GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Korrupsiya İdarəsi iş adamını cinayətə təhrik edir?

Korrupsiya İdarəsi iş adamını cinayətə təhrik edir?

Tarix: 10-04-2018, 16:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 384
Korrupsiya İdarəsi iş adamını cinayətə təhrik edir?


Artıq üç ildən çoxdur ki, iş adamı, Qarabağ müharibəsi veteranı Adil Nəcəfovun üzləşdiyi özbaşınalıqla bağlı müvafiq dövlət qurumlarına etdiyi çoxsaylı şikayətləri nəticəsiz qalmaqdadir. İş adamının şikayətlərində kifayət qədər həyəcanverici məqamlar olmasına baxmayaraq, dövlət qurumları bunu görməzdən gəlirlər. Bu səbəbdən də iş adamının Prezident İlham Əliyevə etdiyi təkrar müraciətdə dövlət qurumunun, konkret olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin onu cinayət törətməyə məcbur etdiyini qeyd edib.


Şikayətdə deyilir:

“Mən uzun müddətdir ki, Bakı şəhərində sərnişin daşıma sektorunda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğulam. Biz marşrut işlədən sahibkarlar Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən vaxtı hec bir əngəllərə rast gəlməmişik, həmişə vaxtı-vaxtında dövlətin vergisini ödəyib sərnişin daşıma ilə məşğul olmuşuq. Bu sahəni Bakı şəhəri İcra Hakimyyətindən alıb Nəqliyyat Nazirliyinin nəzarətinə verdikdən sonra bir çox problemlərimiz başladı. Yəni, “Bakı Sərnişin Nəqliyyat” MMC-nin əməkdaşları, o cümlədən müqavilə şöbəsinin rəisi Yunis Abdullayev, şöbənin işçiləri Elxan Hüseynov və Mais Usubov marşrut xətlərimizi işlətmək üçün bizi məcbur edirdilər ki, onlara pul verək. Onların qanunsuz əməlləri nəticəsində bizim külli miqdarda kredit borclarımız yaranmışdır, hamımızın əmlakımız və evlərimiz girovdadır. Biz onların dediklərini etmədikdə marşurutu əlimizdən alacaqları ilə hədələyirdilər. Tələb etdikləri pulu almaq üçün reket kimi vaxt qoyurdular. Ona görə də biz məcbur olurduq ki, gedib faizə pul götürüb Yunus Abdullayevə, Elxan Hüseynova, Mais Usubova dediyi pulu ödəyək. Çünki, biz avtobusları, evlərimizi girov qoyaraq almışdıq. Bir neçə marşrutu, o cümlədən 71 nömrəli marşurutu Yunus Abdullayev, 166 və 186 nömrəli marşurutu Mais Usubov və 132 24, 148 və 198 nömrəli marşururtları Elxan Hüseynov ələ keçirərək idarə edirdilər. “Bakı Sərnişin Nəqliyyat” MMC-nin işçiləri Yunus Abdullayevin, Elxan Hüseynovun, Mais Usubovun qanunsuz hərəkətləri nəticəsində mənə külli miqdarda maddi ziyan dəymişdir. Nəticədə mənə vurulan ziyan 1.500.000 manatı keçmişdir. Bundan 700.000 manat banklara kredit borcum təşkil edir. Onlar mənə evimi də satdırdılar. Bu gün mən ailəmlə kirayədə yaşayıram. Mən 2015-ci ildə Respublika Prokurorluğuna vəziyyətlə bağlı müraciət etdim. 2016-cı ilin sonlarına qədər prokurorluq idarəsində mənim işlərimə “baxdılar” və heç bir nəticə olmadı. Belə ki, dəfələrlə müraciət etməyimə baxmayaraq Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev məni qəbul etmədi. Həmin idarənin müstəntiqi Heydər Məmmədov dəymiş ziyanın 10%-ni mənə təklif edərək işin bağlanmasını istədi. Əlbətdə mən razı olmadım. Bunlarla “danışığa” getmədiyimə görə təhqir olunub idarədən qovuldum. Sonra bir daha məni qəbul etmədilər. Nəticədə “iş təsdiqini tapmadı” qərarını qəbul edib mənə təqdim etdilər. Maraqlıdır ki, əgər iş təsdiqini tapmayacaqdısa onda hansı məbləğin 10%-ni mənə təklif edirdilər? İnsan taleyinə bu qədər məsuliyyətsiz və biganə münasibətin izaha ehtiyacı yoxdur. Belə bir qurum məsələni, həm də çox məsələni bu laqeydliklə qarşılaya bilirsə başqasından daha nə gözləmək olar?” Qeyd edək ki, Nəcəfov hüquq-mühafizə orqanlarına 200-dən çox yazılı müraciət göndərib. Baş Prokurorluq onun məktublarını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərir, bu idarənin işçiləri vətəndaşa cinayət sövdələşməsi təklif edirdilər. Səriştəli şəxslər ona deyirdilər ki, bu cür işlərə müstəsna olaraq bu idarədə baxıldığına görə başqa heç kim onunla məşğul olmayacaq. Adil Nəcəfov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyevə 30 məktub və 6 teleqram göndərdikdən sonra onun qəbuluna düşməyə nail oldu. Fevralın 6-da Əliyev Nəcəfovla görüşdü, nəzakətlə onu dinlədi, o cümlədən tabeliyində olan şəxslərin pul tələb etməsi haqqında biznesmenin danışdıqlarına qulaq asdı və vətəndaşa kömək etməyə söz verdi. Amma sözünü tutmadı. Pul tələb edənlər cəzalandırılmayıb – Kamran Əliyev öz tabeliyindəki işçilərin tərəfini tutdu, mən isə onun üçün “qurbanlıq qoyun” oldum, deyə Adil Nəcəfov qeyd edir. Daha sonra o, növbətçi prokuror Arif Eyyubovla görüşüb, o, təəccüblənmiş vətəndaşa müstəntiq Rəşad İsgəndərovun apardığı yoxlama nəticəsində şikayətdə göstərilən faktların təsdiqini tapmadığını bildirib. Dəhşətli olan odur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin çıxardığı qərardan sonra başqa heç bir instansiya şikayətimə baxmır. Məhkəmə iddiamı təmin etməyib. Fevralın 23-də Baş Prokurorluğun növbətçi prokuroru Yaqut Əliyeva ilə görüşdüm, ondan şikayətimə baxılması barədə soruşdum. Yenə öyrəndim ki, bütün məktublarım Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Y.Əliyevadan soruşdum ki, bu müəssisədən şikayət edirəmsə, niyə şikayətimə baxılması Baş Prokurorluğa deyil, onlara tapşırılır? Y.Əliyeva mənə cavab verə bilmədi… Adil Nəcəfov ədaləti bərpa etmək üçün başqa nə edəcəyini bilmir. Mənim pulumu alanları öldürmək və beş nəfərin ölümünə səbəb olmaq, ya da özümü öldürmək məcburiyyətindəyəm. Baş verənlərə görə bütün məsuliyyət Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin üzərinə düşəcək, deyə vətəndaş Nəcəfov prezidentə və digər dövlət rəhbərlərinə xəbərdarlıq edib. İş adamı hələ də prezidentin onun xahişinə baxacağına və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindəki şəxsləri cəzalandıracağına, sadə vətəndaşın isə əlindən alınan pulunun geri qaytarılacağına ümid edir. Görünür, iş adamının yazdığı kimi gözlənilən cinayət hadisəsi baş verdikdən sonra, müvafiq dövlət qurumları hərəkətə keçəcək…
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə və dərc edə bilərik.

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı iş adamının pulunu qaytarmır

    İcra başçısı iş adamının pulunu qaytarmır ...

    4-05-2013, 01:21

  • 
  • Sumqayıta sərnişin daşıyan sürücünü maşına basıb apardılar - VİDEO

    Sumqayıta sərnişin daşıyan sürücünü maşına basıb ...

    17-09-2015, 15:27

  • 
  • Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri

    Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri ...

    18-01-2014, 10:53

  • 
  • Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı

    Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - ...

    30-03-2017, 00:36

  • 
  • ABŞ-da Azərbaycan əsilli iş adamının məhkəməsi başlayır

    ABŞ-da Azərbaycan əsilli iş adamının məhkəməsi ...

    27-04-2016, 16:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu