GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məğlubedilməz hakimiyyətin çətin seçki ili

Məğlubedilməz hakimiyyətin çətin seçki ili

Tarix: 13-03-2013, 10:20 Bölmə :Manşet Baxış: 870
Məğlubedilməz hakimiyyətin çətin seçki ili

Fələyin çarxı bir gün üzünü çevirir və bu pis bir zarafata çevrilir

“Dərviş Parisi partlatdı” və ya müsyo Abdullayevin video - bombaları...[/b]

Tarixin ironiyasıdır. Dahi dramaturq Mirzə Fətəli Axundov “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasını qələmə alanda öz dövrünü deyil, 100 il sonranı fikirləşmişdi. Əsərin aktuallığı cəmiyyətə o qədər yaxındır ki, ölkə siyasətində baş verənlər istər-istəməz Dərviş Məstəli şahı yada salır.
Di gəl Axundov Dərvişin əli ilə Firəngistanı yerlə bir edəndə ağlına da gəlməzdi ki, günün birində Parisdən cavab atəşi olacaq. Budur altı aydan çoxdur ki, müsyo Elşad Abdullayev Parisdən Bakıdakı hökuməti fasiləsiz bombardman etməkdədir. Bu bombardman nəticəsində qarşı tərəfdən böyük itkilər var. Ölən, yaralanan, işdən qovulan və həbsə düşənlərin kimliyini və tutduqları vəzifəni nəzərə alsaq müsyo Abdullayevin güllələri boşa çıxmayıb. Hədəf düzgün nişan alınıb və Parisdən Bakının bombalanıb partladılması əməliyyatları davam edir. Bu gün cəmiyyətin qarşısında duran sual isə video-bombaların nə vaxta kimi davam edəcəyi və nəticələrinin necə olacağıdır.
İctimaiyyət düşünür ki, sabiq rektor nəyə nail olmaq istəyir, məqsəd nədir, onu kim himayə edir və bu vəziyyət hara gətirib çıxara bilər? Suallar çoxdur, cavablar isə geniş mülahizələr tələb edir. Bizsə yaxın keçmişə nəzər salaraq müəyyən qənaətlərə gəlmək, nəticələr əldə etmək niyyətindəyik.
Elşad Abdullayev MTN-də çalışıb, hüquqşünasdır, BDU-da müəllim işləyib, prezidentin əmisi Aqil Əliyevlə sıx əlaqələri olub, bir təhsil ocağının rektor idi. Lakin bu hakimiyyətin qulluqçusu olmuş sabiq rektor günün birində qəflət yuxusundan oyanıb görür ki, bütün var-yoxu əlindən çıxıb, əmlakı yağmalanıb, varidatı peşkəş olunub, MTN əməkdaşı olmuş qardaşının isə öldü ya qaldısından biri xəbər yoxdur.
Üstəlik, qardaşının taleyindən xəbər almaq, onu geri qaytarmaq üçün xərclədiyi milyonlar havaya sovrulub. Universiteti bağlanıb, ona verilən vədlərə xilaf çıxıblar, arzuladığı deputat kürsüsü üçün payladığı pulları isə nə balta kəsir, nə də “atvyorka” açır. Ümidsiz və imkanları tükənmiş Abdullayev qisas almağa başlayır. Bəli, bu gün onun yaydığı video materiallar sırf qisas səciyyəsi daşıyır.
O bilir ki, nə ABU qayıdacaq, nə milyonları. Hətta qardaşının da oğurlanması araşdırılmayacaq. Bəs nə etməli deyibən Fransaya mühacirət edir. Və başlanır Bakı hökumətinin gülləboran edilməsi, video-bombalarla partladılması. Gerçəkdən də taleyin ironiyasıdır. Axundovun Dərviş Məstəli şahına cavab olaraq indi müsyo Elşad bəy ortaya çıxıb və Parisdən hakimiyyətin başına bombalar yağdırır. Təkcə odurmu? Xeyr.
MTN əməkdaşı olmuş Ramin Nağıyev, virtual fəal və sabiq rektorun köməkçisi Elnur Məcidli də iqtidara məhz Firəngistanın başkəndindən zərbələr endirir. Başını bərk tutub bu bombalardan qorunmaq istəyənlər isə yarımcan halda müvazinətlərini saxlamağa çalışırlar. Reallıq ondan ibarətdir ki, Abdullayevə qarşı hökumət heç bir adekvat cavab verə bilmir. O videoları yayır, hamımızın 20 ildir bildiyi rüsvayçı faktları əyani şəkildə sübut edir, hakimiyyətin budaqlarını silkələyir, onları içəridən dağıdır.
Bir var müxalifət liderinin hakimiyyəti korrupsiyalaşmış cinayətkar rejim adlandırması, bir də var bu sözün dəlil kimi isbatlanması. E.Abdullayev ikinci funksiyanın yerinə yetirdi və iqtidar ona qarşı heç bir cəza ekspedisiyasını işə sala bilmir. Hətta baş prokuror Zakir Qaralov, deputat Çingiz Qənizadə və hüquq müdafiəçisi Eynulla Fətullayevin onunla görüş cəhdləri nəticə vermədi. Bu hələ bizə görüşlərin açıq tərəfidir.
Kim bilir daha hansı yüksək ranqlı məmurlar ona elçi düşüb və bu görüşlər ictimaiyyətdən gizli saxlanıb. Bu da şübhəsizdir ki, sabiq rektorla görüşənlər onun videoları dayandırması, susması üçün itirdiyi milyonların beş qatını təklif ediblər. Əgər bu gün videoların davamı gəlirsə, E.Məcidli seçkilər ərəfəsində daha gurultulu kadrlar yayımlanacağını anons verirsə deməli, Abdullayev heç bir şərtlə razılaşmayıb və açıq savaşın tərəfdarıdır. Üstəlik, seçkilər vaxtı ən səs-küylü videoların yayılacağı elan olunursa, artıq mübarizə siyasi xarakter daşıyır. Dünənə kimi Abdullayev məhz cinayət faktlarını və qardaşının işinə görə məsələnin ictimailəşdirilməsini istəyirdisə, indi siyasi müstəvidə proseslər cərəyan edəcək. Bu gün onu iqtidara qulluqda ittiham etmək olar. Amma o, son yarım il ərzində gördüyü işlərə görə bütün günahlarını yumuş sayılır. Ən azından mürgülü və ümidsiz vəziyyətdə olan cəmiyyəti ruhlandırıb, bütün dünyaya səs salıb, 6 aydır gündəmin baş xəbərinə çevrilib, müxalifətin hərəkətə keçməsinə təkan verib, iqtidarın iç üzünü açıb.
Hakimiyyətin seçkilərə yanaşmasını, mandat alverçisi olduqlarını sübut edib. Göstərib ki, bu ölkədə bir seçici var, çamadan dolu milyonlarla mandat almaq olar, prezidentin stoluna gedən siyahını dəyişdirmək mümkündür, hökumət üçün xalq peşkadır. Biz bunları bilirdik, amma o sübut etdi.
Bu videolar bir mandat alverçisi olan deputat qadını türməyə yola saldı, bir hakimi işdən çıxartdı, bir kitabxanaçı qadını öldürdü, bir başqa fırıldaqçı şəxsi də dəmir barmaqlıqlar arasında göndərdi. Qalanları da səksəkə içindədir.
İndi onunla vaxtilə görüşmüş və danışıqlar aparmış şəxslər həyəcan içində boğulur ki, görəsən onunla da olan videonu yayacaqmı? Fərz edək ki, bu hadisələr heç baş verməyib və hər şey öz axarıyla gedir. Gülər Əhmədova parlament tribunasından camaata dərs keçir, korrupsiyaya qarşı mübarizədən bəh-bəhlə danışır, Sevinc Babayeva kitabxanada öz işindədir, hakim ədalətsiz hökmlər çıxarmaqdadır və s.ilaxır. Amma fələyin çarxı bir gün üzünü çevirir və bu pis bir zarafata çevrilir.
Necə ki, parlament kürsüsündən həbsxana kamerasına gedən yolu ağlına gətirməyən G.Əhmədova indi bu vaqeəni pis bir zarafat hesab edir. Fələyin çarxının döndüyü gün də var. Hakimiyyətdəkilər bunu unutmamalıdır. Proseslərin gedişindən belə nəticə çıxır ki, müsyo Abdullayevin video-bombalarının barıtı Dərviş Məstəli şahın cadu barıtından daha çox olacaq. Seçki ərəfəsində bu xəmir hələ çox su aparacaq...

[b]Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric edildi

    Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric ...

    27-10-2015, 19:49

  • 
  • Elşad Abdullayevin kadrına vəzifə verilir

    Elşad Abdullayevin kadrına vəzifə verilir ...

    30-12-2012, 11:51

  • 
  • Elşad Abdullayev işində daha bir həbs gözlənilir

    Elşad Abdullayev işində daha bir həbs gözlənilir ...

    27-12-2012, 09:00

  • 
  • Elşad Abdullayevin bacısı oğlu ilə aclıq edənlərdən birinin səhhəti pisləşdi

    Elşad Abdullayevin bacısı oğlu ilə aclıq ...

    29-01-2014, 12:50

  • 
  • “Elşad Abdullayev məhkəmədə ifadə verməyə hazırdır”

    “Elşad Abdullayev məhkəmədə ifadə verməyə ...

    12-11-2013, 11:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (44)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu