GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Keçmiş işçisindən “bp - Azərbaycan”a dəhşətli ittihamlar-VİDEO

Keçmiş işçisindən “bp - Azərbaycan”a dəhşətli ittihamlar-VİDEO

Tarix: 14-04-2018, 13:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 371
Keçmiş işçisindən “bp - Azərbaycan”a dəhşətli ittihamlar-VİDEO


Şirkət isə iddiaları əsassız sayır

“bp - Azərbaycan” şirkətinin sabiq işçisi Aslan Aslanov redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi bildirib ki, öz hüquqlarını tələb etdiyi üçün qərəzli şəkildə işdən çıxarılıb. Onun sözlərinə görə, 26 yanvar 2009-cu ildən 4 aprel 2018-ci il tarixədək “bp Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycandakı Nümayəndəliyində davamlı işləməklə bu şirkətlə əmək münasibətlərində olub:

“Bu müddətdə cavabdeh müəssisədə ixtisas və peşəmlə əlaqədar müxtəlif vəzifələrdə işləmişəm və həm Neft-Qaz Hasilatı və Mühəndisi biliklərə və təcrübələrə sahib olmuşam. Şirkətlə əmək münasibətlərində olduğum 9 ildə əmək müqaviləsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada əmək funksiyalarımı yerinə yetirmişəm və müqavilədə hətta olmayan daha yüksək ödəniş dərəcəli mühəndislərin vəzifə və funksiyalarını bp-nin tapşırığı ilə illər boyu yerinə yetirmək məcburiyyətində qalmışam, layiqincə də yerinə yetirmişəm, işimlə əlaqədar heç vaxt mənə irad tutulmayıb. Hesab edirəm ki, cavabdeh şirkətin Sualtı Əməliyyatlar İdarəsində mən istisna olmaqla, heç bir yerli, azərbaycanlı işçilərin sayı azaldılmayıb və ştatlar ixtisar edilmədiyi halda mənim ixtisara düşməyim, işdən azad edilməyim açıq-aşkar qərəzlidir”.

gundemxeber.az musavat.com-a istiandla bildirir ki, şikayətçi qeyd edib ki, onun işdən azad edilməsinin əslində başqa səbəbləri var: “Son illər ərzində şirkət daxilində texniki işçilərin, o cümlədən mühəndis və rəhbər vəzifələri tutan əcnəbi bp işçilərin milli kadrlarla əvəzlənməsi planı və şirkətin ”Sualtı Neft- Qaz Əməliyyatları İdarəsi"ndə yerinə yetirilməyib. Əksinə, ildən-ilə bu vəzifələrdə əcnəbi mütəxəssislər işə alınıb. Maraqlıdır ki, əcnəbi kadrların aldığı aylıq maaş milli kadrların maaşından dəfələrlə çoxdur. Bundan başqa, mən işçi olaraq dəfələrlə Əmək Məcəlləsinin tələblərinin şirkətin həm kadrlar İdarəsinin işçiləri, həm də rəhbər vəzifə tutan şəxsləri tərəfindən pozulmasını və işçilərlə işəgötürən arasında imzalanan əmək müqavilələrinin hamısının Azərbaycanın Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilməsini müəyyən etmişəm.

Bu qanun pozuntuları ilə bağlı bp-nin icraçı direktoru Robert Dadli və bp-nin Apstrim üzrə vitse-prezidenti Bernard Loniyə də müraciət etmişəm. Buna görə 2015-ci il tarixdən başlayaraq, rəhbər vəzifə tutan əcnəbi menecer - Nil Kitney (İngiltərə vətəndaşı) və o cümlədən İnsan Resursları İdarəsinin məsləhətçi vəzifələrini daşıyan işçilərinin təzyiqlərinə məruz qalmışam. Bu təzyiqlər nəticəsinə dərin psixoloji sarsıntı keçirərək, bp-nin Tibbi Sığorta Planı xətti ilə dəfələrlə həkimlərin müayinəsindən keçmişəm və mənə “obsessiv-kompulsiv pozuntu” diaqnozu qoyulub".

Şikayətçi bildirir ki, rəhbərliyə ünvanlandığı şikayətlərə görə bp-nin Dəniz Əməliyyatları üzrə vitse-prezidenti Elxan Mamedov tərəfindən kollektivin gözü qarşısında təhqir olunub: “Buna görə də Nəsimi Rayon Məhkəməsinə şikayət etmişəm. Bu dövrdə şirkətin prezidentinə də şirkət daxilində işçilərin hüquqlarının pozulması ilə bağlı dəfələrlə müraciət etmişəm. Nəticədə əsəb pozğunluğu keçirmişəm. Beləliklə, məhkəməyə müraciət etdiyim üçün 4 aprel tarixində işimdən azad olunmuşam. Yenidən məhkəməyə müraciət edərək işimə bərpa olunmam və 4 aprel tarixindən işə bərpa olunan günə qədər hər ay üçün 3715 AZN məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının və 500 000 AZN məbləğində maddi və mənəvi ziyanın tutulması barədə və işə bərpa olunacağım təqdirdə, şirkətdə davamlı işləmə müddətimin əvvəlki qaydada 26 yanvar 2009-cu il tarixdən hesablanması barədə şirkətin üzərinə öhdəlik qoyulmasını tələb etmişəm”.

Şikayətçi aidiyyəti qurumlardan bu məsələ ilə bağlı ona köməklik göstərməsini istəyib.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətdən göndərilən yazılı cavabda deyilr ki, şikayətçi Aslan Aslanov Əmək Məcəlləsinin 11-ci maddəsinə müvafiq olaraq şirkətin biznesinin daha səmərəli icra və idarə olunması məqsədilə aparılan struktur dəyişikliyi nəticəsində bir neçə digər vəzifə ilə yanaşı bp-nin keçmiş əməkdaşı kimi onun da tutduğu vəzifə ləğv olunub: “Bu səbəbdən Aslan Aslanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ixtisar haqqında xəbərdarlıq bildirişi təqdim edilməklə və müvafiq ixtisar ödənişləri verilməklə ixtisar edilib. Qaldırdığınız digər məsələlərlə bağlı bildiririk ki, şirkətin Azərbaycan hökuməti ilə imzaladığı hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq, Azərbaycanda işçilərimizin əksəriyyətini - 89 faizini Azərbaycan vətəndaşları təşkil edir. Şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz etməkdə davam edəcək. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. Bundan əlavə, bir sıra azərbaycanlı kadrlar bp-nin dünya üzrə biznesində çox yüksək beynəlxalq vəzifələrdə çalışırlar.

Elə bu həftə daha bir azərbaycanlı mütəxəssis bp-nin Avstraliyadakı bütün hasilat və kəşfiyyat biznesi üzrə rəhbər vəzifəyə təyin olunub. Həmçinin şirkət təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrların yetişdirilməsi məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak edir. BP şirkətinin iş mühiti qarşılıqlı hörmət və inam əsasında qurulub və burada bütün işçilərlə heç bir ayrı-seçkilik olmadan və şirkətin Davranış Kodeksinin əsaslarına uyğun olaraq ədalətlə, hörmətlə və ləyaqətlə rəftar olunur. Biz çalışdığımız ölkəyə və onun qanunvericiliyinə hörmət edirik. BP şirkəti ən yüksək etik standartlara sadiq qalır və etibarlı tərəfdaş olmağa çalışır”.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş işçisi “Azəriqaz”ı məhkəməyə verib

    Keçmiş işçisi “Azəriqaz”ı məhkəməyə verib ...

    16-09-2014, 11:10

  • 
  • İşçiləri əmək müqaviləsi olmadan işlədənləri həbs cəzası gözləyir

    İşçiləri əmək müqaviləsi olmadan işlədənləri həbs ...

    4-02-2014, 00:19

  • 
  • “Bahar enerji” də yüzlərlə neftçini küçəyə atdı

    “Bahar enerji” də yüzlərlə neftçini küçəyə atdı ...

    31-12-2013, 14:06

  • 
  • Xarici neft şirkətində milyonlar necə göyə sovrulur...

    Xarici neft şirkətində milyonlar necə göyə ...

    28-10-2013, 17:44

  • 
  • Azərbaycanda əmək kitabçaları ləğv olunacaq

    Azərbaycanda əmək kitabçaları ləğv olunacaq ...

    27-02-2014, 14:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (413)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu