Rafil Hüseynovla Nəsir Muxtarlı haqqında inanılmaz ittihamlar
Bu günlərdə prezident İlham Əliyev, Yasamal rayon icra hakimiyyətinin başçısını etdiyi özbaşınalığa görə vəzifəsindən azad etdi. Bunu da qeyd edək ki, prezident dəfələrlə dövlət məmurlarına xəbərdarlıq etmiş və qanunsuz addım atanlara qarşı barışmaz mövqe tutacağını bəyan etmişdi. Amma təssüflər olsun ki, bu günün özündə də məmur özbaşınalığı, qanunsuz əməllər davam edir. “Gündəm Xəbər”ə daxil olan belə məlumatlardan biri də Masallı rayonu ilə bağlıdır. Daxil olan məlumatda bildirilir ki, Hesablama palatasının rayonda apardığı yoxlamalar nəticəsində məlum olub ki, 50 milyon manat təyinatına uyğun olaraq xərclənməyib. Daha doğrusu 15 milyon manat hansısa yollarla silinsədə 35 milyon manat pulun hara xərcləndiyi məlum olmayıb. Amma rayon sakinlərinin göndərdiyi məktubda bəzi məqamlara aydınlıq gətirilib. Məsələn, iddia olunur ki, rayonun icra başçısı Rafil Hüseynov Novxanı qəsəbəsində 60 sot torpaq alaraq övladları üçün üç mərtəbəli iki villa tikdirib. Bundan əlavə Qax rayonunun İlisu kəndində də xüsusi istirahət mərkəzi tikdirib. Ümumiyyətlə göndərilən şikayət məktublarından aydın olur ki, Rafil Hüseynov daşınmaz əmlak həvəskarıdır və ölkənin müxtəlif bölgələrində, həmçinin ölkə xaricində də daşınmaz əmlakı var. Maraqlıdır ki, bu məsələdə onun mülki iqtisadiyyat üzrə müavini Nəsir Muxtarlınında adı kifayət qədər ciddi məsələlərdə hallanır. Məsələn, iddia olunur ki, Nəsir Muxtarlının Masallı şəhərində iki mərtəbəli yaşayış evi, həmçinin ata yurdunda yenicə tikdirdiyi daha iki mərtəbəli yaşayış yeri və Bakıda Vorovski adlanan yerdə üç mərtəbəli villası var. Göstərilən faktların nə qədər doğru olduğunu tam təsdiqləyə bilməsəkdə rayon sakinləri iddia edirlər ki, bunlar sadəcə görünənlərdir. Əslində isə Rafil Hüseynovun milyonlarla manat dəyərində əmlaklarının, ticarət obyektlərinin olduğu söylənilir. Hətta bunuda iddia edirlər ki, Masallı rayonundakı 1,5 milyon manat dəyərində olan çörək kombinatıda Rafil Hüseynova məxsusdur. Sadəcə olaraq zaman-zaman bu kombinatı başqa adamların adına qeydiyyatdan keçirir. Bəs görəsən bu qədər milyonları başçı və müavini hansı yollarla əldə edə biliblər?. Redaksiyamıza daxil olan məlumatda bəzi maxenasiyalara aydınlıq gətirilib. Gəlin faktlara baxaq. Bildirilir ki, Boradigah Mahmudovar yolunun tikintisinə ayrılan vəsaitin demək olar ki, böyük hissəsi mənimsənilib. Bunun üçün çəkilən yola və ayrılan vəsaitə baxsanız hər şey aydın olar. Və yaxud sənədləşmələrdə göstərilir ki, rayonda kənd daxili 260 km yol çəkilib. Əslində isə deyilənlər yalandır və sadəcə olaraq göstərilən ərazilərdə yollara qum, çınqıl tökülüb. Sənədləşmələrdə göstərilir ki, Gəyəçöl, Xolucalı, Xsobanlı, Əlzəbad, Güllütəpə, Yelağac,Çaxırlı, Ətcələr və s kəndlərdə yol çəkilib. Əslində isə bunlar sənədlərin üzərindədir və 3 milyon manat pulun hara yoxa çıxdığı məlum deyil. Başqa maraqlı və gülməli bir fakt isə 7 kənddə tibb məntəqəsinin tikilməsi ilə bağlıdır. Belə ki, dəyəri 20 min manatdan da az olan bir-iki otaqlı məntəqələrin tikintisinə sənədlərə görə guya 50-60 min manat pul ayrılıb. “Gündəm Xəbər”ə daxil olan məlumatda bu da bildirilir ki, son zamanlar Rafil Hüseynov yeni bizneslə də məşğul olmağa başlayıb. Belə ki, Masallı rayon Viləş çayının Digah kəndindən qum daşıma biznesi yaradılıb və buradan əldə olunan gəlir bir başa icra başçısına çatdırılır. Beləliklə gördüyünüz kimi adi bir rayonun icra başçısının nələrə qadir olduğu aydınlaşır. Bu tip məmurlara qarşı isə hər zaman mübarizə aparmaq mümkün deyil. Ən azından ona görə ki, rayonda darğalıq edənlərin Bakıda da ciddi dayaqları var və bir çox faktlar sadəcə olaraq prezidentdən gizlədilir. Amma son zamanlar həyata keçirilən kadr islahatları daha geniş əhatəyə malik olacaq və yəqin ki, Masallı rayonuda bu əhatəyə daxil ediləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?