GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 2 saylı Doğum Evinin Qadın məsləhətxanasında nələr yaşanır?

2 saylı Doğum Evinin Qadın məsləhətxanasında nələr yaşanır?

Tarix: 7-02-2018, 23:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 919
2 saylı Doğum Evinin Qadın məsləhətxanasında nələr yaşanır?


Ölkəmizdə abort hallarının qarşısını almaq məqsədilə ana bətnində olan uşağın cinsiyyətinin əvvəlcədən deyilməsi qanunla yasaqlansa da…

Uzun illərdir ki, daha çox ictimai müzakirələrə səbəb olan və zaman keçdikcə isə dövrün tələbinə uyğun bir çox təkmil qanunlar qəbul edilən, amma problemləri hələ də tam aradan qaldırılmayan sahələrdən biri də ölkəmizin səhiyyə sahəsidir. Düzdür, bu sahə olduqca həssas sahə hesab olunur, həmçinin bu sahədə əmələ gələn hər bir yeniliklərin, müəyyən problemlərin varlığı və s. öz aktuallığı ilə də diqqəti cəlb edir. O da hər kəsə bəllidir ki, respublikamızın səhiyyə sahəsi olduqca çoxşaxəlidir və bu sahələr içərisində qadın məsləhətxanaları xüsusu rola malik olan sahələrdən biri hesab olunur. Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bu gün ölkə ərazisində təqribən 138 qadın məsləhətxanası var ki, onların tam əksəriyyətinin fəaliyyətindən çoxsaylı vətəndaşlar narazılıqlarını ifadə etməkdədirlər. Baxmayaraq ki, dövlət səhiyyə müəssisələrində bir çox tibbi xidmətlərlə bərabər, qadınların hamiləlik dövründə, həmçinin hamiləlikdən sonra dünyaya övlad gətirdikləri zaman onlara göstərilən xidmətlərin pulsuz olması Qanunla tənzimlənsə də, əksər qadın məsləhətxanalarında, doğum evlərində qanunun belə bir tələbinə məhəl qoyulmur ki, qoyulmur. Yəni, bu sahələrə rəhbərlik edən şəxslər açıq-aşkar şəkildə “özəl bazar qanunları”nı işə salırlar və idarəçiliklərini də, məhz belə bir qaydalarla da həyata keçirirlər. Hökm sürən bu cür ab-havanın varlığının nəticəsidir ki, adicə bir kimsə bu sahələrdə tibb bacısı işinə girmək istəyərsə, söylənilənlərə görə nə az, nə də çox düz bir neçə min manatının başından keçməlidir ki, arzusunu “çin” edə bilsin. Bir sözlə, istər hamiləlik dövründə, istərsə də övlad dünyaya gətirilən zaman ana olan hər kəs, yaxud da onların yaxınları “bazar qanunları”na riayət etməyə məcbur olurlar ki, digər söz-söhbətlərlə üz-üzə qalmasınlar. Belə bir səbəblər üzündən də, imkansız şəraitdə yaşayan anaların çoxu məsləhətxanalara üz tuta bilmirlər. Bu da bəzi hallarda ana ölümünə, uşaqların qüsurlu formada dünyaya gəlmələrinə səbəb olur. Adicə bir faktı vurğulayaq ki, BMT-nin Əhali Fondunun ümumi hesablamalarına görə, bu gün Azərbaycan qadınlarının təqribən 60-80 faizi hamilə olduqları müddət ərzində məsləhətxanalara gedə bilmirlər. Bu da onların gələcək övladlarının qüsurlu dünyaya gəlmələrinə, hətta ölümlərinə də səbəb olur. BMT-nin və digər beynəlxalq qurumların açıqlamalarına görə, Azərbaycanda ana və körpə ölümünün səviyyəsi hələ də yüksək olaraq qalır. BMT-nin Əhali Fondu mütəxəssislərinin qənaətinə görə, ölkədə hamiləlik və doğuş zamanı baş verən neqativ halların qarşısını almaq üçün, müəyyən tədbirlərin görülməsinə ciddi ehtiyac var. Bunun üçün hamilə qadınlar mütləq tibbi və genetik müayinələrdən keçməlidirlər.
“Gündəm Xəbər”in redaksiyasına Bakı şəhəri, Sabunçu rayonu, Razin qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin Qadın məsləhətxanasında yaşananlarla bağlı xeyli məlumatlar daxil olub. Bu yöndə əldə etdiyimiz məlumatlara görə, adı çəkilən məsləhətxanada hamilə qadınlar müayinələrdən keçən zaman, məsləhətxananın “daxili bazar qanunları” ilə üz-üzə qalırlar. Yəni, bu ünvanda hər müayinəyə görə müəyyən edilmiş məbləğ var. Faciə odur ki, ora üz tutan və gələcəkdə ana olmaq arzusunda olan hər kəs, verəcəyi analizlərə görə, müəyyən aparaturalardan keçməyə görə “rüsum” ödəməzsə, o halda getgəllə üzləşməli olurlar. Bu qadın məsləhətxanasında tətbiq olunan hoqqalardan biri də, müəyyən olunmuş “rüsum” ödənilmədiyi halda düzgün analiz cavablarının verilməməsidir. "UZİ" həkimi ilə “bazar dili”ndə danışıb razılığa gəlmədiyin halda, hətta ana bətnində olan körpənin çəkisi, ölçüsü düzgün deyilmir.
Bir faktı da vurğulayaq ki, ölkəmizdə abort hallarının qarşısını almaq məqsədilə ana bətnində olan uşağın cinsiyyətinin əvvəlcədən deyilməsi qanunla yasaqlanıb. “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, qanunun belə bir tələbinə baxmayaraq 2 saylı Doğum Evinin Qadın məsləhətxanasında müəyyən edilmiş “rüsum” ödənildikdən sonra, həkimlər bu yöndə addımlarını atırlar.
Bu da gələcəkdə ciddi demoqrafik problemə cevrilə bilər. Qeyri- rəsmi statistikaya görə, hal-hazırda 100 hamilə qadından 30-u abort etdirir. Bəzi sosioloqların fikrincə əgər vəziyyət belə bir templə davam edərsə, 2050-ci ildə Azərbaycan əhalisinin 12 milyona çatması çətinləşə bilər. Eyni zamanda, abort məqsədi ilə qadın məsləhətxanalarına, xəstəxanalarına müraciət edən hamilə qadınları fikrlərindən daşındırmaq üçün, həkimlər abortun fəsadları, psixoloqlar isə bunun psixi cəhətdən törədə biləcəyi problemlərin varlığını onların nəzərinə çatdırmalıdırlar. Təəssüflər olsun ki, adı çəkilən qadın məsləhətxanasında bu yöndə addımlar atılmır, əksinə əldə olunacaq “haqq-hesab”ın müqabilində həkimlər istədikləri addımlarını atırlar. Ona görə də, 2 saylı Doğum Evinin Qadın məsləhətxanasında yaşanan vəziyyəti ilk öncə Səhiyyə Nazirliyi və digər qurumlar nəzarətdə saxlasalar daha yaxşı olar. Daha ətraflı növbəti saylarımızda.

Mirzə
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəy səhiyyəsi “ölüm ayağında”

    Gədəbəy səhiyyəsi “ölüm ayağında” ...

    4-04-2017, 23:03

  • 
  • Nəqliyyat sahəsini iflic edən səbəblər nədir?

    Nəqliyyat sahəsini iflic edən səbəblər nədir? ...

    10-05-2017, 23:20

  • 
  • Nəqliyyatımızın bərbadlığı

    Nəqliyyatımızın bərbadlığı ...

    4-02-2015, 23:25

  • 
  • Azərbaycanda vəzifəli şəxs qəza törətdi: 2 qadın öldü

    Azərbaycanda vəzifəli şəxs qəza törətdi: 2 qadın ...

    29-04-2016, 12:00

  • 
  • Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

    Kürdəmir səhiyyəsində həyacan təbili çalınır ...

    14-09-2016, 20:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu