GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağcabədidə “itgin axtarışına” inşaatçılar son qoyurlar- ŞOK OLAY

Ağcabədidə “itgin axtarışına” inşaatçılar son qoyurlar- ŞOK OLAY

Tarix: 19-01-2018, 20:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 385
Ağcabədidə “itgin axtarışına” inşaatçılar son qoyurlar- ŞOK OLAY


Nuşirəvan Məmmədov: “Həmin vaxtlarda ailə üzvlərimizə qarşı zorakı və fiziki addımlar atılan zaman, giriş qapımızdakı “darvaza dirəyi itgin salınır”

Bu da danılmaz bir həqiqətdir ki, hal-hazırda respublikamızın şəhər və rayonları içərisində daha çox sosial problemlər məngənəsində boğulan, vətəndaş hüquqları tapdaqlar altına atılan, baş verən digər qanunsuzluq əməllərinə görə adı məşhur olan rayonlardan birinin də, məhz Ağcabədi rayonu olduğu bildirilir. Bu haqda yerli sakinlərdən bəziləri iddialarını da irəli sürürlər. “Gündəm Xəbər” olaraq bu günə kimi redaksiyamıza adı çəkilən rayonun çoxsaylı sakinləri tərəfindən silsilə müraciətlər, şikayət ərizələri daxil olduğundan, bizim belə bir qənaətə gəlməyimizə kifayət qədər əsaslar da var. Onlar redaksiyamıza ünvanladıqları müraciətlərində Ağcabədidə hökm sürən süründürməçilik amillərinin varlığından, məmur özbaşınalığının tüğyan etməsindən, sosial problemlərin əndazəni aşmasından və digər qanunsuzluğa söykənən olayların varlığından bəhs edirlər. Təəssüf doğuran hal odur ki, ünvanlanan müraciətlər əsasında bu günə kimi neçə-neçə sakinlərin problemlərini ictimailəşdirsək də, aidiyyəti qurumları baş verənlərlə bağlı lazımınca məlumatlandırsaq da, məhz sakinlərə məxsus problemlərin çoxu hələ də həllini tapmır ki, tapmır. Məsələn, bir–iki gün bundan öncə “Gündəm Xəbər”in redaksiyasına əslən Ağcabədi şəhərindən olan və rayonun Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğlu tərəfindən növbəti müraciəti daxil olub. Adı çəkilən şəxs ünvanladığı müraciətində yazır ki, “hazırda Ağcabədi şəhərinin küçələrində kanalizasiya xətləri çəkilməkdədir. Düzdür, bu gün qazıntı işləri bir neçə küçədə həyata keçirilir və belə bir səbəb üzündən də, şəhərin əksər küçələri tamamilə bərbad hala salınıb.

Ağcabədidə “itgin axtarışına” inşaatçılar son qoyurlar- ŞOK OLAY


Bu cür vəziyyətin varlığına baxmayaraq, atılan addımlar yerli sakinlərdə xoş ovqat hissi də yaradır. Çünki, tezliklə qazılmış küçələrdə ərazilər tam qaydaya salınacaq, sakinlərin içməli su və digər əhəmiyyət kəsb edən problemləri həllini tapacaq. Bir qədər vaxt keçdikdən sonra isə, sakinlər çirkablı suların üfunət qoxuyan iyi ilə nəfəs almayacaqlar. Bəli, bütün bunlar hər kəsin rəğbətlə qarşıladığı istək və arzulardır ki, onlar da yavaş-yavaş həllini tapmaq üzrədir.
Bütün bunlarla bərabər kanalizasiya xətlərinin çəkilişi, hətta bizim 2012-ci ildən düşünüb-daşınmadığımız, ağlımıza belə gətirmədiyimiz mənzərə ilə üz-üzə qalmağımıza da səbəb oldu. Çünki, təqribən 2007-2008-ci illərdən qonşumuzla aramızda əmələ gələn problemlər, məhz mənim aidiyyəti qurumlara davamlı müraciətlər ünvanlamağıma da səbəb oldu. Təəssüf doğuran hal o oldu ki, üz-üzə qaldığımız problemlərlə bağlı Ağcabədi rayon Məhkəməsində keçirilən məhkəmə proseslərindən sonra, qərarın icrası məhkəmə icra şöbəsinə göndərilsə də, icra məmurlarının bitərəf mövqeləri yaşanan problemlərin üstünə yeni bir problemlər də gətirdi. Məslən, həmin vaxtlarda ailə üzvlərimizə qarşı zorakı və fiziki addımlar atılan zaman, giriş qapımızdakı “darvaza dirəyi itgin salınır”. Düzdür, “darvaza dirəyinin itgin salınması” ailə üzvülərimizdə müəyyən şübhələrin, müxtəlif versiyaların formalaşmasına səbəb olsa da, çox şükürlər olsun ki, 2017-ci ilin 22 dekabr günü bütün bunlara son qoyuldu. Yəni, təqdim olunan şəkillərdən də göründüyü kimi şəhərin H.Aslanov küçəsində, daha dəqiq desəm yaşadığımız evin ön hissəsinə yaxın ərazidə kanalizasiya xətlərinin çəkilişini həyata keçirənlər torpaq qatını qazan zaman, 21 iyun 2012-ci il tarixdən “itgin salınan darvaza dirəyi”ni tapırlar. Bizə məxsus “darvaza dirəyi”nin tapılması, bu gün də rayonda müəyyən söz-söhbətə səbəb olmaqdadır. Bu da onu söyləməyə əsas verir ki, belə bir problemlə bağlı 1005 (min beş) ədəddən çox aidiyyəti üzrə ərizə və şikayətlər ünvanlasam və onlar araşdırılması rayon prokuroluğuna göndərilsə belə, son anda Ağcabədi rayon prokuroru cənab Salman Səmədovun tabeçiliyində olan şəxslərin tapa bilmədikləri “itgin salınan darvaza dirəyi” sadə inşaatçılar tərəfindən tapıldı. Bu cür addımlar da onu söyləməyə əsas verir ki, onlar digər “itgin salınanları” da tapa bilərlər. Deməli növbəti dəfə sadə inşaatçılar rayon prokurorluğunun əməkdaşlarından fərqli olaraq bu cür tapıntıları təkrar aşkarlayarlarsa, o halda Ağcabədinin “qədimi şəhər” olması haqda bir kimsədə “şəkki-şübhə” qalmaz. Bu yöndə əldə etdiyimiz məlumatlardan bəlli oldu ki, 21 iyun 2012-ci il tarixdən bizə məxsus “darvaza dirəyi”nin itbata salınmasında, birbaşa Ağcabədi rayon Məhkəməsi İcra şöbəsinin rəhbəri Alıyev Gəray Seyrəddin oğlunun müstəsna xidməti, unudulması mümkün olmayan zəhməti olur. Yəni, adı çəkilən bu şəxs bizə məxsus “darvaza dirəyi”nin “itgin salınmasında” baş rolda olur və bizim ailə üzvlərimizə qarşı fiziki və zorakı addımlarını, həmçinin digər addımlarını da atmaqla, artıq neçə illərdir ki, yaddaşlarımızda silinməz izlər də buraxıb. Atılan addımlar nə qədər acı olsa da, bu gün sevincimizin həddi-hüdudu yoxdur. Çünki, “itgin həsrəti” hər kəsi sızıldadan anlardır. Bir anlığa yada salaq ki, çoxları “XƏZƏR TV”-nin “Səni axtarıram” proqramında hansı anları yaşayırlar və itgin düşənlərinə qovuşan zaman isə, hansı sevinc hissləri ilə üz-üzə qalırlar. Bəli, bu da bizim sevinc hissimizdir. Ona görə ki, biz 21 iyun 2012-ci il tarixdən “itgin salınan darvaza dirəyi”nin axtarışına çıxsaq da, bütün həsrətlərimizə 22 dekabr 2017-ci il tarixdə birdəfəlik son qoyuldu. Odur ki, ünvanladığım müraciət əsasında üz-üzə qaldıqlarımız problemləri dərc edən bu mətbu orqan vasitəsilə, bizi arzumuza qovuşduran inşaatçılara gec də olsa təşəkkür etməyi, sanki özüm üçün bir borc bildim”.
Hörmətli oxucular! Dərc olunan açıqlamada səslənən hər bir ittiham, məhz Məmmədov Nuşirəvan Məhərrəm oğluna məxsus fikirlərdir. Adı çəkilən şəxsin və ailə üzvlərinin üz-üzə qaldıqları problemlərlə bağlı, biz də müəyyən qədər məlumatlara malikik. Xoşagəlməz hal o olub ki, bu şəxs ailə üzvləri ilə birlikdə bu günə kimi çoxsaylı haqsızlıqlarla üz-üzə qalıb, problemlərinin həlli ilə bağlı aidiyyəti qurumlara onlarla deyil, yüzlərlə deyil, hətta mindən çox ərizə və şikayətlərini ünvanlasa da, təəssüflər olsun ki, Nuşirəvan Məmmədov bu günə qədər də haqqına qovuşa bilməyib. Bax budur hər kəsi sızıldadan anlar. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tərtər sakini probleminin həllini istəyir

    Tərtər sakini probleminin həllini istəyir ...

    4-07-2015, 11:22

  • 
  • Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

    Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır ...

    14-01-2017, 13:04

  • 
  • Ağcabədidə üç avtomobil toqquşdu: yaralılar var

    Ağcabədidə üç avtomobil toqquşdu: yaralılar var ...

    13-10-2015, 21:31

  • 
  • Qusarda səlahiyətsiz bələdiyyə sədri hansı qanunsuzluqlara imza atır?

    Qusarda səlahiyətsiz bələdiyyə sədri hansı ...

    2-05-2017, 22:36

  • 
  • İcra başçısı şit zarafatların aludəçisidir

    İcra başçısı şit zarafatların aludəçisidir ...

    21-06-2015, 07:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu