GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 7 saylı Doğum Evində rüşvət kabusu – “ya pul ver yada öl” – VİDEO

7 saylı Doğum Evində rüşvət kabusu – “ya pul ver yada öl” – VİDEO

Tarix: 5-04-2018, 21:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 601
7 saylı Doğum Evində rüşvət kabusu – “ya pul ver yada öl” – VİDEO


Analıq xöşbəxtliyinə nail olmaq qadınların demək olar ki, ən böyük arzusudur. Amma bu gün analıq sevincini yaşamaq o qədər baha başa gəlir ki…

Rüşvətin fəsadları

Dövlət səhiyyə müəssisələrində digər tibbi xidmətlərlə yanaşı, qadınların hamiləlik dövründə və ondan sonrakı müddətdə müayinəsi, uşağın dünyaya gətirilməsi qanunla pulsuz olsa da, bu prosedurları keçmək üçün rüşvət tələb olunur. Elə bu səbəbdən də qadınların çoxu hamiləlik dövründə qadın məsləhətxana-larına getmirlər. Tibb müəssisələrində rüşvət faktoru Azərbaycan ailələrində uşaqların xəstəlik və fiziki qüsurlarla doğulmasına da təsir göstərir. Gələcək anaların hamiləlik dövründə tibbi müayinədən keçmə-mələri sonradan problemlərin yaranmasına yol açır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycan qadınlarının 60-80 faizi hamilə olduqları müddətdə məsləhətxanalara getmirlər. Bu isə onların gələcək övladlarının fiziki və əqli qüsurlarla dünya-ya gəlməsinə və ölümünə səbəb olur. BMT-nin və başqa beynəlxalq qurumların məlumatına görə, Azər-baycanda dünyaya ana və körpə ölümünün səviyyəsi hələ də yüksək olaraq qalır. BMT Əhali Fondu mütəxəssislərinin qənaətinə görə, ölkədə hamiləlik və doğuş zamanı baş verən neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsinə ciddi ehtiyac var. Bunun üçün hamilə qadınlar müt-ləq tibbi və genetik müayinələrdən keçməlidirlər.

Pulu hazırlayın

Görəsən hamilə qadınlarımızı qadın məsləhətxanalarından yan qaçmağa məcbur edən səbəb doğurdanmı rüşvət faktorudur? Bu suala aydınlıq gətirmək məqsədilə üz tutduq bir neçə qadın məsləhətxanasına. Əvvəlcə yolumuzu 7 saylı doğum evinin qadın məsləhətxanası şöbəsindən saldıq. Burada ginekoloji ka-binetlərin qarşısında gözləyən hamilə qadınlarla söhbətləşib, müayinələrdən keçmək üçün pul tələb olu-nub-olunmadığını öyrənməyə çalışdıq. Südabə adlı xanımla söhbətdənı öyrəndik ki, əslində tibb müəssi-səsi pulsuz xidmət göstərsə də, hər müayinənin öz haqqı var: “Hamiləsinizsə, ilk növbədə qandakı infeksi-yaların təyini üçün analiz verməlisiniz. Bu laborator müayinənin qiyməti 35 manatdan başlayır. Daha son-ra xəstə qanda şəkərin, hemoqlobinin təyini üçün laborator müayinədən keçir. Bu analizlərə görə isə 4-8 manat tələb olunur. Qanda laxtalanmanın səviyyəsini dəqiqləşdirmək üçün isə ödəniş lazımdır. Daha sonra hamilə qadın nəcisdən və sidikdən analizlər verməlidir. Qadın məsləhətxanalarının nəzdində fəaliyyət göstərən laborotoriyada 5 manat bu analizlərə görə alınır. Yaxmanın mikroskopiyasının qiyməti isə 10 manatdır. Hamilə qadının “Ultrasəs” (UZİ) müayinəsindən keçməsi üçün isə 15-30 manat arası pul tə-ləb olunur”.
gundemxeber.az azerinfo.az-a istinadla bildirir ki, həmsöhbətin dediyinə görə, bu yoxlamalardan keçdikdən sonra ana olmağa hazırlaşan qadın təkrar ginekoloqun yanına gedir. Laborator müayinələrin nəticələrinə görə, resept yazan həkimə ən azı 20 manat “hörmət” edilməlidir.

“Reaktivə pul veririk”

“Başına gələn başmaqçı olar” deyən Gülmirə adlı qadın artıq ikinci dəfədir ki, burada tibbi personala pul payladığını bildirdi: “Qiymətləri əzbərləmişəm. Pul verməsən də keçinmək olmur. Bu elə bir məsələdir ki, söhbət uşağın gələcək taleyindən gedir. Analizə pul verməsən dilləri ilə deyirlər ki, səhv çıxaracağıq. “UZİ” həkiminə hörmət etməsən, uşağın başının, çəkisinin ölçüsünü demir. Naəlac qalıb istəyənə “hör-mət” edirik ki, əziyyətimiz heçə çıxmasın. Amma elə qadınlar tanıyıram ki, pulu olmadığına görə, qadın məsləhətxansına gəlib vaxtı-vaxtında yoxlana bilmir. Belələrinin də bətnindəki körpə ya 9 aya çatmır, ya-xud da ölü doğulur”.

Qeydiyyat əngəli

Hamilə qadınlarla söhbət zamanı onu da öyrəndik ki, müayinələr üçün pul vermədikləri təqdirdə qeydiyyata almırlar. Aynur adlı xanımın sözlərinə görə, belə halda hamilə qadını məcbur edirlər ki, pasport qeydiyyatında olduğu ünvanda qeydiyyata düşsün. Bu isə çox vaxt mümkün olmur. Bəzilərinin Bakıda qeydiyyatı yoxdur, ona görə də, məcbur olub müayinə, qan analizləri üçün tələb olunan məbləği ödəyirlər.

Faktlar var, sübut var, Səhiyyə Nazirliyi susur

Beləliklə bir hamilə qadının lazımi tibbi müayinələrdən keçməsi üçün nə qədər pul tələb olunduğunu ki-çik araşdırma zamanı üzə çıxartdıq. Amma xatırladaq ki, “Hamiləliyin Təqib Proqramı”nın tələblərinə gö-rə, hamilə qadın hamiləliyi təyin olunduğu gündən başlayaraq, bu dövrün başa çatdığı zamana qədər müayinələrə cəlb olunmalıdır. Beynəlxalq standartlara görə, hamilə qadınların bu müddətdə müayinələr-dən keçməsi üçün həkimə müraciət sayının ən azı 9 dəfə olmasını nəzərə alsaq, xərc 9 dəfə böyüyür. Yu-xarıdakı məbləğlə 9 dəfə müayinə üçün həkimə müraciət edən hamilə qadın bu dövr ərzində 820 manat 40 qəpik xərcləməlidir. Amma bu məbləğ yalnız dövlət səhiyyə sisteminin müəssisələrində laborator analizlərə tələb olunur.

Bu günki yazıda sizə qeydiyyat və UZİ otaqlarındakı qanunsuzluqlarla bağlı 3 vudeosüjet yayınlamışıq.

Bundan əvvəl “20 yanvar”da yerləşən “Respublikanski” xəstəxanadakı rüşvətlə , Kürdəmir Xəstəxanasında anoloji halla bağlı videolara Səhiyyə Nazirliyi cavab verməyib. Sorğu göndərmişik, süjet çəkmişik cavab yoxdur.
Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 17-ci maddəsində” deyilir: Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılımış tibbi yardımla pulsuz təmin olunur”. Nazirliyinin tabeçiliyində olan bütün səhiyyə ocaqlarında hamiləlik müddətində və doğuş zamanı pulsuz yardım göstərilməlidir. Hamiləliyin təyini, laborotor təhlillər və diaqnostik müayinələr, doğuşa hazırlıq məqsədilə istifadə olunan dərman və tibbi sərflər, keysəriyyə əməliyyatı və ağrısız doğuş zamanı cərra-hın, mama-ginekoloqun, həkim neonatoloqun və bu prosesdə iştirak edəcək tibbi personalın əmək haq-ları, bu proqrama daxildir. Bəs onda niyə vətəndaşlar 7 saylı doğum evinin qadın məsləhətxanası şöbəsində soyulur?
Sual Oqtay Şirəliyevədir.






  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2 saylı Doğum Evinin Qadın məsləhətxanasında nələr yaşanır?

    2 saylı Doğum Evinin Qadın məsləhətxanasında ...

    7-02-2018, 23:01

  • 
  • Azərbaycanda qadınların 12 faizi evdə doğur

    Azərbaycanda qadınların 12 faizi evdə doğur ...

    29-07-2013, 21:34

  • 
  • Azərbaycanda ana ölümlərinin səbəbləri AÇIQLANDI

    Azərbaycanda ana ölümlərinin səbəbləri AÇIQLANDI ...

    26-10-2015, 17:34

  • 
  • Tibbi arayışsız nikah olmayacaq

    Tibbi arayışsız nikah olmayacaq ...

    17-12-2014, 10:54

  • 
  • Qadınların hamilə qala bilməməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI

    Qadınların hamilə qala bilməməsinin SƏBƏBİ ÜZƏ ...

    14-08-2017, 18:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu