GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputat Almaniyadakı səs-küylü tədbiri üz-gözünə bulaşdırdı - Qalmaqal/Video

Deputat Almaniyadakı səs-küylü tədbiri üz-gözünə bulaşdırdı - Qalmaqal/Video

Tarix: 3-04-2018, 13:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 412
Deputat Almaniyadakı səs-küylü tədbiri üz-gözünə bulaşdırdı - Qalmaqal/Video


Deputat Adil Əliyev Almaniyanın Köln şəhərində keçirdiyi tədbiri üzünə-gözünə bulaşdırıb


Ölkə gündəmində ciddi müzakirələrə səbəb olan Kölndəki toplantı rüsvayçılıqla başa çatıb.

A.Əliyev tədbirdə 31 mart soyqırımı günü ilə bağlı çıxış edərkən bu tarixi “gözəl gün” adlandırıb və video görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Təcrübəli deputatın xalqın faciə gününə “gözəl” deməsi böyük siyasi xətadır. Bunu Avropanın və Azərbaycan ictimaiyyətinin qarşısında dilə gətirmək ciddi ajiotaj yaradıb.

Deputat isə iddia edir ki, bu sözü Cümhuriyyətin 100 illiyi ilə bağlı söyləyib. Video görüntülərdə isə elə bir fikrə rast gəlinmir.

Üstəlik, 31 mart Soyqırım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı Diasporasının tədbirində A.Əliyevin “İlhamla irəli” şüarından istifadə etməsi də anlaşılan deyil.

Deputat bu tədbirin leytmotivini öncədən açıqlaya bilərdi: ya seçkilədə prezidentimizə dəstək verir, ya da soyqırımla bağlı çıxışlar edəcək.

Ona görə də toplantını üz-gözünə bulaşdıran A.Əliyevə Rauf Babayev adlı mühacir də etiraz edib və tədbirdə qalmaqal yaşanıb. Hətta mühafizəçilərin həmin gənci bayıra çıxardıqları bildirilir.

Deputat sosial şəbəkələrdə haqqında səslənən ittihamlara da cavab verib: “Əziz həmvətənlilər, martın 31-də Kölndə soydaşlarımızla keçirdiyimiz tədbir uğurlu alındı.

Bunu bir daha ona görə təkrarlamaq məcburiyyətindəyəm ki, Avropadakı 3-5 nəfərlik söyüş qrupu dayanmadan mənə və toplantıya qatılanlara qarşı söyüşlər yağdırır, hamını təhqir edirlər.

Yaxşı, məni hədəf götürmüsünüz, çünki aylardır sizinlə sivil müstəvidə mübarizə aparmaq istəyirəm və fikirlərimi də zaman-zaman sosial şəbəkədə yazıram. Bəs toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz?

Onların baxışları sizin "baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar?

Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız "demokratiya”və "fikir azadlığı”? Niyə hamı sizin kimi düşünməlidir?

Avropadakı soydaşlarım sizin kimi düşündəmikdə kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız?

Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır”.

gundemxeber.az-in fia.az-a istinadən verdiyi xəbərə görə, deputatın hakimiyyətin mövqeyini Avropa tribunasından səsləndirmək cəhdi uğursuz alınıb.

Həm mühacirlərlə bağlı yanlış yanaşmaya yol verdiyi deyilir, həm də soyqırımı gözəl gün adlandırması feysbukda ciddi müzakirələrə səbəb olub.

Bundan əlavə, toplantıya 80 min avrop xərclənməsi haqda iddialar da rezonans doğurub. Millət vəkili isə ittihamları rədd edib.

Bildirib ki, “mənim çıxışımdakı fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar. Mən Cümhuriyyətin 100 illiyini nəzərə alaraq "xoş günümüz” ifadəsini işlətmişəm. Məgər Cümhuriyyətimizin 100 illiyi xoş günümüz deyilmi?

Xoş günümüz dedikdən sonra mart soyqırımına toxunmuşam. Və ya yalandan yazırlar ki, guya Cümhuriyyət haqqında danışarkən Cümhuriyyət qurucularının adını çəkməmişəm. Yenə yalan, yenə iftira!

Üçüncüsü, guya tədbirə özümlə Bakıdan idmançıları aparmışam. Mənimlə Bakıdan Kölnə Kikboksinq Federasiyasının cəmi iki üzvü gedib.

Zaldakı gənclər Almaniyada yaşayan gənclərdir, içərilərində yerli idman klublarının üzvləri də var. Guya toplantı üçün otel salonunun icarəsinə 80 min avro xərclənib və bu, Azərbaycanın dövlət büdcəsinə aiddir.

Əvvəla, Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbaycan və Türkiyə Kültür dərnəklərinə aiddir, bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur, olsaydı toplantımızda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər.

Maliyyəyə gəldikdə, Bakıdan 3 nəfərlə təyyarənin ekonom klas hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri öz üzərlərinə götürüblər. Toplantının keçirildiyi otelin zalına gəldikdə isə 3 saat üçün 1400 avro pul ödənib.

Görəsən, bu yalançılar 80 min avro rəqəmini hardan götürüblər? Yeri gəlmişkən, puldan çox danışırlar, ancaq özləri gah Kölndə, gah Parisdə, gah Amsterdamda peyda olurlar”.


https://www.facebook.com/24saat.org/videos/1476503862459157/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KXCP 31 mart soyqırım günü ilə bağlı anım tədbiri keçirəcək.

    KXCP 31 mart soyqırım günü ilə bağlı anım tədbiri ...

    28-03-2016, 19:37

  • 
  • Deputatın milyonluq villası - VİDEO

    Deputatın milyonluq villası - VİDEO ...

    11-08-2016, 17:39

  • 
  • Ukraynalı deputat separatçıların liderini həbs etdi — Video

    Ukraynalı deputat separatçıların liderini həbs ...

    10-07-2014, 02:09

  • 
  • Adil Əliyevin Rusiyadakı biznesi təhlükədə

    Adil Əliyevin Rusiyadakı biznesi təhlükədə ...

    21-05-2013, 13:47

  • 
  • Rus deputat əsl niyyəti açıqladı: “Keçmiş respublikaları ələ keçirək, “Böyük Rusiya”nı bərpa edək” - VİDEO

    Rus deputat əsl niyyəti açıqladı: “Keçmiş ...

    27-11-2015, 19:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu