GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İrəvan Ankara və Bakını dəstəklədi – kritik gəlişmə

İrəvan Ankara və Bakını dəstəklədi – kritik gəlişmə

Tarix: 23-12-2017, 13:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 407
İrəvan Ankara və Bakını dəstəklədi – kritik gəlişmə


Türkiyə və Azərbaycanın ortaq diplomatik uğuru; BMT-də Qüdslə bağlı sənəd işğalçı ölkəni mürəkkəb duruma saldı, Ermənistan Türkiyənin mövqeyini müdafiə eləməli oldu – arqumentlər; erməni şərhçi: “İrəvan ABŞ və İsrailə yaxınlaşmaq şansını qaçırdı...”

BMT Baş Məclisində ötən cümə axşamı Qüdsün statusu ilə bağlı keçirilən kritik səsvermə bəzi mühüm nəticələri ortaya çıxardı. Məlum oldu ki, dünyanın 1 nömrəli superdövləti ABŞ-ın iradəsi heç də həmişə bütün iradələrdən yüksəkdə deyil, beynəlxalq birliyin iradəsi deyilən anlayış da var və Ağ Ev enində-sonunda onu hesaba almaq zorundadır.

Təsadüfi deyil ki, ABŞ-ın, daha doğrusu, prezident Donald Trampın Qüdslə bağlı naşı qərarını Ağ Evin açıq-aşkar hədələrinə rəğmən, İsraildən savayı, cəmi bir neçə xırda ölkə - Honduras, Qvatemala, Marşal adaları, Mikroneziya, Nauru, Palaqo və Toqo (cəmi 9 ölkə) müdafiə edib. 35 dövlət, o cümlədən qonşu Gürcüstan bitərəf qalıb. 128 dövlət, yəni mütləq əksəriyyət, o sırada Azərbaycan, Avropa Birliyi ölkələrinin əksəriyyəti, Rusiya isə sənədi dəstəkləyib. Yəni Amerika faktiki şəkildə məsələdə tək qalıb.

Maraqlı məqamlardan biri də Qüdslə bağlı İstanbul zirvəsinin ardınca Türkiyənin müəllifi olduğu bu qətnamə layihəsinə işğalçı Ermənistanın da səs verməsi, beləliklə, beynəlxalq hüquqa özü də bilmədən sayğı sərgiləməsi olub. Deyilə bilər ki, satellit Ermənistan həm də Rusiyanın mövqeyini ciddiyə alıb. Lakin bu, məhz elə məsələ idi ki, İrəvan fərqli mövqe sərgiləyə, bu zaman Ermənistan-Rusiya münasibətləri zərər görməyə bilərdi.

Yaxud Ermənistan ABŞ-ın yanında yer almaqla yanaşı, həm də İsrailə yaxşı bir reverans edə bilərdi - ələlxüsus da Türkiyə və Azərbaycanın anti-ABŞ, anti-İsrail sənədinə səs verməsi fonunda. Lakin maraqlıdır ki, Ermənistan buna getmədi və beynəlxalq hüququn yanında yer almaqla, doyisıyla həm də BMT-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinin legitimliyini öz səsi ilə təsdiqləmiş oldu.

Ayrı sözlə, rəsmi İrəvan faktiki şəkildə Dağlıq Qarabağ məsələsində öz maraqları əleyhinə getməli oldu. Hər halda, Qarabağ məsələsində də beynəlxalq ictimaiyyətin mövqeyi məlumdur. Görəsən, niyə?

*****

Erməni siyasi şərhçi Sarkis Arsruni bu suala cavab tapmağa çalışıb. “Yeni Müsavat”ın məlumatına görə, onun 1 in.am saytındakı “Ermənistan Türkiyə ilə birgə ABŞ və İsrail əleyhinə səs verdi” sərlövhəli şərhində deyilir: “Türkiyə və Yəmənin hazırladığı qətnamə mətnində qeyd olunur ki, Qüdsün yekun statusu yalnız danışıqlar yolu ilə müəyyən edilə bilər və vurun dövlətlər müqəddəs şəhərdə öz səfirliklərini yerləşdirməməyə çağırılır. Ermənistanın bu sənədə səs verəcəyini bir neçə səbəbdən təxmin eləmək olardı. Əvvəla, aydın idi ki, ABŞ məsələdə azlıqda qalacaq və Ermənistan da belə görünür, beynəlxalq birliklə həmrəy olmağı üstün tutub. Bundan əlavə, Qüdsdəki erməni kilsəsinin mövqeyi də yəqin ki, nəzərə alınıb - hansı ki, daha çox öz təhlükəsizliyini Fələstin hakimiyyəti altında görür. Başqa yandan, BMT-dəki bütün prinsipial səsvermələrdə Ermənistan Rusiyanın ardınca gedib. Qüds məsələsində də Moskvanın yanaşması Vladimir Pütin səviyyəsində səslənib. Ancaq medalın arxa tərəfi də var”.

Erməni ekspert fikrini belə izah edir: “İş ondadır ki, Ermənistan İsraildən sonra xaricdən ikinci ən böyük maliyyə yardımı alan ölkədir. Bu mənada biz ayrı mövqe də sərgiləyə bilərdik. Çünki bu, ABŞ-la yaxınlaşmaq və əlaqələr qurmaq üçün əla şans olardı. Məsələn, Ermənistan səsvermə zamanı bitərəf də qala bilərdi - xüsusən də nəzərə alsaq ki, sənədin əsas müəllifi Türkiyə idi. Təbii ki, belə mövqe İsrail-erməni münasibətlərinin inkişafına təkan verər, Bakının Təl-Əvivlə sıx əməkdaşlığına isə zərbə vurardı. Heç də az önəm kəsb eləməyən bir kontur-arqument də odur ki, Tramp Qüdsü İsrailin paytaxtı elan eləməklə konfliktlərin nizama salınmasında presedent yaradıb - mövcud faktlara söykənməklə. Bu insident Qarabağ konfliktinin gələcək nizamlanması üçün də müsbət nümunə ola bilər. Bununla belə, Ermənistan ABŞ-I öz qərarından imtinaya çağıran qətnaməyə səs verdi. Bu, məhz o haldır ki, Ermənistanın istənilən mövqeyini bir neçə sanballı arqumentlə izah eləmək olar. Ümid edək ki, İrəvanın verdiyi qərar müstəqil və ölçülü-biçili olub”.

*****

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan AzadlıqRadiosunun erməni redaksiyasına açıqlamasında İrəvanın Türkiyəni müdafiə etməsinə şərh verib.

XİN sözçüsü Ermənistanın mövqeyinə belə haqq qazandırıb: “Qüdsün statusu beynəlxalq gündəliyin ən mühüm mövzusudur və o, Fələstin-İsrail münaqişəsinin tərəfləri üçün məqbul nizamlama kontekstində, danışıqlar yolu ilə həllini tapa bilər. Bu - uzunmüddətli sülh və təhlükəsizlik üçün yol açardı. Qüdsdə həmçinin çoxəsrlik erməni tarixi-mədəni irsi təmsil olunub. Erməni Apostol Kilsəsi müqəddəs yerlərin hüququ varislərindən biri kimi çıxış edir (Eçmiədzin də Trampın Qüds qərarını pisləyib - A.X.). Təbii ki, Qüds ətrafında situasiyanı diqqətlə izləyirik. Bir daha qeyd edirik ki, yekun status danışıqlar yolu ilə müəyyən edilməlidir”.

*****

O ki qaldı Azərbaycanın BMT-də Trampın məlum qərarı və İsrail maraqları əleyhinə səs verməsinə, bu da kifayət qədər arqumentlidir və ən əvvəl Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa sayğılı olmağımızın vacibliyindən irəli gəlir, dünya birliyinin yanında yer almaq istəyindən qaynaqlanır. Bakı təbii ki, həm də qardaş Türkiyə ilə strateji müttəfiqliyin fərqindədir və Ermənistanı işğalçı kimi tanıyan müsəlman dünyasını, həmçinin İƏT-i görməzlikdən gələ bilməzdi. Rusiya ilə əlaqələri normalda saxlamaq imperativi də öz yerində (BMT səs verməsində Azərbaycan Rusiya ilə eyni mövqe sərgiləyib).

Yəqin ki, sadalanan gerçəklikləri Azərbaycanla strateji tərəfdaşlığı davam etdirməkdə maraqlı olan İsrail dövləti də yaxşı anlayır... /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Birləşmiş Millətlər Təşkilatı Trampın Qüds qərarını rədd etdi-VİDEO

    Birləşmiş Millətlər Təşkilatı Trampın Qüds ...

    22-12-2017, 11:30

  • 
  • ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi - QÜDSLƏ BAĞLI

    ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi ...

    9-12-2017, 18:16

  • 
  • BƏƏ Trampın Qüdslə bağlı qərarını "terrorçulara hədiyyə" adlandırıb

    BƏƏ Trampın Qüdslə bağlı qərarını ...

    10-12-2017, 14:50

  • 
  • İrəvanın ABŞ-a qarşı de-marşı - Bakı üçün açılan fürsət

    İrəvanın ABŞ-a qarşı de-marşı - Bakı üçün açılan ...

    21-12-2017, 10:47

  • 
  • ABŞ BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə veto tətbiq edib

    ABŞ BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə ...

    19-12-2017, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu