GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kürdəmirli ananın fəryadı "Müstəntiq günahsız oğlumu həbsə atdırıb "

Kürdəmirli ananın fəryadı "Müstəntiq günahsız oğlumu həbsə atdırıb "

Tarix: 28-08-2017, 23:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 606
Kürdəmirli ananın fəryadı "Müstəntiq günahsız oğlumu həbsə atdırıb "


17 yaşlı məktəblinin həbs edilməsinin səbəbi nədir?

"Gündəm Xəbər" qəzeti olaraq, zaman-zaman ölkədə baş verən qanunsuzluqları işıqlandırmağa çalışırıq. Redaksiyamıza tez-tez müxtəlif şikayət məktubları daxil olur. Bu məktublarda ən müxtəlif məsələlərdən - korrupsiya, rüşvət, məmur özbaşınalığı, insan haqlarının pozulması, müxtəlif sosial ədalətsizliklər və sairdən bəhs olunur. Xüsusilə də bölgələrdən redaksiyamıza şikayət edənlər üstünlük təşkil edir. Təəssüf ki, bu şikayətçilər arasında hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətindən narazılıq edənlər də olur. Bu da səbəbsiz deyil. Çünki bu sahədə də neqativ hallar müşahidə olunur. Hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları qanunları pozur, qanunsuz əməllərlə məşğul olur, insanlara işgəncə verir, etmədiyi cinayətləri insanların boynuna qoymağa çalışırlar. Son nəticədə bəzi vətəndaşlarımız işgəncələrə məruz qalır, onların hüquqları kobud şəkildə pozulur, vətəndaşların dövlətə, polis, məhkəmə və prokurorluq oranlarına inamı sarsılır. Bəzi polis məmurları, prokurorluq əməkdaşları, məhkəmə hakimlərinin qanunsuz əməlləri hüquq-mühafizə orqanlarına ləkə gətirir. Redaksiyamıza daxil olan növbəti şikayət də elə bununla bağlıdır.

Kürdəmir rayonu, Xınıslı kənd sakini Salahova Güləbətin Rza qızı "Gündəm Xəbər" qəzetinə ünvanladığı şikayət məktubunda bildirir ki, onun
övladı - 17 yaşlı məktəbli Məmmədov Bəhram Yenigibar oğlu qanunsuz həbs edilib. Şikayətçinin sözlərinə görə, onun övladına işgəncə verib törətmədiyi iyrənc cinayəti boynuna qoyublar: "Kürdəmir Rayon Polis Şöbəsində azyalı övladıma ağır, dözülməz işgəncələr verilib. Yeniyetmə övladım Bəhramın törətmədiyi cinayəti boynuna qoyublar. Heç bir mötəbər subut və şahid olmadığı halda oğlumu həbs ediblər".

Güləbətin Salahova yazır ki, həyat yoldaşı Məmmədov Yengibar Bəhram oğlu 1-ci qrup gözdən əlildir: "Özüm isə pambıqçıyam. Oğlum Bəhram 11-ci sinifdə oxuyur.Guya oğlum 16 yaşlı həmkəndlisi Məmmədov Rəvan Faiq oğlunu zorlayıb. Hansı ki, Rəvan Məmmədov mənim oğlumdan dəfələrlə canlıdır. Həmçinin belə bir hadisənin heç bir şahidi yoxdur. Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi, polis mayoru Rüfət Mustafazadə kəndimizdən çoxlu sayda azyaşlıları zorla gətirib hədə-qorxu gələrək oğlumun əleyhinə yalan ifadə verib şahidlik etməyə məcbur etsə də, çirkin niyyətinə nail ola bilmir. Polis mayoru Rüfət Mustafazadə azyaşlıları - 7-ci sinif şagirdi Məmmədov Maarif Çingiz oğlunu, 11-ci sinif şagirdi Manafov Eldəniz Mübariz oğlunu və 10-cu sinif şagirdi Abışov Zamiq Müslüm oğluna hədə-qorxu gələrək, onları oğlum Bəhramın əlehinə ifadə verməyə məcbur etmək istəyir. Müstəntiq azyaşlıları məcbur edir ki, onlar ifadə verib Bəhram tərəfindən zorlandıqlarını desinlər. O, bu çirkin hərəkəti ilə azyaşlıları və onların valideyinlərini şantaj edib pul almaq istəyir".
Şikayətçi bildirir ki, həmin azyaşlıların valideyinləri də müstəntiqin bu hərəkətlərindən narazıdırlar: "Artıq həmin valideyinlər mərkəzi orqanlara şikayətlər göndəriblər. Onlar bu özbaşınalıqla bağlı şikayət etmək üçün Prezident Administrasiyasına gedəcəklər. Ancaq müstəntiq öz çirkin hərəkətlərini davam etdirir. Özünü mətbuat işçisi kimi qələmə verən Aslanov Sahib Məhəmməd oğlu da bu işdə canfəşanlıq edib və mənim oğlumun həbs edilməsinə nail ola bilib.Çünki bu hadisəni birbaşa onun oğlu Münasib edib və videoçəkliş aparıb. Münasib həmin videonu yayıb deyə hadisənin üstü açılıb. Mənim oğlum Bəhramın isə bu hadisədən xəbəri olmayıb. Sadəcə, Bəhram zorlamaya məruz qaldığı bildirilən oğlanla əvvəllər dalaşdığı üçün özünü mətbuat işçisi kimi qələmə verən Sahib Aslanov və müstəntiq Rüfət Mustafazadə əlbir olub onu öyrədiblər və oğlumun əlehinə ifadə alıblar. Həmin zorlama hadisəsini videolentə alan şəxsin, oradakı zorlayanın kimliyini nə üçün müəyyən etmirlər ? Nə üçün heç bir şahid, subut olmadan yeniyetmə övladımı həbs ediblər ? Hamının toylarda gitara çalan kimi tanıdığı Sahib Aslanovun özünü mətbuat işçisi kimi qələmə verib polisləri şantaj edib öz oğlu Münasibi məsuliyyətdən kənarda saxlaması faktı araşdırılmalıdır. Biz oğlum Bəhramın barəsində olan cinayət işinə Kürdəmir Rayon Polis Şöbəsində müstəntiq Rüfət Mustafazadənin ibtidai istintaqı aparmasına etiraz edirik.Çünki burada qərəzçilik və şəxsi maraqlar var. Oğlum Bəhram evə xəbər göndərib ki, ona ağır, dözülməz işgəncələr verilib, etmədiyi çirkin cinayəti boynuna qoymaq istəyirlər".
Şikayətçi bildirir ki, obyektivliyinə inanmadıqları üçün Rüfət Mustafazadənin bu cinayət işinin istintaqını aparmasına etiraz edir: "Mən mətbuat vasitəsilə Azərbaycanın vicdanlı vəkillərindən xahiş edirəm ki, mənim məktəb yaşlı, günahsız oğlum Bəhramın hüquqlarını müdafiə etsinlər. Oğluma təyin edilən vəkil polis mayoru Rüfət Mustafazadənin əlaltısıdır. Xahiş edirəm ki, bizə kömək edin.Oğlum Bəhram xəbər göndərib ki, bu haqsızlığa görə intihar edəcəm. Bir ana kimi çox-çox narahatam və mən özüm də bu haqsızlığa görə intihar edəcəm. Bunun məsuliyyəti isə Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi Rüfət Mustafazadənin üzərinə düşəcək".
Sonda şikayətçi bildirir: "Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə,Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının Hüquq- Mühafizə Orqanları ilə iş üzrə şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər naziri cənab Ramil Usubova səslənərək, xahiş edirəm ki, bu qurama cinayət işinin obyektiv istintaq edilmısinə tapşırıq versinlər".

Zöhrab Təmrazov
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazax Elektrik Şəbəkəsi rəsinin özbaşınalığı

    Qazax Elektrik Şəbəkəsi rəsinin özbaşınalığı ...

    11-04-2017, 16:05

  • 
  • Yevlaxda sürücülük vəsiqəsi alverinə dair şok faktlar

    Yevlaxda sürücülük vəsiqəsi alverinə dair şok ...

    14-09-2016, 21:09

  • 
  • Sabunçu Rayon Enerji Satışı və Təchizatı İdarəsindən şikayət

    Sabunçu Rayon Enerji Satışı və Təchizatı ...

    22-11-2014, 23:25

  • 
  • Bir ailənin faciəsi

    Bir ailənin faciəsi ...

    26-10-2015, 18:09

  • 
  • Rusiya hüquq müdafiəçiləri Orxan Zeynalovu tutanları məhkəməyə verir - (Yenilənib)

    Rusiya hüquq müdafiəçiləri Orxan Zeynalovu ...

    21-10-2013, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu