GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası

AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası

Tarix: 9-04-2018, 11:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 485
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası


Bu işdə 6 milyona yaxın puldan, əmlakdan söhbət gedir

Arif Alışanovda hardandı bu pullar? Necə qazanıb? Hansı yolla?” Bu suallar Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun “zərərçəkmiş” olduğu iş üzrə keçirilən prosesdə səslənib. Vəkillər AzTV sədri Arif Alışanovun adının zərərçəkən statusunda keçdiyi iş üzrə bu suallara aydınlıq gətirilməsini vəsatətlə tələb etmişdilər.

Lakin hakimlər vəsatəti baxılmamış saxlayıb “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun bunca sərvətinin mənbəyinin aydınlaşdırılmasını əngəlləmişdilər. 1 aydan çoxdur ki, məhkəmədə verilən bu suallar açıqdır. İctimayyətdə belə bir fikir formalaşıb ki, ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərləri Arif Alışanov kimi böyük sərvət sahibdirlər. Hətta bəziləri media kapitanlarını da rəsmi milyonçular sırasına qatmağa tələsirlər.

Əslində vəziyyət necədir? Arif Alışanovun AzTV sədri olaraq gəlirləri onun milyonçular sırasına qatılmasına imkan verirmi?

Media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli deyir ki, əslində sualın cavabı ortalıqdadır: “Alışanovun pullarının mənbəyi haqda neçə illərdir mətbuatda yazılar dərc olunur. Müxtəlif maliyyə əməliyyatlarında, pulların nəğdləşdirilməsi ilə bağlı məharəti haqda danışırlar. Tenderlərdəki qanunsuzluqlar, azad zonalara ötürülən pullarla bağlı da adı hallanır. Şamaxı əhvalatı da ortaya çıxandan sonra bir daha sübut olunur ki, yazılanlar havayı deyil, pulun mənbəyi haradandır. Düzdür, Alışanov izahatlarında göstərir ki, qohum-əqrəba yığışıb pul qoyublar. Bir qohumu 3 milyon, o biri 2 milyon qoyub. Belədirsə, niyə məhz bu adam ortada fəallıq edib?”

Qulu Məhrrəmli deyir ki, baş verənlər bəzi adamların dövlət büdcəsinə divan tutmasının sübutudur: “Bu məhkəmə təkcə maddi məsələləri deyil, həm də mənəvi məsələləri də ortaya çıxarıb. Məsələn, orada qətl hadisəsi haqda söhbət açılır. Əslində bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Mətbuat da bu məsələnin araşdırılmasından kənar qalmamalıdır. Çox məyusedicidir ki, AzTV tarixində belə bir fiqur ortaya çıxıb. Bu məsələlər təkcə televiziyanın adını batırmır, həm də orada çalışan çox dəyərli insanların adına xələl gətirir”.

Ekspert deyir ki, məhkəmədə üzə çıxan çoxmilyonluq pul qovğası ilk növbədə korrupsiya faktları haqda fikirlər formalaşdırır: “AzTV-dən fərqli olaraq İctimai Televiziyada çalışanlar aybaay maaş, quruluş haqqı alırlar. Televiziyada texnika alınması, quruluş haqlarının ödənməsi, dizayn, dublyaj məsələlərində rəqəmləri dolaşdırmaq, pul əldə etmək mümkündür. Bütövlükdə bu sözləri İTV sədrinə aid etmək olmaz. AzTV-dən başqa digər televiziyalarda bu cür irimiqyaslı korrupsiya faktları yoxdur. AzTV-də isə var və mətbuat dəfələrlə bu haqda yazıb, bu gün də çox tutarlı faktlarla yazılmaqdadır. İTV və AzTV dövlət büdcəsindən maliyyələşdirilir. AzTv-nin ötən illərə qədər 50 milyon manat büdcəsi var idi. Sonra bu məbləği 31 milyon manata qədər endirdilər. Bu məbləğin özü də çox böyük maliyyədir. Bundan əlavə, prezidentin xüsusi göstərişi ilə texnika alınması üçün də əlavə maliyyə ayrılırdı. AzTv-nin maliyyəsi Gürcüstan və Ermənistanın bütün televiziyalarının maliyyəsindən çoxdur.

Amma bu qədər maliyyənin qabağında görülən iş göz qabağındadır. İri həcmli filmlər, tamaşalar, iri maliyyə tələb edən televiziya məhsulları da ortaya çıxmır. Ona görə də məhkəmədə torpaq alınması üçün xərclənən pulların mənbəyi təxminən görünür. Bu pulların haradan formalaşması haqda fikirlər yaranır. Diqqətlə araşdırılsa, məlum olar ki, üzə çıxan çox cüzi bir maliyyədir. Başqa əməliyyatlar, başqa biznes işləri üçün də daha böyük maliyyə var. Məhkəmədə də səslənir ki, bu adamın başqa rayonlarda – Qubada, Xızıda, Zərdabda, Sabirabadda da biznesi var. Məhkəmədə üzə çıxanlar hamısı dövlətin, prezidentin ayırdığı maliyyənin necə xərcləndiyini göstərir. Prezident çıxışlarında ictimai nəzarətin gücləndirilməsinə dair tövsiyələr verir. Mətbuat ictimai nəzarətin ən təkmil, sınanmış formasıdır. Mətbuat bu məsələni müstəqil şəkildə araşdırıb ortaya qoymalıdır. Hansısa hakimin bu məsələni öz istədiyi kimi, subyektiv məsələlərlə əlaqəli araşdırması obyektiv nəticəni ortaya qoya bilməz. Hakim məhkəmədə deyir ki, bəlkə bu pullar atasından qalıb. Amma bu gülüncdür, ədalətsiz yanaşmadır. Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək”.

Ekspertin sözlərindən belə aydın olur ki, AzTV-də əmək haqqı problemi yaşanır. Büdcədən 31 milyon manat vəsait ayrılan bir təşkilatda əmək haqqı probleminin yaşanmasının səbəbi nədir?

Qulu Məhərrəmli deyir ki, işçilərin az bir qisminə əmək haqqı verilir: “AzTV-də yüksək vəzifə tutanlar əmək haqı alır. Bu da az bir qismdir. Orada işləyənlərin 3/4-ü əmək haqqı almır. Veriliş çəkilir, təhvil verilir. Orada komissiya var. Verilişi qəbul etmir və işçilərə də əmək haqqı yazılmır. Bu, çox dəhşətli sistemdir və bütövlükdə əmək hüquqlarının pozulmasıdır. Yüzlərlə belə işçilər var. AzTV-də çox acınacaqlı vəziyyətdir. Halbuki AzTV-yə büdcədən ayrılan 31 milyon manatdan əlavə də gəlirlər daxil olur. Sponsorluq, reklamdan gələn gəlirlərin hesabatı ictimiyyətdən gizlədilir. AzTV-də yayımlanan reklamların pulu hara gedir? AzTV-nin rejissoru Nərgiz Cabbarlı Arif Alışanovu məhkəməyə vermişdi. Həmin məhkəmədə üzə çıxdı ki, işçilərə əmək haqqı yazılıb və bu haqda məlumatlar Sosial Müdafiə Fonduna göndərilib. İşçilərə həmin əmək haqqı verilməyib! Saxta hesabatlar yazılıb və əmək haqları verilməyib. Hesab edirəm ki, bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək Şamaxıda və Bakıda külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Munasib Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Alışanov iqtidariçi qovğaların güdazına gedir

    Arif Alışanov iqtidariçi qovğaların güdazına gedir ...

    12-12-2013, 21:25

  • 
  • ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ

    ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ ...

    14-04-2016, 15:22

  • 
  • "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir"

    "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin ...

    23-02-2016, 16:40

  • 
  • Arıf Alışanovun fəaliyyəti nəzarətə götürülür - Korrupsiya ittihamı

    Arıf Alışanovun fəaliyyəti nəzarətə götürülür - ...

    16-03-2017, 22:02

  • 
  • Arif Alışanov çətin durumda

    Arif Alışanov çətin durumda ...

    19-02-2013, 11:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu