GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Malik Həsənovu mandatdan məhrum edəcək DOSYE

Malik Həsənovu mandatdan məhrum edəcək DOSYE

Tarix: 25-12-2017, 14:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 514
Malik Həsənovu mandatdan məhrum edəcək DOSYE


Dünyanın bir çox ölkələrində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür. Amma Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında milyonçuların olub-olmaması da bəlli deyil. Buna baxmayaraq mətbuat kluarlarında qeyri-rəsmi olaraq deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı müxtəlif məlumatlar yayılır.

Onu da qeyd edək ki, Azərbaycan qanunvericiliyi deputatların biznes fəaliyyətini birmənalı şəkildə qadağan edir. Bu vaxta qədər bu məsələyə göz yumulsa da, cumhuriyyet.az olaraqəldə etdiyimiz məlumata görə, dövlət idarəçiliyində aparılan köklü islahatlat 2020-ci il parlament seçkilərinə də təsirsiz ötüşməyəcək və daha çox “lal deputatlar” kimi tanınan biznesmen mandat sahibləri parlamentdən kənarda qalacaq. “Qələmi qırılacağı” ehtimal olunan deputatlar sırasından bu dəfə 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovun aqibətindən bəhs edəcəyik. Bildirək ki, M.Həsənovun deputatlıqla vidalaşacağı halda bunun səbəbləri sırasında onun passivliyi, biznesmen olmasından daha çox siyasi məqamlar diqqətə alınmalıdır.

Deputatın beynəlxalq ifşası

Bir müddət öncə Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) yayılan son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun – Malik Həsənovun da adı keçirdi. Biz cumhuriyyet.az olaraq həmin araşdırmaya yenidən nəzər yetirərək bildirirrik ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovun da adı var. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…
Bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.

Eldar Mahmudov faktoru və MTN əlaqələri

Malik Həsənovun adının keçməsi ondan xəbər verir ki, başqa deputatlardan fərqlənir. Lakin o da deyilməlidir ki, M.Həsənov təkcə qardaşının sayəsində mandat sahibi olmayıb. Onun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğu barədə zaman-zaman mediada iddialar tirajlanıb. İddialara görə, o, Mahmudovun siyahısından parlamentə düşmüşdü. Bununla bağlı cumhuriyyet.az olaraq yyılan məlumatları olduğu kimi diqqətinizə çatdırırıq: “Malik Həsənovun 2015-ci ildə keçirilmiş parlament seçkilərində də YAP-ın siyahısına adının düşməsinin səbəbkarı elə sabiq MTN şefi Eldar Mahmudov olub. Malik Həsənovun yenidən namizəd olaraq, mandat qazanmasına seçkilərdən xeyli əvvəl Mahmudov təminat verib. O zaman YAP rəhbərliyindən israrlı şəkildə xahiş edib ki, Malik Həsənovu da siyahıya salsınlar və seçilməsinə yardımçı olsunlar”.
Elə bir müddət əvvəl komitə rəhbəri Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyinin üzə çıxması və mətbuat səhifələrini bəzəməsi Həsənovların “quyruğunu qapı arasında” qoymuşdu. Media emissarları hesabına MTN-lə işbirliyini ört-basdır etməyə çalışan K.Həsənov siyasi iqtidarın qəzəbindən özünü qorumağa müvəffəq oldu. Çünki onun postundan getməsi ilə yanaşı həbs təhlükəsi var idi. Odur ki, bəzi media dostlarının xahişi ilə Həsənovlar barəsində məqalələrə ara verilmişdi.

