Həftə sonları şəhərin 12-ci mikrorayon ərazisində təşkil olunan yarmarkada alıcılar aldadılır.
Bu barədə Sumqayıt sakinləri məlumat verib. Onların sözlərinə görə, məhsulun üzərində yazılan rəqəmlə satış qiyməti uyğun deyil. Satıcılar isə buna məcbur qaldıqlarını iddia edirlər. Belə ki, onlardan məhsulun üzərinə aşağı qiymətlərin yazılmağı tələb olunur. Lakin satıcalara deyilir ki, mallarını istədikləri qiymətə müştəriyə təklif etsinlər.
Sakinlər deyir ki, əvvəllər bu kimi halla rastlaşmayıblar. Onlar bayram ərəfəsi olduğundan belə vəziyyətin yarandığını ehtimal edirlər.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq.
“İndi biri belə söz deyibsə, biz nə edə bilərik? Dəqiqləşdirib sizinlə əlaqə saxlayarıq” – nazirlik sözçüsü bildirib.
Daha sonra isə M.Hacıyev məlumatın yanlış olduğunu söyləyib./minval
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?