GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avtovağzalda sürücüləri soymaq bitdi: bəs “Sədərək” və “Binə”də? – Reportaj

Avtovağzalda sürücüləri soymaq bitdi: bəs “Sədərək” və “Binə”də? – Reportaj

Tarix: 13-11-2017, 20:00 Bölmə :Cəmiyyət Baxış: 428
Avtovağzalda sürücüləri soymaq bitdi: bəs “Sədərək” və “Binə”də? – Reportaj


“Bu özbaşınalığa “Sədərək” və “Binə”də də son qoyulsaydı, əla olardı. Açıq-aşkar soyğunçuluq, qanunsuzluqdur.

Yalandan bir qəbz verirlər, heç bir əsası olmayan kağız parçasıdır, vəssalam, hər maşından 50 qəpik alırlar”.

gundemxeber.az AzEuroNews.com-a istinadla xəbər verir ki, bunu Bakının “Sədərək” bazarına girişin pullu olmasından şikayətlənən Namiq Quliyev deyir.

O, “Sədərək” və “Binə”də avtomobillərə girişin pullu olmasını soyğunçuluq adlandırır: “Bazardan alış-veriş eləməyə gələn adam maşınını hardasa saxlamalıdır.

Buna görə “ərəbzəngi” kimi yol pulu tələb edirlər. Heç bir qanuni əsası da yoxdur və o pullar özlərinin cibinə gedir.

Hər gün bura minlərlə maşın girir və aya vuranda milyonlar dövr edir. Avtovağzalda da eyni özbaşınalıq idi. İndi saata görə qiymət müəyyənləşdiriblər. Burda da heç olmasa eyni qaydanı tətbiq etsinlər”.

Sürücü Firudin Əzimov da deyir ki, dayanacaq pulu verməyənləri buraxmırlar: “Bunun adı quldurluqdur. Necə yəni, mən bazara gəlib mal alıram, sənə onsuz da xeyir verirəm, pul qazanırsan.

Hələ bir deyirsən ki, giriş pulu da ödə. Eyni qanunsuzluq aeroportda da var. Hava limanına girişi pullu ediblər.

Bunlar hamısı pul hərisliyidir, daha çox qazanmaq istəyidir. Gürcüstanda “Tbilisi mall”a get, səndən pul tələb etmirlər”.

Xüsusən həftə sonu “Sədərək” və “Binə”də qələbəlik olur. Hər iki yarmarkanın ərazisində avtomobil saxlamaq üçün yer tapılmır. Hər maşından 50 qəpik alan bazar rəhbərliyi sözün əsl mənasında “qaz vurub, qazan doldurur”.

Üstəlik, bu pulların vergidən yayındırıldığı iddiaları var. Çünki sürücülərə təqdim olunan qəbzlərin heç bir hüquqi statusu yoxdur.

Sadəcə, 50 qəpik ödəniş edirsən, şlaqbaum açılır və “yaşıl işıq” yandırılır. İllərdir ki, bu vəziyyətlə bağlı şikayətlər olunur, mətbuatda yazılar gedir. Di gəl ki, çi fayda?!

Onu da deyək ki, dünənə kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksində bu qurumun ərazisinə daxil olan hər bir avtomobil sahibindən müddətindən asılı olmayaraq 1 manat ödəniş tələb edilirdi. Əksəriyyət isə vəziyyətdən narazı idi.

Narazılığa səbəb ödənişin 5 dəqiqə müddətinə əraziyə daxil olub, sərnişini götürdükdən sonra oranı tərk edənlərə də şamil olunması idi. Ödəniş etməyənlərin yolunu isə şlaqbaum kəsirdi.

Prezidentin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarıldı.

Ondan sonra avtovağzalın əsas girişində müasir ödəniş qurğuları quraşdırıldı. Parkinqə daxil olan nəqliyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Artıq dayandıqda vaxta görə ödəniş edir.

20 dəqiqədən 2 saatadək – 1 manat;

2 saatdan 3 saatadək – 2 manat;

3 saatdan 6 saatadək – 3 manat;

6 saatdan 24 saatadək – 4 manat.

Avtovağzalın giriş hissələrində bu cədvəl əks olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sədərək” və “Binə” ticarət mərkəzləri fəaliyyətini dayandırıb — SƏBƏB

    “Sədərək” və “Binə” ticarət mərkəzləri ...

    1-10-2017, 13:45

  • 
  • “Sədərək”də 400 dükan bağlandı, sahibkarlar bazarı tərk edir

    “Sədərək”də 400 dükan bağlandı, sahibkarlar ...

    17-08-2015, 22:13

  • 
  • “Sədərək” bağlandı

    “Sədərək” bağlandı ...

    21-12-2014, 23:24

  • 
  • "Sədərək" və "Binə"də satılan məktəbli formaları bizim deyil"

    "Sədərək" və "Binə"də satılan ...

    7-09-2015, 13:49

  • 
  • Bakıda milyonlar dövr edən üç yarmarka çökür

    Bakıda milyonlar dövr edən üç yarmarka çökür ...

    21-02-2015, 12:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu