“Rafil Hüseynov ötən illər ərzində əldə etdiyi çirkli pullar hesabına Bakı şəhərinin Novxanı kəndində “Çingizxan sarayı”na oxşar villa inşa etdirib”
Bu da danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının ümumilli lideri, həmçinin KİV nümayəndələrinin yaxın dostu olmuş mərhum prezidentimiz Heydər Əliyev, dövlətçiliymizin möhkəmləndirilməsində medianın rolunu hər zaman yüksək dəyərləndirirdi. Çünki, onun “Bizə məlum olmayan faktları üzə çıxaran hər bir jurnalistə minnətdaram” deyə səsləndirdiyi açıqlamasından sonra, jurnalistlər ölkəmizin hər bir şəhər və rayonunda, kənd və qəsəbəsində, bir sözlə respublikamızın hər bir ərazisində, o cümlədən Masallı rayonunda da hökm sürən məmur özbaşınalığını çəkinmədən tənqid etməyə başladılar. Ümumilli Liderin siyasi kursunun layiqli davamçısı, ölkə rəhbərimiz cənab İlham Əliyevin “Korrupsiyaya qarşı aparılan mübarizədə hər bir vətəndaş aktiv olmalıdır, o cümlədən jurnalistlər də bu cür neqativ hallara qarşı ciddi mübarizə aparmalıdırlar” açıqlamasını əsas tutaraq, mən də məmur özbaşınalığını çəkinmədən tənqid etməyə başladım. Həmçinin cənab Prezidentin tövsiyyə və tapşırıqlarını əsas tutaraq, ölkəmizin cənub bölgəsində yerləşən rayonlardakı məmur özbaşınalığını, rüşvətxorluq amillərinin varlığını və s. bir çox media qurumlarında mütəmadi olaraq tənqid etdim, kasıb əhalinin müdafiəsinə qalxdım və çox keçmədi ki, əksəriyyətin sevimlisinə də çevrildim. Açıq-aşkar şəkildə vurğulayım ki, Masallı rayon icra hakimiyyətinə başçı təyin olunan Rafil Hüseynov, bu gün də üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirmək əvəzinə, birbaşa sakinlərin hüquqlarını kobud şəkildə pozmaqla məşğul olur. Adı çəkilən vəzifə sahibi ötən illər ərzində əldə etdiyi çirkli pullar hesabına Bakı şəhərinin Novxanı kəndində “Çingizxan sarayı”na oxşar villa inşa etdirib. İndi sual oluna bilər ki, Rafil Hüseynov bu cür tikililərə sərf etdiyi pulları haradan və hansı yollarla əldə edib? Onu da bildirim ki, baş verənlərlə bağlı cənab Prezidentə yazılan əsl həqiqətlər, əldə etdiyim məlumatlara görə cənub bölgəsinin “ukrator”u Habil Əzəmmətov tərəfindən ört-basdır olunur. “Gündəm Xəbər” qəzetində dərc olunan “Başçı qadını niyə döydürür?” faktını araşdırarkən mənə məlum olan o oldu ki, Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun tapşırğı əsasında II-ci qrup ömürlük əlil olan Zəminə Nəzərovadan inşa etdirdiyi mağazaya görə, RİH Aparatı Memarlıq və tikinti şöbəsinin əməkdaşı Abbas Mikayılovun pul tələb etməsi faktı, prokurorluq orqanı əməkdaşları tərəfindən düzgün araşdırılmamışdır. 01 iyun 2016-cı ildə Ələt-Astara yolunun 165-ci km-də bir neçə polis əməkdaşlarının Nəzərovagilin evinə basqın etmələri, II-ci qrup əlili döyərək xəstəxanaya salmaları və s-də prokurorluq əməkdaşları tərəfindən lazımınca araşdırılmır. Belə ki, polislər tərəfindən döyülərək xəstəxanalıq edilən və Lənkəran rayon Mərkəzi Xəstəxanasında 28 iyun 2016-cı ilə kimi, M.N.Qasımov adına Respublika Kliniki Xəstəxanasında isə 12 oktyabr 2016-cı ilə kimi müalicə olunan Nəzərovaya verilən xəstəlik arayışlarına, prokurorun köməkçisi Qasım Ağayev düzgün hüquqi qiymət vermir. Əslində Masallı rayon Polis Şöbəsinin sabiq rəisi Nəriman İmanovun göstərişi ilə, polis əməkdaşları Elşən Talıbov, Rauf Nağıyev, Rasim Ağayev, Vüqar Həsənov və 50 nəfərə yaxın polis əməkdaşları adı çəkilən xanımın yaşadığı evə hücum edib, onu döyməklə xəstəxanalıq da edirlər. Çoxsaylı oxuculara təqdim olunan şəkildən də görünür ki, 7-8 nəfər polis əməkdaşı tərəfindən qolları tutulan xanımın polisə xəsarət yetirməsi absurd məsələdir və heç cür həqiqətə uyğun deyil. Araşdırmalar zamanı o da məlum oldu ki, prokuror köməkçisi Qasım Ağayev, RİH-i başçısının tapşırığına əsasən hadisəni görməyən şəxslərdən saxta ifadələr almaqla onları aldada bilir. Belə bir fakt şahid Qurbanov Samid Xanlar oğlunun Baş Prokuror cənab Zakir Qaralova vurduğu teleqramda da qeyd olunub. Yəni, adı çəkilən şəxs həmin teleqramda Qasım Ağayev tərəfindən aldadıldığını bildirmiş və ağ vərəqə onu imza etməyə məcbur etdiklərini də qeyd etmişdi. Baş verən hadisə ilə bağlı Masallı rayon Prokurorluğunda 5(beş) nəfər şahidin və hadisəni kameraya çəkən kiçik yaşlı məktəblinin dindirilməsi təmin olunmamışdır. Tərəfimdən prokurorluğa ünvanladığım sorğu məktubundan da aydın olur ki, Masallı rayon Polis Şöbəsi post patrul xidməti tağımının əməkdaşları Ağayev Rasim Vidadi oğlunu və Həsənov Vüqar Əlif oğlunu Z.Nəzərovun üzünə durmağı məcbur etmişlər. Cinayət işinin məhkəmə baxışı zamanı Vüqar Həsənov və Rasim Ağayev “biz nə qədər gəlib gedəcəyik, biz bezdik, elə bilirsiniz yalandan adamın üzünə durmaq asanddır?” deməklə, onlar da açıq-aşkar şəkildə iyrənc oyunlardan bezdiklərini dilə gətirirlər. II-ci qrup əlil Z.Nəzərova barəsində toplanmış materialı təsdiq edən prokuror A.Novruzov, ittiham aktını təsdiq edərkən onu qəbul edib dinləməmişdir. Prokuror köməkçisi Nəzərova barəsində cinayət işini hazırlayarkən, Lənkəran şəhər Mərkəzi Xəstəxanasının 2389 saylı 28 iyun 2016-cı il tarixli, M.N.Qasımov adına Respublika Kliniki Xəstəxanasının 1350 saylı 12 oktyabr 2016-cı il tarixli arayışlarına hüquqi qiymət verməmişdir. Nə üçün, hələ ki, o bəlli deyil. Araşdırmalar zamanı o da məlum oldu ki, Masallı rayon prokurorluğunun müstəntiqi Cahangir Qurbanov, rayonun Ərkivan kənd bələdiyyəsinin sədri Anar Rəcəbovun etdiyi cinayət hərəkətini dəqiq araşdırmamış və onun Sevanə Bədəlovanı aldadaraq 3000 (üç min) manat pulunu ələ keçirməsi faktına da hüquqi qiymət verməmişdir. Ədliyyə Nazirliyi, Bələdiyyələrlə iş üzrə şöbənin əməkdaşı Cavanşir müəllimin Anar Rəcəbov barəsində topladığı cinayət xarakterli əməllərinə Cahangir Qurbanov hüquqi qiymət vermir və adı çəkilən vəzifə sahibi 143-C-17 saylı 10 avqust 2017-ci il tarixli qərarı ilə, cinayət işinin rədd olunması haqda qərar çıxarır. Prokuror A.Novruzovun müstəntiqə “Banka sorğu ünvanla və dəqiqləşdir ki, qeyd olunan vaxtda Sevanə Bədəlovanın adına pul ödənilibmi?” tapşırığına Cahangir Qurbanov məhəl qoymur. Bir faktı da oxucuların diqqətinə çatdırıram ki, Masallı rayonunda vəzifəli şəxslər cənab Prezidentin “korrupsiyaya və rüşvətxorluğa qarşı birlikdə mübarizə aparaq” deyə vermiş olduğu tapşırığına bu gün də əməl etmirlər. Əgər onlar belə bir tapşırığa əməl etsəydilər, o halda Abbas Mikayılovun Zəminə Nəzərovadan inşa etdirdiyi tikintiyə görə, Anar Rəcəbovun isə Sevanə Bədəlovadan yaşadığı torpağa və evə sənəd vermək adi ilə onu aldadaraq dələduzluq yolu ilə 3000 (üç min) AZN pulunu ələ keçirməsi faktı ilə bağlı lazımi addımlar atılardı. Təəssüflər olsun ki, dələduzluq əməlinə qol qoyan şəxslə bağlı edilən şikayətlərin heç biri, bu günə kimi də həllini tapmayıb. Masallıda həyata keçirdiyim jurnalist araşdırmaları zamanı bəzi mənbələrdən onu da öyrənə bildim ki, Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən, həmçinin PA-dan rayona ezam olunmuş komissiya üzvlərinin İsgəndərli-Kosakül asfalt yolunun sağ və sol tərəflərindəki, eyni zamanda “Allahyarlı yolu” adlanan ərazinin yaxınlığındakı torpaqlar bələdiyyə tərəfindən qazılaraq, Hacı Adnaya satılan torpaqlara məxsus çalalarının doldurulması barədə verilən tapşırığa, bu gün də Anar Rəcəbov əməl etmir. 26 mart 2017-ci il tarixdə səhər saat 04:50 radələrində havanın olduqca dumanlı olduğu bir vatxtda, Masalıdan Ərkivana hərəkət edən qazel markalı, dövlət nömrə nişanı 44-BS-386 olan nəqliyyat vasitəsi mərhum Vüsalə Cavadovanın sol tərəfindən vuraraq onu yolun əks tərəfinə atır. Həmin vaxt Lənkəran rayonunun Zövlə kənd sakini Rasim Rzayevin idarə etdiyi 42-BK-984 dövlət nömrə nişanlı avtomobil, Vüsalə Cavadovanın üstündən keçir və mərhuməni 15 metrlik məsafəyə sürükləyir. Dünyasını dəyişən Vüsalə Cavadovanın ölümündə günahkar Rasim Rzayev olsa da, Masallı rayon Polis Şöbəsinin baş müstəntiqi Anar Xəlilovun tapşırığı əsasında, müstəntiq İqbal Rəhimli təqsirkar tərəfdən xeyli məbləğdə “bəxşiş” alır və belə bir səbəblər üzündən də, Rzayev məsuliyyətdən kənarda qala bilir. 170640035 saylı cinayət işinin məhkəmə baxışı zamanı hakim Hilal Xəlilova və ittihamçı prokuror Nicat Zeynalova “Bu qoca, xəstə kişini niyə tutmusunuz?”, qızımı maşının altına salaraq 15 metr sürükləyən sürücünü gətirin” deyə ünvanladığı açıqlamasına nə hakim Xəlilov, nə də ki, prokuror Zeynalov hüquqi qiymət vermədilər. Bir sözlə, adı çəkilən vəzifə sahibləri mərhum Vusalə Cavadovanın anası Dilbər xanımın tələbini yerinə yetirmədilər. Beləliklə, 60 yaşlı şəkər xəstəsi, gözü zəif görən Həşimov Əzizəli Yaquboğlu məmur özbaşınalığının ədalətsiz qurbanına çevrildi. Onu da çoxsaylı oxucuların diqqətinə çatdırım ki, Azərbaycan məhkəmələrində bəzi hakimlərin özbaşınalığı, onların şəxsin iştirakı olmadan ədalətsiz qərar çıxarmaları, məhkəmə baxışı zamanı fərziyələrə istinad edərək addımlarını atmaları, Masallı rayonu Ərkivan qəsəbə sakini təqaüdçü Cəbrayıl Əzimovun, həmçinin rayonun Qodman kənd sakini Anar Səmədovun ifadələrindən də məlum olur ki, Xəzər rayon Məhkəməsinin hakimi Tərlan Əkbərovun, Masallı rayon Məhkəməsinin sabiq sədri Hilal Xəlilovun, həmçinin Ali Məhkəmənin hakimi Akif İsgəndərovun heç bir təsdiqedici sənəd olmadan 2(102)4527/17 saylı iş üzrə qərar qəbul etməsi, həmçinin müstəntiq Cahangir Qurbanovun, prokuror köməkçisi Qasım Ağayevin, RİH Aparatının Memarlıq və tikinti şöbəsinin əməkdaşı Abbas Mikayılovun Z.Nəzərovadan rüşvət tələb etməsi, Sevanə Bədəlovadan bələdiyyə sədri Anar Rəcəbovun onu aldadaraq 3000(üç min) AZN alması, Masallı rayon Polis Şöbəsinin baş müstəntiqi Anar Xəlilovun və müstəntiq İqbal Rəhimlinin cinayət törətmiş şəxsdən “bəxşiş” alaraq əsl cinayətkarı məsuliyyətindən yayındırması, Ərkivan kənd sakinləri Arzuman və Pənah Abbasovların oğlanlarınının sağlam olmalarına baxmayaraq, onları saxta sənədlər əsasında hərbi xidmətdən yayındıran SHXÇDX Masallı rayon idarəsinin sabiq rəisi Rəsul Quliyevin və s. kimi vəzifə sahiblərinin hərəkətləri açıq-aşkar şəkildə məmur özbaşınalığıdır. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamı davam etdirəcəyəm.
Sorğu
Yeni dizaynımız necədir?