72 yaşlı Bakı sakini Ramiz İbrahimov əmlak probleminə görə redaksiyamıza müraciət edib.
Şikayətçi bildirib ki, ötən ilin aprel ayında Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanında abadlıq işləri aparılan zaman onlara məxsus obyekt sökülüb. Sakinə konpensasiya ödəniləcəyinə dair söz verilsə də, hazırda heç bir qurum öhdəsinə götürmək istəmir:
“Həmin ərazidə yerləşən 133, 2 kv.m olan qeyri-yaşayış sahəsinə ƏMDK yanında DƏDRX-nın Bakı İdarəsi tərəfindən 09.08.2016-cı il tarixli 0903676 saylı dövlət reyestrindən çıxarış verilib. Əlimizdə sənədlərimiz olsa da, müraciət etdiyimiz heç bir orqandan cavab ala bilmirik. Bizə park qurulacağı bildirilsə də, bu yaxınlarda böyük bir restorranın tikildiyini gördük. Yaşlı adamam, söz verdikləri kimi haqqımı tələb edirəm. Ancaq dövlət qurumlarının yollarında qalmışam. Əmlak Komitəsi işi icranın üstünə atır. Ölkə rəhbərliyinə müraciət etmişik, oradan da Hacıbala Abutalıbova göndərilib. Tapşırıq verilib ki, kompensansiya ödənilsin. Hacıbala müəllim də sənədi Maliyyə Nazirliyinə göndərib. Maliyyə Nazirliyindən də cavab gəldi ki, bu məsələ bizə aid deyil, İcra Hakimiyyəti həll etsin. Oranın bazar qiyməti yüksəkdir. Hesablamalarımıza görə 600 min pul edir. İndi bilmirik ki, kimə müraciət edək”. /teref.info
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?