tamaşa nümayiş etdirilib.Millət vəkillərinin universitetin müəllim –tələbə heyyətinin və pyesin muəllif və rejisorununda iştirak etdiyi tədbirdə tamaşaçılar tamaşanı göz yaşı içində izləyiblər. İçtirakçılar tamaşanın rejisoru sənətşunaslıq üzrə fəlsəfə doktoru Zəminə Əliyevanı və tələbələri alqışlayıblar. Pyesin müəllifi dramaturq Hüseynbala Mirələmov çıxış edərək bildiribki bu tamaşa 8 ildirki səhnədədir. Tələbələrə təşəkkür edən müəllif bildiribki bu tamaşa xarici ölkələrdədə uğurla nümayiş etdirilib. Tamaşanın Rejisoru əməkdar incəsənət xadimi Bəhram Osmanov – Bu gün Azərbaycanda cox tedbir keçirilir. Amma belə bir tamaşa hazırlayan təhsil müəsisəsi olduğunu düşünmürəm.İnanIramki bir nrce il sonra Qafqaz universitetində möhtəşəm tələbə teatrı yaranacaq. Millət vəkili Arif Əşrəfov çıxışında dəfələrlə universitetin tədbirlərində iştirak etdiyini və yüksək təsuratla ayrıldığını bildirib. Qafqaz kimi universitetin fəaliyyətindən fəxr hissi keçirdiyini vurğulayan millət vəkili Müəllifin Umum milli liderimiz haqdada dəyərli yazılar, əsərlər yazdığını vurğulayıb. Universitetin prorektoru professor Niftalı Qocayev Xocalı faciəsinin Umum milli lider Heydər Əliyevin əsasını qoyduğu Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində dünyada tanınmasından danışıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?