Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin növbəti iclası keçirilib.
“Gündəm Xəbər” bildirir ki, iclasın gündəliyində ötən iclasda qəbul olunmuş qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. KXCP Ali Məclisi Türkiyə ordusunun Afrində apardığı anti-terrror əməliyyatını da müzakirə edərək, qardaş ölkənin mövqeyini dəstəklədiyini ifadə edib. İclasda həmçinin bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri müzakirə edilib.Partityanın Ali Məclisi KXCP sədri Mirmahmud Mirəlioğlunun növbəti prezident seçkilərində namizədliyini irəli sürüb və qərar qəbul edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?