Komitə sədri qardaşının Cəlilabad hökmranlığı

Malik Həsənovla bağlı qalmaqalların əsas ünvanlarından biri də Cəlilabad rayonudur. Ölkə parlamenində mandat qazanmış bir çox depuatlar təmsil etdikləri rayonlarda söz sahibi olmaqla bərabər bəziləri hətta icra başçısı rolunu oynayır. Belə depuatatlardan biridə 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovdur.gundemxeber.az bildirir ki, AzMedia.info-ya daxil olan məlumata görə Malik Həsənov Cəlilabada əməli başlı şah obrazı yaradıb. Belə ki, Cəlibaddakı bütün məmurlar ayda bir dəfədə olsa depuatata hesabat verirlər. Hətta depuata Malik Həsənov Cəlilabad rayonuna etdiyi səfərlər zamanı sahib olduğu restoranın qarşısında məmurlar onun pişvazına çıxırlar. Redaksiyanı Cəlilabaddan məlumatlandıran mənbə bildirir ki, rayonun bütün büdcə təşkilatlarınin rəhbərləri icra başçısı Əziz Əzizovla yox, Malik Həsənovla hesablaşırlar və deputatı rayonun əsil rəhbəri kimi qəbul edirlər. Hətta rayonda artıq idarə müdirlərinin təyinatında Malik Həsənovun əsas rol oynadığı qeyd olunur. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rəst gəlinən məlymatlarda bildirilir ki, büdcə təşkilatlarının rəhbərləri Bakıya səfər etdikləri vaxt mütləq depuatatın qəbuluna gəlirlər və rayonda olub bitənləri icra başçısı Əziz Əzizovun hansı işlər çevirdiyini ona məruzə edirlər. Hətta deputatın rayonda məmurlara qarşı sərt olduğu və icra başçısı Əziz Əzizov başda olmaqla hamısının ondan çəkindiyi deyilir.
Deyilənlərə ən bariz misallardan biri olaraq keçən il Cəlilabad icra başçısının müavini Asif Əzizovun deputat Malik Həsənov tərəfindən döyülməsini göstərir. Həmin vaxt deputatın cavabını qaytaran icra başçısının müavini Malik Həsənov tərəfindən fiziki zora məruz qalmışdı. Deputat başçı müavini ilə dalaşdıqdan sonra Asif Əzizovun məcburi ərziə yazaraq işdən çıxmasını tələb etmişdi. Başçı müavini isə vəzifəsindən getməyəcəyini desə də sonda icra başçısı Əziz Əzizov Asif Əzizovu yola gətirərək işdən çıxmasına razılıq almışdı. Həsənov qardaşlarının «çirkli pulları»nı «yuyan» əsas müəssisə də Beynəlxalq Bankın Cəlilabad filialıdır. Xalası oğlu Xalis Abbasovun rəhbəri olduğu filialda təkcə komitə sədrinin deyil, həmçinin Malik Həsənov və Cəlilabadın icra başçısı Əziz Əzizovun da pulları «yuyulur». Mənbənin bildirdiyinə görə, hər il yüz milyonlarla dollar vəsaiti asanlıqla «təmizləməyi» bacaran filial rəhbəri, bunun müqabilində «payı»nı alır. Maraqlı məqamlardan biri də odur ki, Beynəlxalq Bankın Cəlilabad filialı ilboyu bircə dəfə belə istehlak krediti vermir. Bu filialın yaradılmasının səbəbkarı kimi də komitə sədri göstərilir və bildirilir ki, məqsəd «çirkli pulları» «yuduqdan» sonra onları xaricə transfer etməkdən ibarətdir. İddialara görə, Cəlilabad icra başçısı Əziz Əziovun qardaşları və qohumları Malik Həsənovun tikinti şirkətində işləyirlər. Bu şirkətlərdən biri Əziz Əzizovla şərikli paytaxtın «Papanin» deyilən ərazisində hündürmərtəbəli bina tikintisi ilə məşğuldur. Mənbə bildirir ki, bir neçə il öncə Əziz Əzizov, həmin tikintisi üçün ölkədəki bankların birindən 2 milyon manat kredit götürüb və həmin kredit hazırda tam ödənilmədiyi üçün problemli kredit hesab olunur.
*** *** ***
Bir sözlə hazırki, durumda Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var. Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir. Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ŞOK: Dörd biznesmen deputatın “qələmi qırılıb”

    ŞOK: Dörd biznesmen deputatın “qələmi qırılıb” ...

    1-04-2014, 10:28

  • 
  • "ABŞ Azərbaycanda parlament seçkilərinə hazırlığı diqqətlə izləyir" - Səfir

    "ABŞ Azərbaycanda parlament seçkilərinə ...

    29-10-2015, 22:29

  • 
  • Avropalı deputatlar Azərbaycana gəlir

    Avropalı deputatlar Azərbaycana gəlir ...

    11-06-2013, 00:32

  • 
  • Azərbaycanda kimlər milyarderdir?

    Azərbaycanda kimlər milyarderdir? ...

    13-11-2013, 11:30

  • 
  • ​Erməni deputatlar Bakıda SƏFƏRDƏDİR

    ​Erməni deputatlar Bakıda SƏFƏRDƏDİR ...

    21-09-2017, 22:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu